Türkiyədə hərbi bazada partlayış: Ölən və yaralananlar var

Vertolyotla xəstəxanaya aparılan yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir

Türkiyədə Şırnak vilayətinin Uludərə rayonunda hərbi baza ərazisində partlayış olub.

Turkustan.info “Haber7“ə istinadla xəbər verir ki, partlayış nəticəsində bir əsgər şəhid olub, 4 əsgər yaralanıb.

Partlayış atış təlimi zamanı baş verib.

Vertolyotla xəstəxanaya aparılan yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.   /sputnik.az/