Atatürk Moskvada anıldı

Moskva hökuməti yanında “Moskva şəhər millətilər evində Türkiyə Respublikasınn yaradıcısı, dahi siyasətçi və sərkərdə Mustafa Kamal Atatürkün xatirəsini anım gecəsi keçirildi. Tədbir XX əsrin bu dahi şəxsiyyətinin vəfatının 80-ci ildönümünə həsr edilmişdi. Gecə Moskva ictimai təşkilaı “Türk Cəmiyəti”nin rəhbəri Yusuf Üzeyir Şənin təşəbbüsü sayəsndə “İstanbul – Moskva və qonşu ölkələr iş adamları assosiasıyası”nın (İstanbul – RusKom) maliyyə dəstəyivə Moskva türk tələbələr birliyinin və Mskvadakı Azərbaycan diaspora təşkilatlarnın, həmçinin Moskva “Azərbaycan” cəmiyyətinin iştirakı ilə düzənləndi. Əvvəlcə iştirakçılara üzərndə Atatürkün portreti həkk olunmuş Türkiyə bayraqları hədiyyə edildi. Tədbirdə Rusiya Dövlət Dumasının, səfirliklərin, Moskvada fəaliyyət göstərən ictimai , o cümlədən milli təşkilatların nümayəndəlri iştirak edirdilər. Y. Şənin giriş sözündən sona Türkiyədən gəlmiş, İstanul RusKomun nümayəndəsi Hüseyin Kilınç, Mustafa Kamal Paşanın həyatından və fəaliyyətindən bəhs edən geniş məruzə ilə çıxış etdi. Rusiya Dövlət Dumasının məsul işçisi Yuri Viktoroviç Moskovski  günümüzdə Türkiyə – Rusiya dostluq əlaqələrinin getdikcə irəlilədiyini vurğulayarag tarixəeskurs etdi və istiqlal müharibəsi dövründə Rusiyann Türkiyəyə yardımından danışdı. Sonra bu sətirlərin müəllifi çıxış etdi və o dövrdə Azərbaycan xalqının və dövlətinin də qardaş Türkiyəyə köməyindən bəhs etdi. O, dumanın nümayəndəsinə cavab olaraq bildirdi ki, çətin günlərdə Türkiyə də Rusiyaya öz köməkliyini etmişdir. O həmin dövrdəki əlaqələr barədə rus sovet yazıçısı  Andrey Platonovun yaradıcılığını misal çəkdi.

Moskva hökumətinin Milli məsələlər üzrə şurasının komissiya sədri və Moskva qaqauzları cəmiyyətinin rəhbəri Fyodor Qeorqiyeviç Draqoy türk qaqauz xalqının faciəvi taleyindən danışdı,qeyd etdi ki, tarixi dönəmlərdə bu xalqın öz dövləti olmuşdur. O bütün dünya türklərini mənəvi birliyə səslədi.

Tədbir Mustafa Kamal Atatürkü təcəssüm etdirən video materialların və onun haqqında yazılmış mahnıların nümayişi , rus və türk millətlərindən olan tələbə və uşaqların Atatürkə həsr olunmuş şeirlər oxuması ilə başa çatdı.

Əliş Əvəz: Moskva