Cəbrayıl məktəbliləri ilə Bayraq günü qeyd olundu – FOTOLAR

9 noyabr Bayraq Günü ilə bağlı Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin təşəbbüsü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin və Ortaq Dəyərlər İB-nin təşkilatçılığı ilə bir qrup ictimaiyyət nümayəndəsinin Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonu sakinləri ilə görüşü keçirilib.

Turkustan.info xəbər verir ki, keçirilən tədbirdə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin sədri Babək İsmayılov, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, şəhid atası Allahverdi Əliyev, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal, Jurnalist Araşdırmaları İctimai Birliyinin sədri Seymur Verdizadə, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İB-nin sədri Şəmistan Əlizamanlı iştirak ediblər.

Çıxışlarda mühüm dövlət atributlarından olan bayrağın xalqın milli, ideoliji düşüncəsindəki yeri və rolu, vətənpərvərliyin təbliğindəki önəmi qeyd olunub. Bildirilib ki, Azərbaycan bayrağı işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsi uğrunda aparılan mübarizədə ideoloji qürur mənbəyimizdir.

Bədii hissə ilə davam etdirilən tədbirdə milli mahnıların ifaçısı Şəmistan Əlizamanlı çıxış edib, məktəblilər bayrağa həsr olunmuş şeirlər səsləndiriblər.

Bütün iştirakçılara bayraq hədiyyə olunub.