“Bu, Ukrayna üçün faciəli zərbə olacaq” – XƏBƏRDARLIQ

Rusiya neft məhsullarının idxalının dayandırılması halında, Ukraynanı yanacaq kollapsı gözləyə bilər.

Turkustan.info xəbər verir ki, bu haqda Ukrayna Energetika Strategiyaları İnstitutunun eksperti Yuri Korolçuk “Obozrevatel” portalına müsahibəsində bildirib.

Korolçukun sözlərinə görə, Ukraynanın yanacaq istehlakının demək olar ki, 60 faizi Rusiya hesabına ödənilir və buna görə də çatdırılmanın dayandırılması Ukrayna bazarı üçün faciəli zərbə olacaq.

“Əgər həqiqətən Rusiyadan idxal dayandırılarsa, onda bizdə həqiqətən neft məhsulları sektorunda kollaps olacaq və bu, yarım ilə qədər davam edə bilər. Biz sadəcə idxal istiqamətini dəyişməyə vaxt tapmayacağıq və bizim üçün neft məhsulları bazarında kollaps yaranacaq. Başqa bazarlarda bizim kəsirimizi tezliklə aradan qaldırmaq üçün kifayət qədər əlavə yanacaq həcmi olmaya bilər. Bu halda da hətta proqnozlaşdırmaq çətindir ki, neft məhsullarının qiyməti necə dəyişəcək və nə qədər artacaq. Və bu faciəli zərbə olacaq”, – ekspert xəbərdarlıq edib.

Eyni zamanda, Korolçukun fikrincə, Rusiya Ukraynaya yanacağın çatdırılmasının dayandırılmasında maraqlı deyil, çünki bu, onun üçün gəlir itkisi olacaq. O qeyd edib ki, son dörd il ərzində Ukraynaya Rusiya neft məhsulları və qazın ixracı yalnız artıb.  /Publika.az/