200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq – Ekspertdən açıqlama

“Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur. Təklif olunan dəyişikliyə görə, 200 manatadək maaş alan şəxsdən cəmi 25 faiz sosial sığorta tutulacaq ki, bu 25 faizin sığortaolunanın gəlirlərindən 3 faizi, 22 faizi isə sığortaedən tərəfindən ödəniləcək.

200 manatdan çox maaş alanların 10 faizini sığortaolunan, 15 faizini isə sığortaedən ödəyəcək. Qanuna muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcədə ödənilməsi təklif olunur.

Məsələ ilə bağlı sığorta eksperti İlkin İbrahimov bizimyol.info-ya açıqlamasında bildirib ki, bu məsələ əslində fiziki şəxslərin gəlir vergisinin (14 %) ləğv edilməsi ilə kompensasiya edilib.

“ Əvvəl vətəndaşdan 14 % gəlir, 3 faiz sosial fond- cəmi 17 % edirdisə hazırda bu məsələ fiziki şəxslərə münasibətdə gəlir vergisinin (14%) azaldılmsı və soisal yığımların (işsizlikdən sığorta, sosial fonda və.s yığımlar) cəminin 10% olması daha yaxşı variant kimi qeyd olunmalıdır. Həm fiziki şəxsə münasibətdə, həm də hüquqi şəxsə münasibətdə qanun yumşalır”,-deyə İ.İbrahimov bildirib.

Ekspert deyib ki, əvvəl işçi işdən çıxan zaman işəgötürən böyük miqdarda kompensasiya (6 aylıq əmək haqqı, ən azı 1 ay qabaq işçiyə xəbər vermə və.s) ödəyirdi. Artıq bu hal işsizlik sığortası ödəməklə işəgötürənin üzərindən yükü götürür. İşçilərə mənfi təsiri isə işsizlikdən sığorta fondunun daha ağır şərtlərinin yaranmasıdır.

Sığorta eksperti İlkin İbrahimov bildirib ki, fiziki şəxslərin gəlir vergisinin ləğvi vergi sektoruna cüzi təsir edəcək: “Belə ki, 200 manatdan yuxarı əmək haqqı alan zaman vətəndaşlar həyat sığortasında sığorta olunmaqla ödənilən sosial haqları 3 ildən sonra geri almaq hüququna malik idilər. Və əksər yuxarı maaşlı şəxslər və özəl sektor işçiləri belə imkandan yararlanırdılar”.   /bizimyol.info/