Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir – FOTO

Noyabrın 16-da Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu işə başlayıb.

Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, Forumda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi – Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak edirlər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.