Gün: Noyabr 16, 2018

Gözlənilən möhtəşəm qərar verildi – Şəhər mərkəzindəki “masaj salonları” BAĞLANDI – FOTOLAR

Bir neçə gündür ki, Bakı Şəhərinin mərkəzi küçələrində, xüsusilə ali və orta təhsil müəssisələrinə yaxın yerlərdə “massaj salonları” adı altında fəaliyyət göstərən fahişəxanalar bağlanıb. Metronun 28 May stansiyası yaxınlığında intim xidməti təklif edən “masaj salonları”nın fəaliyyəti tamamilə dayandırılsa da, “Tarqovı” ərazisində fəaliyyət göstərən həmin obyektlərin yerində gecə klubları açılıb. Bakı […]

Türkiyədə hərbi bazada partlayış: Ölən və yaralananlar var

Vertolyotla xəstəxanaya aparılan yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir Türkiyədə Şırnak vilayətinin Uludərə rayonunda hərbi baza ərazisində partlayış olub. Turkustan.info “Haber7“ə istinadla xəbər verir ki, partlayış nəticəsində bir əsgər şəhid olub, 4 əsgər yaralanıb. Partlayış atış təlimi zamanı baş verib. Vertolyotla xəstəxanaya aparılan yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.  […]

“Azərbaycandan gəlmələr” İrəvanda ayağa qalxdı: “Bizi insan yerinə qoymurlar” – VİDEO

I Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və azərbaycanlıları öz yurdlarından qovmasından sonra Bakını tərk edən ermənilər İrəvanda hökumətə qarşı etirazlara başlayıb. Turkustan.info xəbər verir ki, Ermənistanda “Azərbaycandan gəlmələr” adı ilə tanınan ermənilər hökumət binası önündə etiraz aksiyası keçirib. “Azərbaycandan gəlmələr” iqtisadi inkişaf nazirinin birinci müavini Vaçe Terteryanın onların […]

Paşinyanın izlədiyi hərbi təlimdə biabırçı səhv – VİDEO

Bu gün Ermənistan ordusunun “N” saylı hərbi hissəsində taktiki hərbi təlimlər keçirilib. Turkustan.info erməni mətbuatına istinadən xəbər verir ki, təlimi Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, müdafiə naziri Davit Tonoyan və Baş Qərargahın birinci müavini, general-mayor Onik Qasparyan izləyib. Hərbi təlim zamanı erməni hərbçilər səhvən az qala döyüş […]

Azay Quliyev Ukraynadakı tədbirdə Qarabağla bağlı beynəlxalq tribunalın yaradılmasını təklif etdi

2002-ci ildə fəaliyyətə başlayan Beynəlxalq Cinayət Məhkəməsi artıq bir sıra ölkələrdə, xüsusilə keçmiş Yuqoslaviya üzrə ayrıca beynəlxalq tribunal yaradıb. Bu təcrübədən yararlanaraq Beynəlxalq Cinayət Məhkəməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunal yaratmalıdır. Turkustan.info xəbər verir ki, bu fikri Ukrayna parlamentində Qlobal Təşəbbüsləri Dəstəkləyən Parlamentarilər Təşkilatının 40-cı illik Forumu […]

“Bədbəxtlər, səviyyəsizlər, istəyiniz qursağınızda qalacaq” – Mübariz Mənsimov

“Haqqımızda yazılanları mən oxumaqdan yoruldum, siz bədbəxtlər yazdırmaqdan yorulmadınız… Gülüb, keçirəm. Çox özünüzü gücə salmayın”. Turkustan.info xəbər verir ki, bu sözləri Mübariz Mənsimov şirkətinin müflis elan edilməsi il bağlı yayılan xəbərlərə reaksiya verərkən deyib. O, bu xəbərləri kimlərinsə yazdırdığını qeyd edərək, onları səviyyəsiz adlandırıb: “Türkiyədən kənarda bəzi dövlət məmurları və […]

Adil Əliyevdən 30 min istəyən istəyən icra başçısı kimdir? – Deputatdan açıqlama

Millət vəkili, Azərbaycan Kikboksink Federasiyasının prezidenti Adil Əliyevin dünən Müsavat.com-un canlı yayımında səsləndirdiyi bəzi fikirləri qalmaqala səbəb olub. Onun “elə icra icra başçısı var ki, bir qapının açılması üçün məndən 30 min rüşvət istəyir” fikri bütün medianın manşetinə çıxıb. Millət vəkilindən rüşət istəyən başçısının kimliyi isə marağa səbəb olub.  Turkustan.info […]

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor İradə Əliyevaya həvalə edilib. Bu hada məlumatı Təhsil Nazirliyinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov təsdiqləyib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad […]

Türkiyədə Qarabağ parkının və Xocalı abidəsinin açılışı oldu – FOTO

Türkiyənin ən böyük vilayətlərindən biri Şanlıurfada Qarabağ parkının və  Xocalı abidəsinin açılışı olub. Turkustan.info xəbər verir ki, Türkiyənin Şanlıurfa  vilayətində Qarabağ parkı, Şəhidlər abidəsi və Xocalı Soyqırımı abidəsinin açılışında yüzlərlə insan iştirak edib. Şanlıurfanın  ən böyük parkı olan Azərbaycan-Qarabağ parkı min hektarlarla ərazini əhatə edir. Şanlıurfaın mərkəzində yerləşən Azərbaycan  Qarabağ parkı və […]

Camal Qaşıqçının doğranmış bədəninin görüntüləri YAYILDI – FOTOLAR 18+

Turkustan.info xəbər verir ki, Türkiyənin İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanı konsulluğunda qətlə yetirilən Camal Qaşıqçının cəsədinin parçalarının görüntüləri üzə çıxıb. Belə ki, Qaşıqçının doğranmış bədən üzvlərinin təhlükəsizlik kameraları tərəfindən lentə alındığı bildirilir. Qeyd edək ki, oktyabr ayında Camal Qaşıqçı Türkiyənin İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olaraq yoxa çıxıb. /A24.az/

Abel Məhərrəmovun “piyan” çıxışı harda olub? – Hələ o video yayılmayıb

Dünəndən ölkə gündəmini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun işdən qovulması və buna səbəb olan sensasion faktlar zəbt edib. Belə ki, şeyxülislam Allahşükür Paşazadə ilə ölkənin bir qrup deputat və ziyalılardan ibarət nümayəndə heyəti İspaniyada beynəlxalq konfransa gedərkən onu səfərdə müşayiət edən BDU rektorunun “sərgüzəştləri” ölkədə ciddi rezonansa səbəb […]

Abel Məhərrəmovu əvəz edən şəxsin adı dəqiqləşdi

BDU-nun dünən işdən azad edilən rektoru Abel Məhərrəmovu prorektor İradə Əliyeva əvəz edir. Qeyd edək ki, bundan öncə professor Əmrah Dadaşovun BDU-nun rektor əvəzi təyin edildiyi xəbəri yayılsa da, BDU mətbuat katibi Pərvanə İbrahimova təkzib etmişdi. Ötən gün Prezidentin sərəncamı ilə BDU rektoru vəzifəsindən azad edilib. BDU-da 5 prorektor var: […]

Tütün məmulatları istehsalı fabriki istifadəyə verildi – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib. Turkustan.info xəbər verir ki, “Tabaterra” QSC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına məlumat verdi ki, zavodda 3 formatda – ağır, yüngül və daha yüngül olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal […]

“Abel Məhərrəmovu yaxşı tanıyıram” – Aqil Abbas

Deputat Aqil Abbas Bakı Dövlət Universitetinin eks-rektoru Abel Məhərrəmovun adının şərab qaçaqmalçılığında hallanmasına münasibət bildirirb. Turkustan.info bildirir ki, Millət vəkili BakuPost-a açıqlamasında bu kimi məlumatlara inanmadığını deyib: “Mən Abel müəllimi yaxşı tanıyıram. Böyük hörmətim də var. Belə bir hadisənin olub-olmaması ilə bağlı hər hansı məlumatım yoxdur. Amma belə şeylərə inanmıram”.

Damlanın filmində bakirəlik, zorlanma və erotik kadrlar – VİDEO

Mahnıları ilə tamaşaçılarını ağlatmağı yaxşı bacaran, özü də ara-sıra ağlayan müğənni Damla bu dəfə göz yaşlarını film üçün töküb. “Taxta ayı” adlanan filmdə Rüfət Nəzərlə baş rolu paylaşan Damlanın obrazının da adı elə “Damla” olub. Xatırladım ki, filmin prodüseri də Damlanın özüdür. Obrazı ilə eyni adı daşıyan sənətçi, yəqin ki, burada uşaqlığımızın “ağlamalinski” […]

Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir – FOTO

Noyabrın 16-da Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu işə başlayıb. Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, Forumda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi – Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman […]

Paşinyan Azərbaycanla sərhədə gəldi

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən döyüş mövqelərini ziyarət edib. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, döyüş korpuslarından birində keçirilən təlimləri izləyib və bundan sonra döyüş postlarında xidmət keçən əsgərlərlə görüşüb.  /Modern.az/

Jurnalistlər Azercell-in təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcəklər

Azərbaycanda KİV nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına, beynəlxalq əlaqələrin qurulmasına, həmçinin ingilis dilli mənbələrdən sərbəst istifadəsinə  yardımçı olmaq məqsədilə “Azercell Telekom” MMC-nin media nümayəndələri üçün təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcək jurnalistlər bəlli olub. Turkustan.info xəbər verir ki, çap, online və elektron mediada çalışan 50 nəfər jurnalist kurslarda iştirak etmək […]

200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq – Ekspertdən açıqlama

“Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur. Təklif olunan dəyişikliyə görə, 200 manatadək maaş alan şəxsdən cəmi 25 faiz sosial sığorta tutulacaq ki, bu 25 faizin sığortaolunanın gəlirlərindən 3 faizi, 22 faizi isə sığortaedən tərəfindən ödəniləcək. 200 manatdan çox maaş alanların 10 faizini sığortaolunan, 15 faizini isə sığortaedən ödəyəcək. […]

İçki onları uçuruma atdı: Şərabın qurbanı olan azərbaycanlı məmurlar

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Xatırladaq ki, Abel Məhərrəmov 1999-cu ilin yanvarında bu posta təyin edilib və 20 ilə yaxın bu vəzifədə çalışıb. Son vəzifə təyinatına qədər isə Kimya fakültəsinin dekanı olub. Abel Məhərrəmovun işdən çıxarılmasına oğlunun səfir olduğu […]

“Sərxoş vəziyyətdə Şeyximizə söz atmaq, onu dolamaq ən böyük əxlaqsızlıqdır” – YAP-çı deputat Abel Məhərrəmovu “TOPA TUTDU”

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektorluğu vəzifəsindən azad edilməsi və adının şərab biznesində hallanması məsələlərinə münasibət bildirib.  Hüseynbala Mirələmov Demokrat.Az-a açıqlamasında deyib ki, əgər Abel Məhərrəmov doğrudan da Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin olduğu […]

Vikiçilər daha önəmli işə imza atdılar

Vikiçilər daha önəmli işə imza atdılar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilis, gürcü və türk dillərində olan “Vikipediya”larda milli qəhrəmanlarımız İsgəndər Aznaurov , Rövşən Əliyev, və Kazım Məmmədov haqqında məqalələr yaradılıb. İsgəndər Aznaurov haqqında gürcü dilində məqaləni Mehman İbrahimov yaradıb. MEK-dən […]

Məhərrəmovların Madriddəki şərab biznesi – VİDEO

Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Mətbuatda A.Məhhərəmovun işdən çıxarılması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. A.Məhərrəmov və […]

Putinə qarşı hörmətsizlik: Yoxlanıldı, sonra da…

Sinqapurun Baş naziri Li Siyan Lun Rusiya Prezidenti Vladimir Putin gecikdiyi üçün onunla görüşü təxirə salıb. Turkustan.info xəbər verir ki, bu barədə DV nəşri yazıb. Məlumata görə, liderlərin görüşü noyabrın 13-də nəzərdə tutulsa da, Putin gecikdiyi üçün görüş noyabrın 14-də keçirilib. Bununla yanaşı, Sinqapurda sammit öncəsi Vladimir Putin praktikaya zidd […]

Azərbaycan Dövlət Aqrar Universitetində Unibook-təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə başlandı

Azərbaycan Dövlət Aqrar Universitetində ölkəmizin qabaqcıl texnologiya şirkəti olan “Neuron Technologies” ilə müqavilə imzalandı.  Azərbaycan Dövlət Aqrar Universiteti regionda ən böyük ali təhsil müəssisələrindən biri olaraq “Unibook”-təhsilin informasiya idarəetmə sistemini bulud platformasında istifadə edəcək və bu mütərəqqi dünya texnologiyalarına əsaslanan “Unibook”-təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə start verəcək. Müqaviləni Azərbaycan Dövlət […]

“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir

Bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilir. Turkustan.info-nun xəbərinə görə, iclasın gündəliyinə “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri daxil edilib. “Əmək pensiyaları haqqında” qanunun yeniləndirilmiş 22.1-ci maddəsində (22-1.1) qeyd olunur ki, 2019-cu ilin yanvarın […]

Təhsil krediti: Hansı banklar hansı şərtlərlə verir? – Araşdırma

Təhsil ekspertlərinin bildirdiyinə görə, son beş ildə Azərbaycanda yeddi mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. I-II kursda çətinliklə oxuya bilən tələbələr, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olublar. Turkustan.info-nun məlumatına görə, bir neçə gün öncə maliyyə naziri Samir Şərifov […]

“Uca Yaradan boşuna şərabı haram saymayıb ki…”

“Hər dəfə xarici səfərdən qayıdanda gömrük işçilərinin diqqətini yük baqajımda çox sayda kitabın olması çəkir. Yaxınlaşıb hörmətlə soruşurlar ki, Fazil müəllim, bu qədər kitabı hər dəfə əziyyətlə xaricdən necə daşıyırsınız? Bundan sonra belə bir sual kimsə verməz”. Turkustan.info xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkədə yazıb. “Məsləhətlisi əziyyətlə […]

Aqil Camal Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək

“Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Qazaxıstanda keçiriləcək beynəlxaq konfransa qatılacaq.  “Müqəddəs Türküstan və Türk dünyasının mənəvi dirçəlişi” adlı elmi-praktik konfrans Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunur. Noyabrın 19-da Qazaxıstanın Türküstan şəhərində keçiriləcək konfransda alimlər, türkoloqlar, filoloqlar, siyasi və ictimai xadimlər, diplomatik […]

Eldar Əzizov Bakının çətin problemlərini həll etməlidir – Deputatların yeni merdən gözləntiləri

Prezident İlham Əliyev dünən Eldar Əzizovla bağlı sərəncam verib. Sərəncama görə, Eldar Əziz oğlu Əzizov Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, E. Əzizov bu il iyulun 16-dan Bakı Şəhəri İcra Hakimiyyəti başçısının müavini kimi mer səlahiyyətlərini icra edirdi. Xatırladaq ki, 2001-ci ildən Bakının icra başçısı vəzifəsini tutan Hacıbala […]

Azərbaycanda bahalaşma – RƏSMİ

Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb. Turkustan.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytında məlumat yayılıb. Məlumata görə, 10 ay ərzində isə spirtli içkilərin qiymətində ötən ilin eyni dövrünə nisbətən 1,4% artım qeydə alınıb. Hesabat dövründə tütün məmulatlarının qiyməti isə aylıq müqayisədə 10,5% […]

Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? – AÇIQLAMA

“Hələ ki, Abel Məhərrəmovu heç  kim əvəz  etmir. Hazırda otağı da boşdur. Gözləyirik…”.  Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmlinin müşaviri Məzahir Sultanov deyib. Müşavir bildirib ki, digər məsələlər barədə məlumatı yoxdur. “Abel müəllimdən sonra onu kimin əvəz edəcəyini deyə bilmərəm. Abel müəllimin dövründə universitetdə […]

Azərbaycanda daha bir yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI VƏ…

Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev vəzifəsindən azad olunub. Qeyd edək ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilmişdi. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel […]

Yerişə baxıb ölümün vaxtını təyin etmək olar

Əgər insan asta-asta gəzməyə başlayırsa, bu onun sağlamlığında ciddi təhlükənin olmasından xəbər verir  Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən edib ki, insanın yol gedişinə baxaraq nə zaman öləcəyini müəyyən etmək mümkündür. Turkustan.info xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaçıların fikrincə, insanın yerişinin sürətli olması onun sağlamlığının xəbərçisidir. Bu göstərici ilə insanlarda ürək-damar xəstəlikləri […]

Yeni şəxsiyyət vəsiqələrinin özəlliyi və köhnələrin taleyi necə olacaq — Rəis izah edir

Jalə Nəsibova: “Yeni nəsil şəxsiyyət vəsiqələri 6 dövlət qurumunun məlumatları əsasında hazırlanır”  Cari il sentyabrın 1-dən etibarən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstündür. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin […]

“Sovetski”dəki güclü yanğınla bağlı FHN məlumat yaydı

Noyabrın 15-də gecə saatlarında “Sovetski”də güclü yanğın olub. Yanğın ikimərtəbəli yaşayış evində başlayıb. Nəticədə yanğın yaxınlıqda yerləşən digər evə də keçib. Yanğın nəticəsində evlər kül olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib və yanğın lokallaşdırılıb.   Turkustan.info xəbər verir ki, hadisə ilə bağlı FHN məlumat yayıb. Qeyd edilir ki, […]

Fatimənin Şəhidlər Xiyabanında rəqsi qalmaqal yaratdı – VİDEO

Rəqqasə Fatimə Fətəliyevanın “Cümhuriyyət suitası” adlı rəqsi qalmaqala səbəb olub. Turkustan.info xəbər verir ki, sözügedən rəqsə çəkilən klipdə Fətəliyevanın Şəhidlər Xiyabanında yerləşən alov abidəsinin önündə rəqs etməsi şəhid ailələri tərəfindən birmənalı qarşılanmayıb. Bu barədə onlar open.az-a danışaraq Fatimənin şəhidlərin ruhuna hörmətsizlik etdiyini deyiblər. Rəqqasə isə bütün bunlara sosial media hesabında cavab […]

İlin sonunadək manatın məzənnəsi necə olacaq? – Rəsmi

Nağdsız ödənişlərin həcmi hər il 7 faiz artacaq. Xəzər Xəbər-in məlumatına görə, bunu Mərkəzi Bankın sədr müavini Alim Quliyev deyib. O bildirib ki, bu ilin 9 ayında bank aktivləri 4,6, kredit portfeli 5 faiz artıb. Rəqəmsal iqtisadiyyatın formalaşması isə makroiqtisadi və monetar sabitliyin inkişafına öz təsirini göstərəcək. Elə bu məqsədlə […]

Rusiya Mübariz Mənsimovu bankrot elan etdi

Rostov vilayətinin Arbitraj Məhkəməsi “Palmali” gəmiçilik şirkətinin bankrot olduğunu elan edib. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı RBK agentliyi yayıb. Məhkəmə 15 aprelə qədər şirkət üçün iflas prosesini başladıb. Qeyd edək ki, Rostovdakı “Palmali” şirkəti Mübariz Mənsimovun şirkətlər qrupuna daxil olub. Bu şirkətin əsas kreditoru “Sberbank” olub. Şirkətin bank qarşısındakı […]

Vulkanların oyanması nədən xəbər verir?

“Vulkanların aktivləşməsi bizə zəlzələnin olacağı haqqında məlumat verir”. Turkustan.info xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. A.Əliyev apardıqları tədqiqatlara əsasən qeyd edib ki, güclü zəlzələ palçıq vulkanını oyadır. Alimin sözlərinə görə, vulkan enerjisini toplayaraq püskürməyə hazır […]

Hitlerin yəhudi qızla çəkilən fotosu hərraca çıxarıldı – FOTO

Təxminən altı milyon yəhudinin öldürülməsində əli olan Adolf Hitlerin1933-cü ildə Roza adlı yəhudi bir qızla çəkilmiş fotoşəkli ABŞ-da hərraca çıxarılıb. Turkustan.info NTV-yə istinadən xəbər verir ki, mütəxəssislər fotoşəklin 10 min dollara satılacağını ehtimal edirlər. Aleksandr Hərrac Evinin nümayəndəsi Bill Panagopulos bildirib ki, Hitler təbliğat məqsədilə uşaqlarla şəkillər çəkdirirdi, lakin bu fotoda onun yəhudi qıza […]

Amerikanı fəth edən azərbaycanlı zabit kimin oğludur? – FOTOLAR

Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, özlərindən sonra qoyduqları yaxşı əməl, insanlıq onları unutmağa, yaddaşlardan silinməyə qoymur. Adları daima hörmət və izzətlə çəkilir. Belə insanlardan biri də, nehrəmli Əskər həkimdir. Ola bilər ki, onu çox adam tanımır. Ancaq xatırlayanlar haqqında xoş sözlər, işinə prinsipial yanaşan savadlı həkim olduğunu […]

Əlində insan ayağı olan kannibal polisə təslim oldu: “Adam əti yeməkdən bezdim”

Cənubi Afrikada 33 yaşlı kannibal əlində kəsilmiş insan ayağı ilə polis idarəsinə gəlib. Turkustan.info xəbər verir ki, kannibal “Adam əti yeməkdən bezdim” deyərək təslim olub. Hadisə Eskourt şəhərində baş verib. 33 yaşlı Nino Mbatha polisə təslim olub. O, sərxoş vəziyyətdə evinə qayıdan Zanele adlı qadını maşınına mindirib. Sonra isə avtomobili […]