Gün: Noyabr 14, 2018

İkinci xəbərdarlıq olmayacaq – Bahalı da olsa, almağa məhkumdurlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi regionlardakı iri və kiçik iişə obyektlərində, o cümlədən, restoran və şadlıq evlərində havatəmizləyən qurğuların olub-olmadığını yoxlayır. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi regionlardakı iri və kiçik iaşə obyektlərində, o cümlədən, restoran və şadlıq evlərində havatəmizləyən qurğuların olub-olmadığını yoxlayır. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a […]

Qarabağa qanunsuz səfər edən bloger Bakıda – VİDEO

Hindistanlı səyyah bloger Deepanshu Sangwan (Adı “YouTube”də belə qeyd olunub) qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səyahət edib. Turkustan.info Qaynarinfo-ya istinadən xəbər verir ki, hindistintanlı təxribatçı Azərbaycan torpaqlarında çəkdiyi videoları “YouTube”də paylaşıb. O, videolarında Qarabağı müstəqil respublika kimi qələmə verir və erməni işğalçılarının leyhinə açıq-aşkar təbliğat aparır. Bu barədə Qaynarinfo-ya məlumat verən Elşən […]

3 ölkə Türkiyəyə qarşı birləşdi: Qardaş ölkəyə qarşı hücum PLANININ SENSASİYALI DETALLARI

Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətini Türkiyənin üzərinə yıxmağa çalışır. Turkustan.info xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşrinə Mehmet Acet yazıb. Onun sözlərinə görə, məqaləni ərəb hakimiyyətlərində, Körfəzdə, bağlı qapılar arxasında nələrin baş verdiyini, Türkiyəyə qarşı hansı çirkin oyunların oynanıldığını yaxşı bilən bir şəxsi dinləyərək […]

Cin insanın bədəninə necə girir: “Arvad üçün kartof soyurdum…” – ŞOK CAVABLAR – VİDEO

Bir neçə gün öncə Şabran rayonunda “cin çıxardığını” iddia edən bir qrup şəxsin Bakı sakinini 40 dəqiqə işgəncə verərək qətlə yetirməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu hadisə cəmiyyətdə və ictimai şüurda xeyli müzakirələrə səbəb olub və kəskin tənqid edilib. Psixoloqlar, hüquqşünaslar, dindarlar, ziyalılar bu qəbildən olan […]

Əhali qaza görə ayağa qalxdı – Yollar bağlandı

10 şəhər istilik enerjisindən məhrum olub və ekspertlər genişmiqyaslı üsyanların gözlənildiyini qeyd edirlər. İstilik enerjisinin olmamasına görə bütün Ukraynanı mitinqlər bürüyüb. 10 şəhər istilik enerjisindən məhrum olub və ekspertlər genişmiqyaslı üsyanların gözlənildiyini qeyd edirlər. Kiyev sakinləri küçələrə çıxaraq evlərinə istilik verilməsini tələb ediblər. Mitinqlərə görə Kiyevdə avtomobil yollarında böyük tıxaclar […]

Azərbaycanda avtomobillər bahalaşacaq – QİYMƏTLƏR

Gələn ildən etibarən xaricdən Azərbaycana gətirilən avtomobillərin qiymətində kəskin artım olacaq.  Turkustan.info xəbər verir ki, bu Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub. Məcəlləyə əsasən, 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır. Məlumat üçün deyək ki, hazırda ölkəyə gətirilən avtomobillərdən bir neçə vergi rüsum tutulur.  Belə ki, avtomobilin […]

5 nəfərin yanaraq öldüyü evin VİDEOSU yayıldı

Daşkəsən rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yanğın baş verən evin videosu yayılıb.  Turkustan.info “Report”a istinadən xəbər verir ki, yanğın rayonun Quşçu kənd sakini, 1970-ci il təvəllüdlü Tağıyeva Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib. Hadisə zamanı ev sahibi həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə […]

ASAN Xidmətin səlahiyyətləri azaldıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb. Turkustan.info-nun məlumatına görə, fərmana əsasən Dövlət Agentliyinin 5 xidməti həyata keçirmək sahəsində səlahiyyətləri ləğv olunub. […]

Azərbaycanda yeni cərimələr təsdiqləndi – MƏBLƏĞLƏR

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun imzalayıb. Turkustan.info xəbər verir ki, dəyişikliklərə əsasən, qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib. Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə olunacaqlar. Qəbiristanlıqların […]

Prezident Dövlət Himninin musiqisi və mətnini təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətninin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb. Turkustan.info xəbər verir ki, musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilib. Dövlət başçısı həmçinin Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu, eləcə də Azərbaycan Respublikası Dövlət Gerbinin […]

Prezident Xələf Xələfova yeni vəzifə verdi

Prezident İlham Əliyev Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.  Turkustan.info-nun məlumatına görə, sərəncamda bildirilib ki, 2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, […]

“Qadınları niyə 65 yaşında pensiyaya çıxarırıq?” – Vahid Əhmədov

“Biz pensiya islahatları ilə bağlı çox ciddi qanun layihələri qəbul etdik. Pensiyaya çıxmağın yaş həddini dəyişdirdik. Kişilərin və qadınların pensiya yaşını 65 edib, eyniləşdirdik. Bəs bu dövlət büdcəsinə nə verdi? Dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Ümumiyyətlə, bunu hesabladılarmı?”. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında “Sosial […]

Azərbaycanda “Quş qripi” təhlükəsi – Monitorinqlərə başlanıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti “quş qripi” ilə bağlı monitorinqlərə start verib. Nazirlikdən verilən məlumata görə, monitorinqlər milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda keçirilir. Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Abşeron yarımadası, Neftçala, Oğuz və Şabran rayonlarında “quş qripi” xəstəliyinin müəyyənləşdirilməsi məqsədilə köçəri və ev quşlarından 148 […]

Ana və övladlarının öldüyü dəhşətli yanğının şahidi: “Uşaqların səsi gəlirdi” – VİDEO

Bu gecə saat 02:00 radələrində Daşkəsən rayonunun Quşçu kənd sakini Pənah Tağıyevə məxsus evdə yanğın olub. Hadisədən xəbər tutan qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq 150 kvadratmetrlik ev tamamilə yanaraq külə dönüb. Əmir Məmmədov – sakin: “Alov evi bürümüşdü. Təmiz yanır, uşaqların səsi gəlirdi. Amma alovu yarıb […]

Qərbdən işğalçıya dəstək: Qarabağda SES tikilərsə…

Separatizmə qarşı mübarizənin zəruriliyindən dəm vuran Avropa nəinki ikili standartları davam etdirir, üstəlik, təcavüzkar Ermənistanı şirnikləndirən addımlarından geri qalmır. Turkustan.info bildirir ki, bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, avropalı investorların Azərbaycanın işğal altında olan ərazisində yeni SES tikilməsinə maliyyə ayırması birbaşa işğalçılıq siyasətinin möhkəmlənməsinə xidmət […]

Pensiyalar nə qədər artacaq? – Nazir açıqladı

Milli Məclis “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanunun layihəsini müzakirəyə çıxarıb. Turkustan.info xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qanun layihəsi haqqında deputatlara məlumat verib. Komitə sədri bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin 33,4 faizi sosial sahəyə ayrılıb. […]

“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” – QHT sədrləri də DANIŞDILAR

“Bilirsiniz ki, 10 ildir ki, cənab Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafı, xüsusilə QHT-lərin sərbəst fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb və bunun üçün dövlət büdcəsindən hər il müəyyən məbləğdə vəsait ayrılır. Bu təbii ki, çox müsbət haldır və ictimai sektor dövlətimizin qayğısını yüksək qiymətləndirir. Lakin bu gün QHT-lərin […]

Azay Quliyev beynəlxalq konfransda çıxış edəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev noyabrın 15-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Millət vəkili Ukrayna parlamentində keçiriləcək “Qlobal təşəbbüsləri dəstəkləyən parlamentarilər” təşkilatının 40-cı illik forumunda və Beynəlxalq Cinayət Məhkəməsi və Qanunun aliliyinə dair Parlamentarilərin 10-cu Konsultativ Assambleyasında iştirak […]

“Azərsu” sərgidə xüsusi pavilyonla təmsil olunur – FOTO

Noyabrın 14-də Bakı Ekspo Mərkəzində IX Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlayıb. Turkustan.info xəbər verir ki, ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına öz töhfələrini verən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sərgidə xüsusi pavilyonla təmsil olunur. Pavilyonda yeni yaradılmış su mənbələri, tullantı sutəmizləyici qurğuları, su təchizatı və […]

Ağalar Vəliyev: “Vergi islahatları özəl sektorda maliyyə intizamını möhkəmləndirəcək”

“2019-cu ilin dövlət büdcəsi “Büdcə sistemi haqqında” qanunun və digər aidiyəti qanunvericilik aktlarının təldəblərinə uyğun hazırlanıb. Əminəm ki, Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə ehtiva edən növbəti ilin dövlət büdcəsi ölkənin  davamlı inkişafının təmin edilməsi istiqamətlərində qarşıda duran mühüm  dövlət vəzifələrinin  layigincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq”. Turkustan.info xəbər verir […]

Gəncədə Aşıq Şəmşirin 125 illik yubileyi böyük təntənə ilə qeyd olundu – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2018-cı il noyabr ayının 10-da Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında geniş tədbir keçirildi.  Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Gəncə şəhər İcra Hakimiyyəti başçısı […]

“Gərək adamlar boğulsun ki, metro çəkilsin?!” – Deputat

“Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni özümüz həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə olmasın, şikəst olmasın, əlil olmasın”. Turkustan.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bunun deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələrində deyib. […]

Sürücülərin diqqətinə! Sabah son gündür – Cərimələnə bilərsiniz

Noyabrın 16-da avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır. Turkustan.info-nun məlumatına görə, “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir. Hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa […]

İrandan anksiyalara reaksiya – Dialoqa cəhd, edam, həbs

Yaxın və Orta Şərqdə sular durulmur. Dünyanın karbohidrogen ehtiyatının mühüm hissəsini ödəyən bölgə dövlətləri siyasi, iqtisadi və sosial baxımdan ciddi problemlərlə üz-üzədir. Bundan başqa, Yəmən, Suriya, Liviya və İraqdakı hakimiyyətlər ölkəyə tam nəzarət edə bilmir, İsraillə Fələstin münasibətlərində gərginlik davam etməkdədir. Orta Şərqin təbii sərvətlərinə görə ən zəngin dövləti İran […]

Azərbaycan vətəndaşı İsraildə mer seçildi

İsraildə bələdiyyə seçkilərinin ikinci turu keçirilib. Turkustan.info xəbər verir ki, 42 ildir Maalot-Tarşixa-nı idarə edən Azərbaycan vətəndaşı Arkadi Pomeaneç şəhərin meri seçilib.  O, seçkilərdə 64,47 faiz səs toplayaraq rəqibi Buçbuta qalib gəlib. Məlumat üçün ki, Arkadi Bakıda anadan olub. Orta təhsilini paytaxtda alıb. O, yaxınlarına bildirib ki, mer seçildikdən sonra […]

Milli Məclis 2019-cu ilin dövlət büdcəsini təsdiqlədi

Milli Məclisdə (MM) deputatların bir qisminin – təxminən 30-a yaxın deputatın çıxışından sonra 2019-cu ilin dövlət büdcəsi parlamentin plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.  Turkustan.info-nun xəbərinə görə, millət vəkillərindən 105-i lehinə, ikisi isə əleyhinə səs verib. Qeyd edək ki, ikinci oxunuşda müzakirələr noyabrın 23-də davam etdiriləcək.   /oxu.az/

“Əlillik meyarları dəyişəcək – I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” – NAZİR

“Azərbaycanda ümumilikdə 618 min əlil var. Onlara verilən müavinətlər mərhələli şəkildə artırılacaq”. Turkustan.info bildirir ki, bu sözləri modern.az-a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, əlillərlə bağlı ümumi konsepsiya dəyişdiriləcək: “Əlillərlə bağlı yeni konsepsiya hazırlanacaq. Bu gün 52 növ sosial müavinət var. Onlar unifikasiya olunacaq. […]

Bakıda evli qadınla sevgili olan iş adamın ŞOK MESAJLARI ÜZƏ ÇIXDI – “Nəslinizi qıraram”

Ötən gün ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinə gələn ata oğlunun ölümü ilə bağlı şok iddialar səsləndirib. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, ata iş adamı olan 32 yaşlı oğlunun evli qadınla sevgili olduğunu və onun ölümündə həmin Aişə adlı qadının əli olduğunu iddia edib. Verilişdə qadının gənc iş adamına yazdığı mesajlar […]

Udmurt Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi

Azərbaycan və Udmurt Respublikaları arasında mədəni əlaqələr genişlənir. 2018-ci il Udmurt Respublikası üçün əhəmiyyətli il oldu – respublikanın Milli Kitabxanası 100 illik yubileyini qeyd etdi. Udmurt Respublikası Milli Kitabxanasının universal fondunda 1,5 milyondan artıq saxlama vahidi vardır. Udmurt Respublikasının Milli elektron kitabxanası (UR MEK) hazırda daim onlayn rejimdə əlyetərli olan […]

İdmançılarımız “Bayraq” günündə bayrağımızı dalğalandırdılar – FOTO

9 Noyabr “Bayraq”  günündə ABŞ-da Dünya Pauerliftinq Çempionatı keçirilib.  Turkustan.info Azərbaycan Dövlət bayrağını  zirvələrə ucaldan çempionlarmızı təqdim edir: Hafiz Verdiyev, 100 kq çəki dərəcəsində pauerliftinq üzrə,ağırlıqla oturub qalxmada 320 kq, ağırlığı sinədən qaldırmada 195 kq və ağırlığı yerdən qaldırmada 340 kq çəki ilə, ümumi olaraq üç  hərəkətin cəmində 855 kq […]

“Gəncə hadisələrinə görə 5 nəfər məhv edilib” – Mədət Quliyev

Noyabrın 14-də Qırğızıstanın Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclası keçirilib.   Turkustan.info bildirir ki, DTX-dən A24.Az-a verilən məlumata görə, iclasda general-polkovnik Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. M.Quliyev tədbirdə “Beynəlxalq terrorçu təşkilatlardakı bəzi tendensiyalara və Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi cəhdlərinə dair” mövzusunda çıxış edərək bildirib […]

Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi

Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib. Elmir Vəliyev hazırda “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri vəzifəsini icra etmir. O, öz istəyi ilə ictimai birlikdə olan fəaliyyətini dayandırıb. Turkustan.info bildirir ki, məsələ ilə bağlı unikal.org Gəncə şəhər Gənclər və İdman […]

“WhatsApp”dan istifadəçilər üçün çox pis xəbər gəldi

İstifadəçilərin yazışması avtomatik olaraq silinəcək  “WhatsApp”dan milyonlarla istifadəçisinə yeni xəbər var. Turkustan.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, “WhatsApp” yazılarını özündə saxlayan Google Drive uzun illər bu xidmətdən yararlanmayan istifadəçilərin yazışmasını avtomatik olaraq siləcək. Qeyd edək ki, vaxtilə “WhatsApp”ın Google Drive ilə anlaşması bir çoxları üçün ciddi müzakirə mövzusu olmuşdu. Belə ki, […]

Baş nazirdən qərar: Yeni təhsil müəssisələri yaradılır

“Yaxın günlərdə televiziya və radiolarla bağlı son 6 ayın geniş hesabatı ictimaiyyətə açıqlanacaq. Hesabatda əsas məsələ radio və televiziyalarda yayımlanan, xüsusilə  cəmiyyətdə qınaq obyektinə çevrilən verilişlər və aparıcılarla bağlı da məsələlər öz əksini tapacaq. İctimaiyyətin narazılığına səbəb olan, əhalini qıcıqlandıran verilişlərin adı da hesabatda qeyd olunacaq. Təbii ki, bu məsələləri […]

Baş nazirdən qərar: Yeni təhsil müəssisələri yaradılır

“Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilib. Turkustan.info xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, məktəbəqədər təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur. Həmçinin sanator tipli məktəbəqədər təhsil müəssisələri, eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi […]

Daşkəsəndə dəhşətli yanğın: Beş nəfər öldü – 4-ü UŞAQDIR – Təfərrüat

Daşkəsən rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yanğının bəzi təfərrüatları məlum olub. Turkustan.info Report-a istinadən xəbər verir ki, yanğın rayonun Quşçu kənd sakini, 1970-ci il təvəllüdlü Tağıyeva Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib. Hadisə zamanı ev sahibi həyat yoldaşı Gəncə şəhərində xəstəxanada müalicə […]

Bakı və Abşeronun böyük hissəsində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq. “Azəriqaz”dan verilən məlumata görə, diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 27-ci km-də aşkar olunmuş qaz sızmasının ləğv edilməsi ilə əlaqədar, 14 noyabr saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Sulutəpə”, “Alatava”, “Xocasən” Qaz Paylayıcı Stansiyalarından, “Laçın qaçqınları” və […]

Xərçənglə bağlı Amerikanın məşhur alimindən vacib xəbərdarlıq

Funksional tibb Mərkəzinin rəhbəri, ABŞ-ın tanınmış tibb doktoru, Klivlend klinikasında çalışan dünya şöhrətli onkoloq Mark Hayman xərçəng xəstəliyi ilə bağlı vacib tövsiyələr verib. “Mark, sənə xərçəng diaqnozu qoyulsaydı nə edərdin?” – deyə dostum bir dəfə mənə belə bir sual verdi. Təəssüf ki, xərçənglə mən həyatda çox tez-tez rastlaşıram. Bu, həm ailə […]

Lavrovu Putinin yanına buraxmadılar – VİDEO

Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin mətbuat katibi Dmitri Peskov Sinqapurda gözlənilməz halla rastlaşıblar.  Turkustan.info xəbər verir ki, onlar Rusiya prezidenti Vladimir Putinin sinqapurlu həmkarı ilə ASEAN sammiti çərçivəsində keçirdiyi görüşə buraxılmayıb.  “Ruptly” agentliyinin yaydığı videodan görünür ki, təhlükəsizlik xidmətinin əməkdaşları və sammit personalı Rusiya nümayəndə heyətinin üzvləri qarşısında danışıqların keçirildiyi salonun qapılarını […]