Gün: Noyabr 13, 2018

Millət vəkillərimizin səmimi – FOTOLAR

Bu gün Azərbaycan hökumətinin iştirakı ilə Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi müzakirə olunub.  Adətən gərgin ortam mühitində sərt çıxışlarına, qalmaqallı açıqlamalarına şahid olduğumuz millət vəkillərimiz fasilə zamanı görüşüb söhbətləşiblər. “ASAN Radio” da məhz bu məqamı əks etdirən fotoreportaj hazırlayıb. Həmin fotoları təqdim edirik:   /Qafqazinfo/

General KƏRİM KƏRİMOV fenomeninin sirri – FOTOLAR

Otuz ilə yaxın Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri (1966-1991) vəzifəsini tutmuş, Azərbaycanın milli iftixarı, kosmosun əfsanəsi adlandırılan artireliya general-leytenantı Kərim Kərimovun yüz illik yubileyi Azərbaycanda və Rusiyada qeyd edilməkdədir. Həyatını sirrlər dolu bir ömürə sığdıran məxfi general yalnız SSRİ süquta uğradıqdan sonra geniş ictimaiətə tanınmışdır.General Kərim […]

“Faiq Ağayev ağıllı və savadlı adamdır, niyə də deputat olmasın?!” — Millət vəkili

“Xalq artisti Faiq Ağayev şou-biznes ulduzları arasında çox ağıllı və savadlı adamdır. O, çox bilikli və dünyagörüşlü insandır. Niyə də deputat olmasın?!”. Turkustan.info bildirir ki, bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova bildirib. E.Axundova deyib ki, Azərbaycanda şou-biznes və mədəniyyət sahələri ilə bağlı xeyli problemlər mövcuddur: “İndi sabah […]

Erməni generallar Paşinyana qarşı

Ermənistanın Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyindən uzaqlaşdırılması Nikol Paşinyana daha bir zərbədir. Nikol Paşinyan bir müddət əvvəl KTMT-yə rəhbərlik edən erməni general Yuri Xaçaturovu  korrupsiyayada ittiham edirdi. Ekspertlər hesab edir ki, bu amilin özü Xaçaturovun KTMT-nin rəhbərliyindən getməsinə mühüm zəmin yaratdı. Onsuz da Nikol Paşinyanın hakimiyyətdə olduğu müddətdə nüfuzunun […]

Ər 29 yaşlı arvadından işdən çıxmasını tələb etdi və… – Kürdəmirdə QANLI CİNAYƏT

Kürdəmirdə kişinin 29 yaşlı həyat yoldaşını bıçaqlamasının səbəbi məlum olub. Turkustan.info-nun əldə etdiyi məlumata görə, Kürdəmir şəhəri rayonun İsmət Qayıbov küçəsində yerləşən mənzildə kirayə yaşayan 1986-cı il təvəllüdlü Babayev Anar Qəhrəman oğlu həyat yoldaşı, 1989-cu il təvəllüdlü Babayeva Dursədəf Əmirşah qızını mübahisə zəminində bıçaqlayıb. Belə ki, Anar Babayev həyat yoldaşının […]

Avropa ordusu: Tramp ideyanı beşikdə boğur

ABŞ prezidenti Donald Tramp Parisə səfəri zamanı Fransanın dövlət başçısı Emmanuel Makronla Avropanın təhlükəsizliyi məsələsini müzakirə edib. Görüşdən əvvəl Donald Tramp fransalı həmkarının Avropanın vahid silahlı qüvvələrini yaratmaq çağırışını “çox təhqiredici təklif” adlandırıb. Makron isə Avropanın müdafiə sahəsində ABŞ-dan asılılığını azaltmaq təklifini prezident Trampın düzgün başa düşmədiyini deyib. Fransa prezidenti […]

Gürcüstanın Azərbaycana nə qədər borcu var?

Gürcüstanın Azərbaycana 7,976 mln. dollar həcmində borcu var. Turkustan.info Report-a istinadən xəbər verir ki, bu il oktyabrın 31-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb. Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 102,061 mln. dollar təşkil edir. Bu məbləğin 4 mlrd. 977,670 mln. dolları hökumətin payına […]

Azərbaycanda nazir müavini vəzifəsindən AZAD EDİLDİ

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, İlqar Rəhimov 10 gündür tutduğu vəzifədən kənarlaşdırılıb. Qeyd edək ki, İ.Rəhimov 1999-cu ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin I müavini vəzifəsində çalışıb. 1999-cu ildən Azərbaycan Milli Paralimpiya […]

Bakıda 11 qadını fahişəliyə cəlb edən kişi barəsində…

Bakıda 11 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanılıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək Pərviz Məmmədov adlı şəxsin onları fahişəliyə cəlb etdiyini deyiblər. Daha sonra P.Məmmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə […]

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi

“Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı”.  Turkustan.info məlumatına görə, bunu Milli Məclisin plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.  O qeyd edib ki, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb […]

Azay Quliyev QHT Şurasına ayrılan maliyyənin artırılmasını təklif etdi

“10 ildir ki, cənab prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyəti institutlarına, xüsusilə Qeyri-Hökumət Təşkilatlarına (QHT) dövlət dəstəyi həyata keçirilir. Hesab edirəm ki, bu çox mühüm məqamdır. Ölkə ictimaiyyəti, xüsusilə ictimai sektor dövlət qayğısını yüksək qiymətləndirir”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi […]

“Manat ucuzlaşmayıbsa, qiymətlər niyə bahalaşır” – Millət vəkilindən bahalaşmaya etiraz

Milli Məclisdə bu gün başlayan dövlət büdcəsi layihəsinin müzakirəsində ərzaq məhsulları və dərmanların bahalaşmasına narazılıq bildirilib. Turkustan.info xəbər verir ki, müzakirələrdə çıxış edən deputat Vahid Əhmədov manatın kursunun sabit qalmasına baxmayaraq, bəzi məhsulların qiymətinin bahalaşmasının anlaşılmadığını deyib. Vahid Əhmədovun fikrincə, manatın kursunun sabit qalması fonunda qiymətlərin artması təbii proses deyil: “Milli […]

Müəllimlərin maaş kartları niyə məktəb direktorunun cibindədir? – Şikayət

Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbin direktoru müəllimlərin maaş kartını alaraq pulunu mənimsəyib. Turkustan.info bildirir ki, belə bir şikayətlə Yenicag.az-a İsmayılova Aygün Nurməmməd qızı müraciət edib. O bildirib ki, maaş kartını direktor Rəhim Rəhimovdan istədikdə ona 2016-cı il tarixindən etibarən işdən azad edildiyi deyilib. Aygün İsmayılovanın sözlərinə görə, […]

Rəsmi Yerevan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə

İlin sonuna qədər Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zoqrab Mnatsakanyan və Elmar Məmmədyarovun daha bir görüşü baş tutacaq. Turkustan.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan brifinqdə məlumat verib. “Mnatsakanyan dekabrın 6-7 də ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Həmsədrlər tərəfindən təklif […]

Azərbaycanda siqaret və spirtli içkilər yenidən bahalaşacaq: Aksiz vergisi qalxır

2019-cu ildə Azərbaycanda siqaret və spirtli içkilərin qiyməti qalxacaq. Belə ki, büdcə sənədlərində 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacağı görünür. Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın çoxalması bahalaşma barədə danışmağa əsas verir.  Turkustan.info-nun məlumatına görə, gələn il idxal olunan […]

Zamirə məhkəmə qarşısına nə vaxt çıxarılacaq?

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın növbəti məkhəmə iclasının tarixi müəyyənləşdirilib. Turkustan.info Report-a istinadən xəbər verir ki, “Westminister Magistrates” məhkəməsində keçirilən inzibati iclasda növbəti məhkəmənin 24, 26, 27 və 28 iyun 2019-cu il tarixlərində keçiriləcəyi bildirilib. Qeyd edək ki, Azərbaycan […]

Azərbaycanda bütün növ pensiyalar artırılacaq

Azərbaycanda bütün növ pensiyalar artırılacaq. Turkustan.info xəbər verir ki, bunu Milli Məclisdə (MM) jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, Azərbaycanda bütün pensiyalar faizlərlə indeksasiya edilərək artırılacaq. Nazir sonra şəhid hərbi qulluqçularla bağlı yaranmış problemə toxunub və qeyd edib ki, əvvəllər birdəfəlik ödəmə […]

Daş üstündə daş qalmayacaq – Sarkisyandan Paşinyana Qarabağ TƏHDİDİ

Ermənistanın keçmiş prezidenti, Respublika Partiyasının rəhbəri Serj Sarkisyan Nikol Paşinyan hakimiyyətini təhdid edib. Turkustan.info xəbər verir ki, noyabrın 11-də Respublika Partiyasının iclası keçirilib. “Qraparak” qəzeti yazır ki, iclasda dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edilib. İclasda çıxış edən Serj Sarkisyan deyib ki, “əgər hakimiyyət ölkənin maraqlarını qorusa, […]

“Unibank”ın yalanları… – Hər kəsin bankı?

Azərbaycanda bank xidmətinin mükəmməl səviyyədə olduğunu əminliklə deyə bilmərik. Ümumiyyətlə, vətəndaşlar arasında banklara qarşı inamsızlıq var. Çoxları da bank sektorunda çalışanların soyğunçuluqla məşğul olduğunu bildirir. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, əhalinin inamsızlıq göstərdiyi banklardan biri də “Unibank”dır. 1992-ci ildə “MBank” adı altında təsis edilən, 10 il sonra isə “Unibank” adı […]

Ərdoğan – Tramp görüşünün detalları məlum olub

Türkiyə prezidenti amerikalı həmkarı ilə görüşünün mühüm məqamlarını açıqlayıb Ötən gün ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Turkustan.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə Ərdoğan Fransa səfərindən dönərkən, təyyarədə jurnalistlərə açıqlama verib. O, Ağ Ev rəhbəri ilə bir sıra məsələləri müzakirə etdiklərini qeyd edib. […]

Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb

Hadisə zamanı 10 nəfər bina sakini xilas olunub, 100 nəfər şagird və 50 nəfər bina sakini təxliyə edilib  Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 3600 m² olan üçmərtəbəli binanın 3-cü mərtəbəsində otaqlar, taxtadan ibarət arakəsmələri 132 m² sahədə, dəhliz 168 m² sahədə və binanın dam örtüyü 20 m² (ümumi 320 […]

Bakıda 15 yaşlı qızdan ağlasığmaz hərəkət – GECƏ SAAT 3-DƏ…

Bakıda yeniyetmə qız yaşadığı evdən xeyli pul və bahalı telefon götürərək qaçıb. Turkustan.info xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə müraciət edən 1983-cü il təvəllüdlü Firəngiz Zərbəliyeva (adlar şərtidir) Binə qəsəbəsində onunla birgə yaşayan qızı Aytənin noyabrın 11-nə keçən gecə saat 03 radələrində evdən qaçdığını bildirib. Qadın əlavə […]

Qarabağ əlili böyrəyini satışa çıxarmaq istəyir – “Bank of Baku”dan ölkə rəhbərliyinə şikayət

Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Abduləli Rəsulov “Bank of Baku” ilə bağlı ölkə rəhbərliyinə şikayət edib.  Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, bir böyrəyini müharibədə itirmiş qazi digər böyrəyini də banka görə satmaq məcburiyyətində qaldığını deyir.  A.Rəsulovun sözlərinə görə,döyüşlərin birində bir böyrəyini itirdikdən sonra ağır fiziki işlə məşğul ola […]

Ukraynada ermənilər azərbaycanlını vəhşicəsinə döydülər – Qarabağa görə

Ukraynanın Zaporoje vilayətinin Melitopol şəhərində kafelərdən birində bir qrup erməni Azərbaycan vətəndaşı, əslən Kəlbəcər rayonundan olan, 1963-cü il təvəllüdlü Qurbanov Tariyel Malik oğlunu ölümcül döyüblər. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə kafedə müştərilər olan, Ermənistandan Ukraynaya yol tikintisində işləməyə gələn ermənilər tərəfindən azərbaycanlı müştəriyə qarşı milli zəmində və Qarabağla […]

Deputat müəllim və həkimlərin maaşlarının azlığından şikayətləndi

“Azərbaycan prezidenti səviyyəsində elmlə bağlı qəbul edilən xeyli sənədlər var. Həmin sənədlərdə elm sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımların atılmasının vacibdliyi vurğulanır”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentdə bugünkü büdcə müzakirələri zamanı deyib. Deputat bildirib ki, Azərbaycanda elmə ayrılan […]

Arzu Bağırova Türkiyədə mükafata layiq görülüb – FOTOLAR

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova Türkiyənin paytaxtı Ankarada keçirilən 9-cu Beynəlxalq Buhara Medya Ödül mərasimində rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının Azərbaycan – Türkiyə əlaqələrinin inkişafı istiqamətində həyata keçirdiyi layihələrə görə mükafata layiq görülüb. Turkustan.info xəbər verir ki, mükafata görə təşəkkürünü bildirən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin […]

Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyədə səfərdə olub və TC Daxili İşlər naziri, cənab Süleyman Soylu ilə görüşüb. Bu haqda Azərbaycan Respublikasının qardaş Türkiyə Cümhuriyyətindəki səfirliyinin Təhsil Müşavirliyinin rəsmi facebook səhifəsində məlumat […]

“İran dağılsa, Azərbaycanın qarşısını almaq mümkün olmayacaq” – Sərkisyandan sensasiya

Rusiya Silahlı Qüvvələri və sərhədçiləri Ermənistanın təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayırlar. Turkustan.info xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri David Tonoyan deyib. Onun sözlərinə görə, Ermənistan-Rusiya yaxınlaşması Cənubi Qafqazda formalaşmış status-kvo məntiqindən irəli gəlir: “Ermənistan Cənubi Qafqazda Rusiyanın əsas strateji tərəfdaşıdır. Rusiya Ermənistana Azərbaycanla hərbi balansın qorunmasında kömək edir”. Tonoyanın […]

Ziyad Səmədzadə: “Banklar faiz dərəcələrini azaltmalıdır“

“Azərbaycan banklarında faiz dərəcələri yüksəkdir”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. Komitə sədri bildirib ki, dünya ölkələrinin bir neçəsində yüksək faiz dərəcələri var onlardan biri də bizdədir. “Bunun səbəbləri var. İnflyasiyadan qorxuruq. İnflyasiyanı cilovlamaq lazımdır. […]

Oqtay Əsədovdan nikbin PROQNOZLAR

“Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası ölkəmizdə iqtisadi inkişafın prioritetlərini və məqsədlərini əldə etməyə imkan verib. 2018-ci ilin 9 ayı ərzində ölkəmizdə bütün makroiqtisadi göstəricilərdə artım olub”. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, bu dövr […]

Sürücülərin diqqətinə: 3 gün sonra cərimələnə bilərsiniz

Avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddətinin bitməsinə 3 gün qalıb. Turkustan.info-nun məlumatına görə, ölkəmizdə tətbiq edilən qanuna əsasən mayın 1-dən noyabrın 15-nə kimi olan müddətdə avtomobillərin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitlərdən istifadəyə icazə verilir. Bu müddətdən sonra isə sürücüləri cərimə gözləyir. Baş Dövlət Yol Polisi […]

Şəhid vərəsələrinə ödəmələrin verilməsinə başlanıldı

Şəhid hərbi qulluqçuların vərəsələrinin ilk partiyasına birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, sənədləri qaydasında olan 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinin bank hesabına bu gün vəsaitlər ödənilib. “Gün ərzində və ya günün sonunda artıq onlar vəsaitləri bank hesablarından […]

Hökumət üzvləri Milli Məclisə gəldilər – Büdcə müzakirə olunur

Bu gün Milli Məclisin növbəti iclası başlayıb. Turkustan.info-nun məlumatına görə, iclasa sədrliyi Oqtay Əsədov edir. İclasda baş nazir Novruz Məmmədov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, vergilər naziri Mikayıl Cabbarov və digər hökumət üzvləri iştirak edir.  İclasın gündəliyinə 11 məsələ daxildir. Bunlar ”Azərbaycan Respublikasının […]

Xırdalanda qanlı şpris başlıqlarının tapılması… – DİN

Daxili İşlər Nazirliyi (DİN) bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib. Turkustan.info bildirir ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Report-a deyib ki, parklardan birindəki oturacaqlara sancılmış qanlı şpris başlıqlarının aşkarlanmasını əks etdirən fotolar yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və nəticədə məlum olub […]

Ermənistan büdcəsinin gəlir və xərcləri açıqlandı

Ermənistanın 2019-cu il üçün nəzərə tutulan dövlət büdcəsinin planı açıqlanıb. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, gələn il üçün işğalçı dövlətin gəlirləri 1 trilyon 490,6 milyard dram (3,1 milyard dollar) və xərcləri isə 1, 642,2 milyard dram (3,4 milyard dollar) nəzərdə tutulur. Bu zaman daxili və xarici dövlət borcunun miqdarı […]

“Xərçəng xəstəliyini” öz əllərimizlə alırıq – Paltar alarkən etiketinə diqqət edin! – Foto

Paltar alanların çoxu etiketin ancaq qiymət yazılan hissəsinə fikir versə də, qiymətdən daha önəmli məqam, onun hansı materialdan hazırlanmasıdır. Polyesterdən hazırlanmış paltar alarkən bir dəfə də düşünün! Turkustan.info Milli.Az-a istinadən xəbər verir ki, hazırda tişört, mayka, sviter, jaket, gödəkçə və alt paltarlarının çoxu polyesterdən hazırlanır. Polyester isə neylon ilə plastikin […]

Hamiləlik yoluxucudur! – Alimlərin inanılmaz araşdırması

Amerika Sosioloji Dərnəyi elm adamlarının diqqətini çəkən yeni araşdırmalarını təqdim edib. Bu araşdırma hamiləliyin yoluxucu olması ehtimalı ilə bağlıdır. Turkustan.info sizə həmin araşdırmanın nəticələrini təqdim edir: Statistikaya görə, 2010-cu il ABŞ-da hamiləlik sayının ən yüksək olduğu il olaraq tarixə düşüb – təxminən 6.2 milyon. Hamiləliyin artma səbəbi kimi isə bir […]

Dollarla bağlı mühüm proqnozlar

ABŞ valyutasının yaxın beş ayda ucuzlaşmasını proqnozlaşdırmaq düzgün deyil. Turkustan.info-nun xəbərinə görə, belə qənaətə “Bloomberg” agentliyinin sorğu ünvanladığı analitiklər gəliblər. Ekspertlər hesab edirlər ki, dollar 2019-cu ildə ucuzlaşacaq, lakin bu, ilin ilk kvartalında baş verməyəcək. Analitiklər əmindirlər ki, ABŞ valyutasına ABŞ Federal Ehtiyat Sistemi (FES) və əmək bazarındakı yüksək göstəricilər dəstək olacaq. […]

Hüseyn Abdullayevdən yeni xəbərlər var

Sabiq deputatla iş birliyində olduğu iddia edilən bəzi vəzifə sahiblərinin sorğulandığı haqda bilgilər var Bu ilin əvvəlində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevlə bağlı istintaq araşdırmaları davam edir. Sabiq deputatın cinayət işi üzrə materialların gələn ilin əvvəlində məhkəməyə göndəriləcəyi haqda məlumatlar yayılıb. Bildirilir ki, istintaq ilin sonuna […]

Zamirə Hacıyevaya yuxarı dairələr də kömək edə bilməyəcək – Məşhur vəkildən şərh

Məşhur rusiyalı vəkil Anton İmennov “Exo Moskvı” radiostansiyasının saytındakı bloqunda Böyük Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs edilən, daha sonra isə ev dustaqlığına buraxılan, keçmiş bankir Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın tutulmasını şərh edib. Turkustan.info xəbər verir ki, vəkil Hacıyevanın həbsinin labüd olduğunu qeyd […]

Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

İstehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1 faiz, […]

Bir dolları satıb o biri dolları alırlar

“2018-ci ilin yanvar ayının sonlarından Avstraliya dolları ABŞ dollarına qarşı uzunmüddətli ucuzlaşmağa başlayıb. Uzun vədəli enişə səbəb olan bu valyuta, ilin sonlarına yaxın potensial alıcıların bir qismi artıq alışlarla bazarda iştirak edib”. Turkustan.info Fins.az-a isitnadən bildirir ki, bu sözləri müstəqil ekspert Bünyadov Seyfəl qeyd edib.  “0.73024 zonalarında yer alan investorların birinci […]