Qarabağa 100 milyon… – Bakı nəzarətə götürdü

Avropalı investorların Azərbaycanın işğal altındakı Sərsəng su anbarı yaxınlığında tikiləcək yeni anbar üçün 100 milyon dollar pul ayırması ilə bağlı məsələ tərəfimizdən nəzarətə götürülüb.

Turkustan.info xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O qeyd edib ki, bəzi məqamlar artıq bəllidir.

Qeyd edək ki, avropalı investorların Azərbaycanın işğal altındakı Sərsəng su anbarı yaxınlığında tikiləcək yeni anbar üçün 100 milyon dollar pul ayırdığı iddia edilib. Bu haqda Qarabağ separatçılarının nümayəndəsi Araik Arutyunyan məlumat yayıb.

100 milyon dəyərində olan proqramın icrasının tezliklə başlayacağını bildirən Arutyunyan qeyd edib ki, nəzərdə tutulmuş anbar Sərsəngin sağ sahilində qurulacaq.  /Axar.az/