Gün: Noyabr 12, 2018

Bakının məşhur bazarı sökülür: Yerində bina tikiləcək – FOTO

Bu ilin sonuna kimi Bakının məşhur “Nəsimi bazar”ı söküləcək. Turkustan.İnfo-nun unikal.org-a istinadən əldə etdiyi məlumata görə, bazarın ərazisi “Pilot layihə”yə salınıb. Artıq obyektin yaxınlığında söküntü işlərinə başlanılıb. Bu ilin sonunadək bazar tam sökülərək, yerində 4 böyük hündürmərtəbəli binanın tikintisinə başlanılacaq. Bina isə “OLYMPUS park” şirkəti tərəfindən inşa ediləcək. “OLYMPUS park” […]

Türkiyədən Mübariz İbrahimovla bağlı MÖHTƏŞƏM İŞ: “Təkbaşına erməniləri…” – VİDEO

Türkiyəli tanınmış aparıcı, Türkiyə Xəbər Mərkəzinin baş rejissoru Abdurrahman Uzun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında süjet hazırlayıb. Turkustan.info xəbər verir ki, süjetdə jurnalist Mübariz İbrahimovun keçdiyi döyüş yolundan bəhs edir. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərindən, ermənilərin törədiyi cinayətlərdən danışır. A.Uzun M.İbrahimovun şəhidlik mərtəbəsinə ucaldığı gündən danışır və bununla da şəhid […]

Cocuq Mərcanlıda əsgərlərlə Bayraq bayramı – FOTOLAR

9 noyabr Bayraq Günü ilə bağlı Azərbaycan Beynəlxalq Dostluq Mərkəzinin təşəbbüsü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin və Ortaq Dəyərlər İB-nin təşkilatçılığı ilə bir qrup ictimaiyyət nümayəndəsinin 2016-cı ilin aprelində düşməndən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanı kəndinə səfər ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının […]

Ukraynada polis rəisi olan azərbaycanlı xanım… – Foto

Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlı polis qadının peşəkarlığı dillər əzbəridir. Krivoy Roq şəhərində doğulub boya-başa çatan polis kapitanı Karina Məmməd qızı Əliyevanın Azərbaycan sevgisi, vətənpərvərliyi soydaşlarımızın dilindən düşmür. Qırmızı diplom və zəngin iş fəaliyyəti O, 1985-ci ildə Krivoy Roq şəhərində anadan olub. Atası azərbaycanlı, anası ukraynalıdır. 2003-cü ildə bu şəhərdə liseyi […]

Dollar bahalaşır – Birjalarda həyəcanlı məlumatlar

Bu gün – noyabrın 12-də dollar son 17 ayda ən yüksək səviyyəyə yüksəlib. Turkustan.info  bildirir ki, səbəb də investorların qlobal artım, İtaliya və Britaniyada siyasi riskin artması sarıdan narahatlığı, daha çox dollar almasıdır. “Reuters” agentliyi yazır ki, investorlar Çində artımın yavaşıması əlamətlərindən əndişələniblər. Elektron ticarət nəhəngi Alibaba həyəcan təbili çalan […]

İrəvan ən güclü SİLAHINDAN MƏHRUM EDİLİR: Qarabağ müharibəsində… – Bakı üçün ideal variant

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin noyabrın 7-də Astanada keçirdiyi sammit Ermənistan üçün uğursuzluqla nəticələndi. Sammitdə təşkilatın yeni baş katibinin seçilməsi gözlənilirdi. KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanın nümayəndəsi daşımalı idi. Yerevan KTMT-nin ali orqanı olan […]

Atatürk Moskvada anıldı

Moskva hökuməti yanında “Moskva şəhər millətilər evində Türkiyə Respublikasınn yaradıcısı, dahi siyasətçi və sərkərdə Mustafa Kamal Atatürkün xatirəsini anım gecəsi keçirildi. Tədbir XX əsrin bu dahi şəxsiyyətinin vəfatının 80-ci ildönümünə həsr edilmişdi. Gecə Moskva ictimai təşkilaı “Türk Cəmiyəti”nin rəhbəri Yusuf Üzeyir Şənin təşəbbüsü sayəsndə “İstanbul – Moskva və qonşu ölkələr […]

Mərakeş kralı Melaniyanın yanında yatdı, Trampdan reaksiya – VİDEO

Mərakeş kralı VI Məhəmməd Fransa prezidenti Emmanuel Makronun Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı yatıb.  Turkustan.info xəbər verir ki, video “YouTube” istifadəçiləri tərəfindən yayımlanıb.  Videodan aydın olur ki, VI Məhəmməd ABŞ-ın birinci xanımı Melaniya Trampın yanında əyləşib və yuxuya dalıb, bu isə Donald Trampın nəzərindən yayınmayıb.  İstifadəçilər bu videoya zarafatla şərh […]

Uşaqlara peyvənd lazımdırmı?

İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri Lev Levit körpələrə vurulan peyvəndlərin uşaqları şikəst edə bilmə riski daşıdığını deyib. Onun və bir çox avropalı mütəxəssislərin fikrincə, peyvəndlər uşaq orqanizmində sərt reaksiyalara səbəb ola, öskürək, qızdırma, qıcolma ilə müşayiət oluna bilər. Bu və bənzər fikirlər […]

Azərbaycanda 1,3 milyard manat məhv edildi

2017-ci il ərzində ölkə iqtisadiyyatının nağd pula olan tələbatı tam həcmdə, tələb olunan strukturda və vaxtında ödənilib. Turkustan.info “Report”a istinadən Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün illik hesabatına istinadən xəbər verir ki, hesabat ilində Mərkəzi Banka dövriyyədən 7,8 mlrd. manat və ya 376 mln. ədəd pul nişanı mədaxil olunub, 9 mlrd. manat və ya 452 mln. ədəd pul […]

Azərbaycanda toyuq əti bahalaşacaq? – AÇIQLAMA

Nazirlər Kabinetinin 8 noyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycana idxal edilən toyuq ətinin (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş, hissələrə ayrılmamış, dondurulmuş, sümüklü, sümüksüz cəmdək hissələri, döş əti və onun parçaları, dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları) 1 kiloqramı üçün tətbiq edilən 1 dollar, toyuq və digər ev […]

Erməni azərbaycanlını güllələdi – Ukraynada

Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitskiy şəhərində Ermənistan vətəndaşı, 1980-cı il təvəllüdlü Boqdasaryan Aznavur Eduardoviç avtomat silahla Azərbaycan vətəndaşı, 1972-ci il təvəllüdlü Əsgərov Əlövsət Cabir oğlunu gülləbaran edərək öldürüb. Turkustan.info Report-a istinadən xəbər verir ki, tərəflər arasında yaranan mübahisə sonda etnik zəminə keçib. Ə.Əsgərov Boqdasaryanın etnik zəmində təhqirlərinə dözməyərək ona zərbələr endirib. […]

Rusiya İrəvana növbəti zərbəyə hazırlaşır – Zülfüqarov

İrəvanın KTMT-dəki məğlubiyyəti Ermənistanın Rusiya ilə münasibətlərinin səviyyəsini göstərən faktlardan sadəcə biridir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bildirib ki, bunu bir növ Paşinyanın qərbyönlü siyasətinin nəticəsi də adlandırmaq olar: “Ümumiyyətlə, bir daha təkrarlayım ki, Rusiya getdikcə Ermənistandan tamamilə uzaqlaşacaq. […]

Zakir Həsənov bu deputatları təltif etdi – SİYAHI

Noyabrın 12-də Milli Məclisdə bir sıra deputata “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub. Turkustan.info-nun məlumatına görə, tədbirdə çıxış edən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, 2018-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Bu münasibətlə həm Azərbaycanda, həm […]

Daxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Turkustan.info bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. “Həmin səhifə və […]

Daxili işlər naziri Qənirə Paşayevaya mükafat verdi – VİDEO

Millət vəkili Qənirə Paşayeva Türkiyənin paytaxtı Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində Türk dünyasının birliyi istiqamətində fəaliyyətinə görə “Türk Dünyası Mədəniyyətinə Xidmət Ödülü”nə layiq görülüb. Mükafatı millət vəkili Q.Paşayevaya Türkiyənin daxili işlər naziri Süleyman Soylu təqdim edib.  Turkustan.info-nun məlumatına görə, siyasət, iş dünyası, QHT və KİV sahəsində tanınmış […]

İcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİ

“Milli Qəhrəman Mübariz İbrahimovun anası  Şamama xanımın dünyasını dəyişməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”. Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Biləsuvar rayonu Əliabad kəndinin icra nümayəndəsi Telman Əliyev deyib. İcra nümayəndəsi bildirib ki, Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama xanımın səhhəti normaldır və heç bir problem yoxdur. “Bilmirəm xəbər kim tərəfindən […]

“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların Dağlıq Şirvan və Şəki- Zaqatala iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib

“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların Dağlıq Şirvan və Şəki- Zaqatala iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib. Turkustan.info xəbər verir ki, “Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən […]

ADAU-da Konstitusiya günü ilə əlaqədar konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasında Azərbaycan Konstitusiyası dövlətçiliyin əsas meyarıdır adlı elmi nəzəri konfrans keçirilib. Konfransı kafedra müdiri, professor Azad Bayramov açıb,  bildirib ki, dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu […]

Sumqayıtda “Payız bayramı” keçirilib – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda payız fəslinə  həsr olunmuş “Uşaqların Payız sevinci- Payız bayramı” adlı ədəbi-bədii gecə keçirilib.  Kitabxananın əməkdaşı Səadət Allahverdiyeva gecəni açaraq tədbir haqqında iştirakçılara geniş məlumat verib.  Sonra söz oxuculara verilib. 28 saylı məktəbin 1ç sinif şagirdləri payız fəslinə […]

“Qarabağın bir həlli yolu var, o da Rusiya ilə birləşməkdir” – Jirinovski yenə SƏRSƏMLƏDİ

Həll olunmamış münaqişələrin yalnız bir həll yolu var: milli sərhədləri qorumaqla, Rusiya ilə federasiyada birləşmək. Turkustan.info bildirir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovski Report-a verdiyi müsahibəsində həll olunmamış regional münaqişələrdən danışarkən belə deyib: “Həll olunmayan problemlər barədə danışırıqsa, bu, Dağlıq Qarabağdır. Bu münaqişə, demək olar, […]

“200 manatlıq əskinasın buraxılması manatın dəyərdən düşməsinin etirafı idi” – Ekspert

Mərkəzi Bankın 200 manatlıq pul nişanının təqdimat mərasimindən 6 ay keçir. Bəs, yeni əskinasın dövriyyəyə buraxılması nəyi dəyişdi? Turkustan.info bildirir ki, bank üzrə ekspert Əkrəm Həsənov bizimyol.info-ya bildirib ki, 200 manatlıq əskinasın buraxılması manatın dəyərdən düşməsinin etirafı idi. “Başa düşdüyüm qədər, bu əskinaslar dövriyyədə çox deyil. Məsələn, mənim rastıma hələ düşməyib. […]

Sürücülər sonra deməsin ki, xəbərimiz yox idi – Polkovnik

Artıq sürücü-polis münasibətlərində hər hansı problem olmayacaq. Həmçinin cəzanın tətbiq edilməsi qorxusu törədilən xətaların qarşısını alacaq, yol qəza hadisələrinin sayının azalmasına təsir göstərərək, süni sıxlığın, tıxacın baş verməməsinə zəmin yaradacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov 15 […]

“Niyə o cindən bircə dəfə mənim içimə girmədi?”

Şabran rayon sakinləri Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq Şabran şəhəri, Alı Mustafayev küçəsi, ev 19-da İbrahimov Vüsal Şahbaba oğluna məxsus evdə psixi xəstəlikdən əziyyət çəkən Soltanov Murad Şahin oğlunu “cin çıxartma” müalicə üsulu ilə sağaltmaq adı ilə bədəninin müxtəlif nayihələrinə […]

Ərzaq məhsullarının qiyməti bahalaşdı

Bu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% bahalaşıb. Dövlət Statistika Komitəsindən Turkustan.info verilən xəbərə görə, bu ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri […]

Sabah qar yağacaq, sel gələcək – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək. […]

İvan ayıdır, amma həm də dayıdır…

Seymur Verdizadə Rus dilini bilmədiyimiz üçün əlini-qolunu ölçə-ölçə danışan Mila xalanın nə dediyini anlamağa çətinlik çəkirdik. Anam onu sakitləşdirməyə çalışsa da, bu yaşlı rus qadını bir yerdə dinclik tapa bilmirdi. Qardaşım qorxduğu üçün mənə sığınmışdı. Mən isə hirsimdən tir-tir əsir, əlimdəki qırmızı almanı arvadın başına vurmaq istəyirdim. Xoşbəxtlikdən, dava-dalaş uzun […]

Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb

QHT Şurasının İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri gənc həmkarlarını peşəkar tələblərə əməl etməyə, dövlət maraqları və xalqın milli-mənəvi dəyərlərini qorumağa, fəaliyyətlərini bu prinsiplər əsasında qurmağa çağırıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və BDU-nun Jurnalistika fakültəsinin […]

Fazil Məmmədovun “topdağıtmaz” biznes imperiyası: Nələri var, nələri…

Türkiyədə “müalicəsi bitməyən” sabiq nazir məhşər ayağına çəkilə, əmlakları isə “milliləşə” bilər… Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədovun Gəncədəki obyektlərində təftiş başlayıb.  Ona məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. İddia olunur ki, F.Məmmədov vəzifədə olarkən, ona məxsus xəstəxanada külli-miqdarda vergidən yayınmasına yol […]

“Bu, Ukrayna üçün faciəli zərbə olacaq” – XƏBƏRDARLIQ

Rusiya neft məhsullarının idxalının dayandırılması halında, Ukraynanı yanacaq kollapsı gözləyə bilər. Turkustan.info xəbər verir ki, bu haqda Ukrayna Energetika Strategiyaları İnstitutunun eksperti Yuri Korolçuk “Obozrevatel” portalına müsahibəsində bildirib. Korolçukun sözlərinə görə, Ukraynanın yanacaq istehlakının demək olar ki, 60 faizi Rusiya hesabına ödənilir və buna görə də çatdırılmanın dayandırılması Ukrayna bazarı üçün […]

Bu iddia DÜNYANI SİLKƏLƏYƏCƏK: Kimlər öldürülməli idi? – Sui-qəsd planlarının ŞOK DETALLARI

İran əleyhdarı bəzi iş adamları İran iqtisadiyyatını çökdürmək üçün hazırladıqları plan çərçivəsində təxminən 2 il əvvəl Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Səudiyyə Ərəbistanından olan səlahiyyətlilərlə görüşüblər. Turkustan.info xəbər verir ki, bu haqda ABŞ-ın “Nyu-York Tayms” nəşri bildirib. Xəbərə görə, səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətindən sonra vəzifəsindən kənarlaşdırılan vəliəhd şahzadə Məhəmməd ibn […]

“Facebook” daha bir möhtəşəm yenilik təqdim edəcək

Tezliklə çatda göndərilmiş məlumatları silmək mümkün olacaq  Növbəti “Facebook Messenger” versiyası istifadəçilərə göndərilmiş məlumatları 10 dəqiqə ərzində silməyə imkan verəcək. Bu barədə “AppStore” əlavəsinin saytında deyilir. Turkustan.info “RİA Novosti” resursuna istinadən yazır ki, noyabrın 7-də buraxılan sonuncu “Facebook Messenger 191.0” versiyasının təsvirində tərtibatçılar növbəti yenilənmədə istifadəçiləri göndərilmiş məlumatların ləğv edilməsi imkanı […]

“Azərbaycan ərəb ölkələrinə sərmayələr yatırıb” – Əli Həsənov

Ərəb ölkələrinin aparıcı KİV-ləri, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin “Nəbz”, “İmarat nyus”, “Şarcə24”, Misirin “İdaat” saytları, Oman Xəbər Agentliyi, Səudiyyə Xəbər Agentliyi, Səudiyyə Ərəbistanının İƏT UNA agentliyi və digər xəbər portalları bu ölkələrin media nümayəndələrinin Azərbaycana səfərini və səfər çərçivəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşünü geniş işıqlandırıb. […]

Bakıda bazarda iyrənc mənzərə – VİDEO

Hər gün yüzlərlə insan “8-ci kilometr” bazarından ət alır. Lakin onların əksəriyyəti səhər saat 05:00 radələrində bu ətlərin satış yerinə necə gətirildiyindən xəbərsizdir.  Minik avtomobilləri ət kəsimi yerinə yaxınlaşır və ətlər açıq halda avtomobildən birbaşa arabalara yüklənərək satış məntəqələrinə aparılır. Bazara xüsusi şəraitdə gətirilməli olan ətlər antisanitar vəziyyətdə daşınır.  Bu yerlərdən […]

6 nəfər ruhi xəstəni “cin çıxartma” adı ilə döyüb öldürdü – Şabranda dəhşət

Şabran rayonunda fırıldaqçılar Bakı şəhər sakinini döyüb öldürüblər. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini, Soltanov Murad Şahin oğlunun Şabran rayonunun “5 sotlar” yaşayış massivindəki kirayədə yaşadığı evdə üzərində müxtəlif xəsarətlər olan meyiti aşkarlanıb. Araşdırmalarla məlum olub ki, Şabran rayon sakinləri Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib […]

Sarayda prezidentləri yanaşı oturmağa qoymadılar

Rusiya və ABŞ prezidentləri Fransada Ylisey sarayında yanaşı otura bilməyib. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətindəki mənbə bildirib. O qeyd eidb ki, Putin və Tramp Yelisey sarayında işçi səhər yeməyi zamanı ünsiyyət qura bilməyib. Buna səbəb isə son anda təşkilatçıların yer dəyişdirməsi olub. Buna görə də Tramp və Putin […]

Maşınların parklanması ilə bağlı YENİLİK

Bakıda avtomobillərin parklanması ilə bağlı gözlənilən yeniliklər açıqlanıb. Turkustan.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Trend-ə açıqlamasında paytaxtda parklama yerlərində quraşdırılan parkomatlarla bağlı məsələyə toxunub: “Bakının müəyyən yerlərində quraşdırılmış parkomatlar və onun yanında xidmət göstərən şəxslər fərqli qiymətlər tələb edir. Bunlar Nazirlər Kabineti tərəfindən […]

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 12 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, noyabrın 12-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,9245 manat təşkil edir. 1 türk lirəsi 0,3109 manat, 1 rus rublu 0,0252 manat, 100 İran […]

Kiyevlə Vaşinqton razılaşdı: Rusiyaya gözlənilməz zərbə…

Kiyevlə Vaşinqton arasındakı Strateji Tərəfdaşlıq Komissiyasının fəaliyyəti yenidən bərpa olunacaq. Turkustan.info-nun xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. “16 noyabr tarixində Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində Strateji Tərəfdaşlıq Komissiyasının iclasının keçirilməsi barədə razılığa gəldik. Komissiya öz işinə təxminən 10 il əvvəl başlayıb. Bu gün isə onun fəaliyyətinin bərpası […]

Azərbaycanda əhali üçün sürpriz yenilik – Xərclədiyiniz pulun 15 faizi… – VİDEO

Azərbaycanda nağdsız ödənişlərdən istifadəni genişləndirmək, eləcə də, vergidən yayınma hallarının qarşısını almaq üçün Vergilər Məcəlləsinə dəyişikliklər gözlənilir. Turkustan.info-nun “Xəzər” TV-yə istinadən məlumatına görə, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin ƏDV-nin bir hissəsi vətəndaşa qaytarılacaq.  Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edəcək. İqtisadçı […]

İrəvan böyük uğursuzluqla üz-üzə qaldı – Sərkisyan

KTMT baş katib vəzifəsinin itirilməsi Ermənistan üçün uğursuzluqlar vəd edir. Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan Respubliçaçılar Partiyası Şurasının toplantısından sonra mediaya açıqlamasında deyib. O bildirib ki, hakimiyyət 6 dekabrda keçiriləcək iclasda baş katib yerini qorumaq üçün hər şeyi etməlidir: “Əgər baş katib postunu […]

Azərbaycanda Konstitusiya günü qeyd olunur

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür. Turkustan.info-nun məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 21 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə […]

Bakının “Heyvan bazarı” – 700 AZN-ə it, 80 AZN-ə quş QİYMƏTLƏR (VİDEO)

Ev heyvanlarının satıldığı bazarda əsl canlanma müşahidə edilir. Hər zamankı kimi ən çox maraq məhz cins itlərə olub. Qiyməti 300, 500 hətta 700 manata olan xüsusi cins heyvanlar satışa çıxarılıb. Bununla yanaşı xüsusi pişik, quş, doşan və siçanlarada maraq böyük olub.  Xəzərxəbər məlumat verir ki, biri-birindən bahalı itlər sanki sərgiyə […]