400 xarici şirkət Suriyanı bərpa edəcək- Rəsmi

“400-ə qədər xarici şirkət yaxın zamanlarda Suriyada infrastrukturun bərpası üzrə işləyə başlayacaq”.

Turkustan.info xəbər verir ki, bu barədə Suriya xarici işlər nazirinin müavini Ayman Susan bəyan edib.

“Suriya hökumətinin göstərişlərinə əsasən bərpa işlərində üstünlük Suriya şirkətlərinə veriləcək. Bu səbəbdən biznesmenləri ölkəyə geri qayıtmağa səsləyirik”, – deyə Susan bildirib.

O qeyd edib ki, hazırda xaricdən, o cümlədən Misirdən bir neçə şirkətin nümayəndə heyəti Suriyaya artıq səfər edib və ölkənin bərpasına yatırım etməyə hazır olduqlarını açıqlayıblar.   /yenicag.az/