“Deputatların maaşı yox, müavinətləri artırılsın” – Tahir Kərimli

“Millət vəkillərinin deputatlıq fəaliyyətlərini həyata keçirmələri üçün onlara verilən müavinətlərin artırılması kafidir”.

Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin bu gün baş tutan plenar iclasında millət vəkili Tahir Kərimli deyib.

Tahir Kərimlinin sözlərinə görə, Milli Məclisin xərclərinin artılması çərçivəsində deputatlarla yanaşı parlament əməkdaşlarının da sosial vəziyyətinin yaxşılaşdırılmasına ehtiyac var:

“Deputatların iş şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlar yaradılıb. Maaşların artırılmasına gəldikdə, məncə, buna ehtiyac yoxdur. Sadəcə millət vəkillərinin deputatlıq fəaliyyətlərini həyata keçirmələri üçün onlara verilən müavinətlərin artırılması kafidir.
Bundan başqa hesab edirəm ki, Milli Məclis əməkdaşlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması, o cümlədən onların mənzillə təmin olunmaları məsələlərinə də baxılması münasib olardı”.

Tahir Kərimli daha sonra Milli Məclisin xüsusi televiziya kanalının açılmasına ehtiyac olduğunu qeyd edib.  /yenicag.az/