Gün: Noyabr 15, 2018

Deputat Milli Məclis işçilərinin maaşlarının artırılmasını təklif etdi – “Gecə-gündüz işləyirlər”

Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır”. Turkustan.İnfo “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin xərclər smetası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib. O, xatırladıb ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: […]

Ermənilərin Bütöv Azərbaycan TƏLAŞI

“İranın dağılması vəziyyətində Güney Azərbaycan Azərbaycan Respublikasına birləşə bilər”.Bunu erməni politoloq Aşot Sərkisyan deyib. Siyasətçi qeyd edir ki, İran sərhədləri də Ermənistana təhlükə yaradır: ”Nəticədə Böyük Azərbaycan yaranacaq ki, bu vəziyyətdə də Azərbaycanın qarşısını almaq mümkün olmayacaq. Hesab etmək olar ki, Rusiyanın Ermənistana önəm verməsi, bunun qarşısının alınmasına yönəlib”. Erməni […]

Azərbaycanda daha 135 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclası keçirilib.  Nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) […]

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosuna (FBİ) Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verib. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. Mənbə qeyd edir ki, Tramp Türkiyədə dövıət çevrilişi cəhdində ittiham edilmiş və barəsində qiyabi həbs qərarı verilmiş Gülənin ekstradisiyası fikrinə Səudiyyəli […]

Qarabağ klanı taktikanı dəyişdi: Paşinyanın qarşısına irəvanlı çıxarılır

Ermənistanın eks-prezidenti Serj Sarkisyan dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edərək öz yerini sabiq müdafiə naziri Viqen Sarkisyana verib.Yəni Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasından deputatlığa namizədlər siyahısına Viqen Sarkisyan başçılıq edəcək.Əgər ERP seçkilərdə siyasi uğur qazanıb parlamentdə ana müxalifət funksiyasını öz üzərinə götürə bilsə, Viqen Sarkisyanın siyasi […]

Azərbaycanda DƏHŞƏTLİ OLAY: Mütəşəkkil dəstə 17 yaşlı qızı nənəsinin evindən oğurladı

Yevlaxda qız qaçıranlara qarşı cinayət işi başlanıb. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, Yevlax rayon sakinləri Zamanov İlham Mehman oğlu qardaşları Zamanov Elsevər Mehman oğlu, Zamanov Elzamin Mehman oğlu və qardaşı arvadı Qabilova Elnarə Şahin qızı ilə birlikdə noyabrın 3-də 2001-ci il təvəllüdlü Quliyeva Sibel Mahir qızını evlənmək məqsədi ilə […]

İlham Əliyev 8 sərəncam, 1 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti Qusar rayonunun Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın mətnini təqdim edirik: 1. İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının […]

Bakıda avtobus belə yandı – Video+Foto

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzində İsmayıloğulları MMC-yə məxsus 93 nömrəli xətt üzrə hərəkət edən avtobus yanaraq kül olub. Turkustan.info xəbər verir ki, anidən başlayan alışma tez bir zamanda bütün avtobusu bürüyüb. Təxminən bir saat ərzində avtobus yanaraq tamamilə istifadəsiz hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı avtobusda sərnişin olmayıb. MMC-nin nümayəndəsi Vadim İsmayılov saytımıza […]

Bakının yeni merindən İLK TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov meriyaya mətbuat katibi təyin edib. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə İsrafil Kərimov Bakı Şəhər İcra Hakimiyyətinə mətbuat katibi vəzifəsinə gətirilib. Qeyd edək ki, İsrafil Kərimov Səbail rayon İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri işləyib.

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Polşanın Poznan şəhərində Qlowna küçəsində yerləşən ermənilərə məxsus olan restoranın reklam bannerində Ermənistanın xəritəsi verilib. Xəritədə işğal altında olan Dağlıq Qarabağ torpağı da Ermənistan ərazisi kimi göstərilib. Bu isə Polşada yaşayan soydaşlarımızın etirazına səbəb olub. Bu barədə Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd məlumat verib. O bildirib ki, Polşada […]

Əli Evsen Abel Məhərrəmovu “bitirdi”? – İspan şərabı rektorun sonu oldu – İDDİA

Bakı Dövlət Universitetinin rektoru işdən çıxarılıb. Turkustan.info xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Musavat.com-a verilən məlumata görə, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın […]

“Ay kişi, mən indicə Abellə birlikdə tədbirdə idim” – Misir Mərdanov

Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib. Sosial mediada onun sələfi olmuş sabiq Təhsil naziri Misir Mərdanovun bu vəzifəyə təyin olunacağı məlumatı yayılıb. Turkustan.info bildirir ki, Bizimyol.info-ya açıqlam verən sabiq Təhsil naziri Misir Mərdanov Abel Məhərrəmovun vəzifəsindən azad olunmasından xəbərsiz olduğunu bildirib:“Ay kişi, mən indicə […]

Məhərrəmovun İspaniyadakı son ÇIXIŞI: “İnsanın əqidəsi elə olmalıdır ki…” (VİDEO)

Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Mətbuatda A.Məhhərəmovun işdən azad olunması ilə bağlı sensasion məlumat yayılıb. Turkustan.info xəbər verir ki, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid […]

Xərçəngi yox edən İNANILMAZ KƏŞF – Türkiyəli alimlərdən UNİKAL ADDIM

Türkiyənin Ege Universitetinin Nüvə Elmləri Fakültəsində aparılan geniş araşdırmada mədəaltı vəzi xərçənginin diaqnozu və müalicəsində istifadə edilən yeni maddə tapılıb. Turkustan.info xəbər verir ki, araşdırmada xərçəngin diaqnozu və müalicəsində istifadə ediləcək, toxumalara zərər vermədən xərçəng hüceyrələrinin ölməsini təmin edəcək maddə kəşf edilib. Araşdırmaya Ege Univeristeti Nüvə Proqramları Şöbəsinin üzvü, professor Fatma […]

Paşinyan pul qarşılığında Qarabağı qaytarmağa hazırdır – Ermənistandan ŞOK AÇIQLAMA

“Ermənistanın mövcud hakimiyyəti Qarabağ məsələsində köhnə hakimiyyətin siyasətini davam etdirir”. Turkustan.info xəbər verir ki, bu barədə “Yerkir” partiyasının lideri Zaruhi Postanjyan deyib. 2016-cı ildə “aprel müharibəsi”ni xatırladan Postanjyan Azərbaycan Ordusunun 800 hektar (əslində 2 min hektar) ərazini azad etdiyini bildirib. “Ermənistanın mövcud hakimiyyəti də iqtidara gəldiyi dövr ərzində köhnə rəhbərliyin siyasətini […]

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi – ŞƏRTLƏR

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il üçün birinci qrant müsabiqəsi elan edirb Turkustan.info xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi qrant müsabiqəsində  iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir. Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına […]

Abel Məhərrəmov özünü necə yandırdı – Prezident rektoru bu səbəbdən qovdu? – Sensasiya

Abel Məhərrəmov özünü necə yandırdı… Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.  Musavat.com -a verilən məlumata görə, məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub. Nümayəndə heyətinin tərkibində olan […]

Prezident Abel Məhərrəmovu rektor vəzifəsindən AZAD ETDİ – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərromovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  Turkustan.info xəbər verir ki, sərəncamda bildirilir:  “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin”. Abel Məhərromov 1976-cı ildən Azərbaycan Dövlət Universitetində çalışırdı. O, […]

Mədət Quliyev TÜRKON-un toplantısında – Qırğızıstandan FOTOLAR

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov noyabrın 14-də Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (TÜRKON) XXI iclasının iştirakçılarını qəbul edib. Görüşdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev iştirak edib. Qırğızıstan Prezidenti görüşdə Konfransın region üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sooronbay Jeenbekov bildirib ki, biz bir-birimizə çox […]

Himni dəyişmək istəyən deputat: “Mən indi camaatın içinə necə çıxım, məni gör nə günə qoydular”

“İndi mən camaatın üzünə necə çıxım?” “Milli Məclisin televiziyası olmalıdır. Belə olan halda, burada baş verənlər daha dolğun cəmiyyətə çatdırılar. Bir müddət öncə, himnlə bağlı çıxış etdim. Burada çıxış edən zaman deputat statusuna uyğun olaraq bütün məsələlər barədə fikirlərini bildirməyə səlahiyyətli şəxs kimi deyil, sanki öz müdafiə hüququnu həyata keçirən […]

Gənc nəslin tariximizi bilməsi vacibdir

“Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin təşkilatçılığı ilə Milli Kitabxanada 9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib. İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir qurumun “1918-ci il azərbaycanlıların soyqırımı həqiqətlərinin gənclər arasında təbliğinin təşkili” layihəsi çərçivəsində reallaşıb. Gənc nəslin tariximizi bilməsinin vacibliyini söyləyən İctimai Birliyin sədri Aygün Zamanlı deyib […]

“Deputatların ev almağa pulu çatmır, mənzil verilsin” – Qüdrət Həsənquliyev

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların və parlament işçilərinin əməkhaqqının real şəraitə uyğun olmadığından artırılmasını təklif edib. Turkustan.İnfo Modern.az-a istinadən xəbər verir ki, Qüdrət Həsənquliyev deputatlar üçün mənzil tikintisinin yenidən bərpa olunmasını təklif edib: “Bir zamanlar deputatlar üçün mənzillər tikilirdi və mən özüm də 2003-cü ildə mənzillə […]

“Sosial şəbəkələrdə özümüz özümüzü söydürürük” – Fazil Mustafa

“AzTV Milli Məclisin fəaliyyətini elə işıqlandırır ki, sanki parlament spiker və komitə sədrlərindən ibarətdir” Turkustan.info xəbər verir ki, millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün baş tutan plenar iclasında dövlət televiziyasının parlamentin fəaliyyətini işıqlandırması prinsipinə etirazını bildirib. Fazil Mustafanın sözlərinə görə, dövlət büdcəsindən kifayət qədər vəsait ayrılan AzTV öz işini […]

Milli Məclisdə deputatlar arasında mübahisə: “Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar…”

Bəzi hallarda demək olmur, jurnalistlər başqa cür yozur. Müəyyən vaxtlarda texniki işçilər Milli Məclisdə qanun layihələrinin qəbulu zamanı səs verirdilər. Bu, parlamentin nüfuzuna xələl gətirir. Doğru olaraq Konstitusiyaya salındı ki, deputat şəxsən özü səs verməlidir”. Turkustan.info Report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında […]

“Deputatlar gəlir bəyannaməsi versin”- Əflatun Amaşov

Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməli, xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyət yarandıqda maraqlarından imtina etməlidir.  Turkustan.info-nun məlumatına görə, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Ə.Amaşov qeyd edib ki, Almaniyada deputat cinayətdə ittiham edilirsə, iclas zalında həbs olunur. Onun sözlərinə […]

Putin hakimiyyəti kimə ötürəcək? – Gözlənilməyən üç varis

Vladimir Putindən sonra Rusiya prezidentliyinə yeni real namizədlərin adları açıqlanmağa başlayıb.  Turkustan.info-nun məlumatına görə, politoloqlar V.Putinin siyasi varisinin hakimiyyətin öz daxilindən seçilmiş cavan, və idarəetmə sahəsində özünün doğrulmuş kadrlar arasından seçiləcəyini proqnozlaşdırır.  Ekspertlərin əksəriyyəti hesab edir ki, V.Putin hakimiyyəti özünün seçdiyi şəxsə ötürəcək.  Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Aleksey Makarkinin sözlərinə […]

“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQ

“Milli Məclisin etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ən çox irad tutulan məsələ deputatların plenar iclaslar zamanı günün ikinci yarısında iştirak etməməsi ilə bağlıdır. Məgər günün ikinci hissəsində qəbul olunan qanunlar eyni çəkiyə malik deyil? Əgər hansısa deputatın tədbiri və ya iştirak etməmək üçün səbəbi varsa, bu barədə […]

Madrid beynəlxalq konfransı dinlərarası dialoqun təşviqinə, sülh və qarşılıqlı anlaşmaya mühüm töhfələr verən səmərəli müzakirə platforması kimi

Müasir beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Hazırda xalqlar və milli dövlətlər ayrı-ayrı çağırışlarla üzləşirlər, meydana çıxan təhdidlər isə təkcə bir xalqı, dövləti və regionu əhatə etmir, bütövlükdə bəşəriyyətə qarşı yönəlir. Xüsusilə də, müxtəlif coğrafi məkanlarda – ayrı-ayrı regionlarda və ölkələrdə dini zəmində qarşıdurmaların baş verməsi dünya xalqlarını yeni […]

Eldar Əzizov Bakı meri təyin olundu – SƏRƏNCAM

Prezident İlham Əliyev Eldar Əzizovla bağlı sərəncam verib. Turkustan.info xəbər verir ki, sərəncama görə, Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, E. Əzizov bir müddətdir Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini kimi mer səlahiyyətlərini icra edirdi. Modern.az Eldar Əzizovun tərcümeyi-halını təqdim edir: Eldar Əziz […]

Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə yeni vəzifəyə təyin olunub. Turkustan.info saytının məlumatına görə, Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə gətirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, Fondun direktoru Sabir Əhmədov idi. S.Əhmədov Prezidentin sərəncamı ilə Qaçqınların və Məcburi […]

“Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” — Azərbaycanda şok hadisə

Azərbaycanda qayınatanın oğlundan ayırdığı gəlininə əxlaqsız təkliflər etdiyi iddia edilir. Turkustan.info bildirir ki, Qəbələ rayonunda Mənsimov Rəsul Cavanşir oğlu ilə ailə quran Sevinc Mənsimova qayınatası tərəfindən başına gətirilən dəhşətli hadisəni A24.Az-a danışıb. Gəlin iddia edib ki, qayınatası ona qarşı əxlaqsız hərəkətlər edib. Sevincin sözlərinə görə, Mənsimov Cavanşir ona illər öncə […]

“Milli Məclis işçilərinin mənzillə ehtiyacı var” – Deputat

Milli Məclisin işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var. Turkustan.info-nun məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib. O qeyd edib ki, bunun üçün vəsait ayrılmalıdır: “Onların bir çoxlarının mənzilə ehtiyacı var”. T.Kərimli əlavə edib ki, bir sıra dövlət qurumlarında da əməkdaşlar mənzillə […]

Qocalar evinə yerləşdirilən bu qadın nazirin xalası qızıdır – FOTO

Səhiyyə naziri Oqtay Şirəliyevin xalası qızı Qocalar evində yaşayır. Turkustan.info-nun Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, Səhiyyə nazirinin 87 yaşlı xalası qızı Əminə Hüseynovadan nəvələri və yaxınları imtina edib. Buna görə də Əminə Hüseynova Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionat (Qocalar) evində qalır. Bir müddət öncə açıqlama […]

“Deputatların maaşı yox, müavinətləri artırılsın” – Tahir Kərimli

“Millət vəkillərinin deputatlıq fəaliyyətlərini həyata keçirmələri üçün onlara verilən müavinətlərin artırılması kafidir”. Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin bu gün baş tutan plenar iclasında millət vəkili Tahir Kərimli deyib. Tahir Kərimlinin sözlərinə görə, Milli Məclisin xərclərinin artılması çərçivəsində deputatlarla yanaşı parlament əməkdaşlarının da sosial vəziyyətinin yaxşılaşdırılmasına ehtiyac var: “Deputatların iş […]

“Həmas” İsrailin “Dəmir qübbə”sini dağıtdı – Yəhudilər şokda

İsraildən bildiriblər ki, fələstinlilər raket texnologiyasını yeniləyiblər və son münaqişədə Rusiya istehsalı olan raket sistemindən istifadə etdikləri təxmin olunur Bazar günündən bəri “Həmas”, adı açıqlanmayan yeni raket sistemi ilə İsrail tərəfinə 460 raket atıb. “Həmas” bununla yeni raket texnologiyasını nümayiş etdirib. Turkustan.info “Haber7”-yə istinadla xəbər verir ki, İsrailin “Dəmir qübbə” adlı […]

Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi tərəfindən ölkəmizdə növbəti dəfə Uşaq Paralimpiya oyunları təşkil edilib.   Turkustan.info xəbər verir ki, Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin və UNİCEF-in dəstəyi ilə IV dəfə  keçirilən […]

Baş nazir qida məhsulları ilə bağlı qərar verdi

Nazirlər Kabineti “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nı təsdiq edib.   Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinə tapşırılıb ki, qida təhlükəsizliyi qeydiyyatına aldığı […]

Sərkisyan Qarabağ haqda: Kompromis olmayacaq

Respublikaçılar Partiyası Qarabağ məsələsində kompromisə getməyəcək. Turkustan.info xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublikaçılar Partiyasının vitse-sədri, keçmiş müdafiə naziri Vigen Sərkisyan paylaşıb. “Biz konstruktiv müxalifət olacağıq və hər zaman dialoqa hazırıq. Bəzi məsələlərdə kompromisə getməyəcəyik. Bu, ilk növbədə Qarabağ probleminə aiddir. Problem yalnız xalqların öz müqəddaratını təyin etməsi […]

Ağdərədə maşın 300 metr yüksəklikdən dərəyə düşdü – Ermənilər öldü

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində baş verən avtomobil qəzasında 3 erməni ölüb. Turkustan.info yerli mətbuata istinadən xəbər verir ki, hadisə Ağdərə rayonunda baş verib. Məlumata görə, “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın 300 metrlik yüksəklikdən dərəyə yuvarlanıb.  Nəticədə sərnişinlər – 57 yaşlı Varazdat Manukyan və 33 yaşlı […]

Sürücülərin nəzərinə: 150 manatlıq cərimələr başladı

Bu gündən etibarən avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddəti başa çatır. Turkustan.info xəbər verir ki, may ayının 1-dən noyabrın 15-dək avtomobilin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitələrdən istifadəyə icazə verilib. Müddət başa çatdıqdan sonra jalüzlərdən istifadə edən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 150 manat […]

Həyat sığortası: Əzrayıl sığorta olunanlardan daha az adamı aparır

Həmişə dünyaya “beşgünlük” baxan biz azərbaycanlılar sığortanı sevmirik. Ancaq qloballaşma sığortaya yanaşmanı da getdikcə dəyişir və övladına ev tikməyə çalışan xalqımızın nümayəndələri, həm də öz canlarını qiymətləndirməyə başlayıblar. Odur ki, ölüm halından sığortalanma üzrə toplanan vəsaitlər getdikcə artır. Düşünürsən ki, ölümün çatıb? Turkustan.info Oxu.Az-a istinadən  ölüm halından sığorta nədir, onu […]

Son 5 ildə 7 min tələbə təhsil haqqına görə ali məktəbi atıb – Təhsil kreditləri PROBLEMİ

Bir neçə gün öncə maliyyə naziri Samir Şərifovun təhsil kreditləri ilə bağlı açıqlamasından sonra bu məsələ yenidən gündəmə gətirildi və xeyli müzakirə olundu. Təhsil kreditləri ilə bağlı yarımçıq qalan layihənin həyata keçirilməsi üçün xarici ölkələrin təcrübəsi də ortaya atıldı. Bəzi təhsil ekspertləri xarici ölkələrdə mövcud olan sistemə uyğun təhsil kreditlərinin qurulmasının […]

Nazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”

“İndi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni, pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb”.  Turkustan.info bildirir ki, bu sözləri Modern.az-a eksklüziv açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır: “Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 […]

Qarabağa 100 milyon… – Bakı nəzarətə götürdü

Avropalı investorların Azərbaycanın işğal altındakı Sərsəng su anbarı yaxınlığında tikiləcək yeni anbar üçün 100 milyon dollar pul ayırması ilə bağlı məsələ tərəfimizdən nəzarətə götürülüb. Turkustan.info xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O qeyd edib ki, bəzi məqamlar artıq bəllidir. Qeyd edək ki, […]

ABŞ-ın neft siyasəti işə düşdü: İran çökdürülür

ABŞ NOPEC qanun layihəsini qəbul etməklə, yəni neft qiymətlərinin ucuzlaşması yolu ilə həm İrana, həm də Rusiyaya ciddi zərbə vurmağı düşünür. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, NOPEC qanun layihəsi ABŞ-da həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənir: “Konqresdə bununla bağlı demək olar […]

Qida məhsullarının gömrükdən buraxılışı sürətləndiriləcək – QAYDA

Nazirlər Kabineti “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nı təsdiq edib.  Turkustan.info-nun məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinə tapşırılıb ki, qida təhlükəsizliyi qeydiyyatına aldığı subyektlərə və yeyinti məhsullarına […]

Azərbaycanda vulkan təhlükəsi – PROQNOZ

Abşeron yarımadasında Bozdağ Qobu vulkanı püskürsə, ətrafında yaşayış binaları təhlükə altında qala bilər. Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda iki vulkan püskürüb: “Mən yaxın aylarda altı palçıq – Abşeron yarımadasında Bozdağ Qobu, Ələt […]

ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində işgüzar səfərdədir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələrində digər ölkələrin ali təhsil müəssisələri ilə yanaşı Ukraynanın aparıcı universiteti ilə əməkdaşlığa önəm verilir. Belə təhsil müəssisələrindən biri Sumi Milli Aqrar Universitetidir (SMAU). 2018-ci ilin iyun ayında Almaniyanın Vaynştefan Triezdorf Universitetində ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və SMAU-nun rektoru, akademik […]

Evlilikdən 5 il sonra qadınlar xəyanət haqda düşünür – Buna səbəb görün nə imiş

Belçika psixoloqları müəyyən edib ki, qadınlar öz partnyorlarına qarşı münasibətlərinin ilk beş ilində sevgi bəsləyirlər.  Bundan sonra onlarda narazılıq hiss yaranır və qadınlar tərəf müqabillərinin dəyişməsi barədə düşünürlər. Turkustan.info Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, alimlər bu nəticəyə 200 qadın arasında apardıqları sorğudan sonra gəliblər. Qadınlara sorğu zamanı ən sadə […]

“Veysəloğlu” şirkəti təqaüd verəcəyi tələbələrlə görüş keçirib – FOTOLAR

Bu gün “Veysəloğlu Akademiya”da Şirkətlər Qrupunun əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək balla qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib.  Görüşdə şirkət rəhbərliyi yüksək bal toplayıb ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər […]

Qəbiristanlıqlarla bağlı cərimələr təsdiqləndi – TƏLƏBLƏR POZULARSA…

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun imzalayıb. Turkustan.info xəbər verir ki, dəyişikliklərə əsasən, qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilib. Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə olunacaqlar. Qəbiristanlıqların […]