Azərbaycanda “staj aministiyası” kimlərə şamil olunacaq?

Azərbaycan dövləti tərəfindən 2019-2020-ci illərdə  pensiyaya çıxan şəxslər üçün 25 il olaraq “staj aministiyası” hesab olunacaq.

Turkustan.info xəbər verir ki, 2006-cı ilə qədər olan staj müddəti “staj aministiyası”na düşəcək.  

Yəni həmin il insanın stajı 15 il və ya 22 il belə olsa, dövlət tərəfindən 25 il staj təqdim ediləcək və 2021-ci ildən etibarən isə bu staj aministiyası bir il-bir il azalmağa başlayacaq. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, staj illəri 25-dən artıq olan şəxslərə xələl gətirilməyəcək və həmin insanlar fərdi qaydada müraciət edib, stajlarını təsdiq etdirə bilərlər: 

“Bizim hesablamalarımız göstərir ki, pensiya yaşına çatanların çoxunda bu staj yoxdur. Əlimizdə fərdi uçot rəqəmləri var, bunun əsasında 2006-cı ildən sonrakı dövrü hesablayacağıq. 

Hazırda fərdi uçot məlumatı olan 3 milyon 600 mindən çox insan var. Pensiya təyinatının tam şəkildə elektronlaşdırılması üçün böyük elektron sistemlər yaradılır, təmizlənir, dəqiqləşdirilir.

Artıq dekabrın 15-dən etibarən test rejimində sınaqlar keçiriləcək. Yanvarın 1-dən isə real rejimdə pensiya təyinatlarına  başlanılacaq”.   

Qeyd edək ki, gələn il pensiya yaşı kişilər üçün 64, xanımlar üçün 61-dir.   /oxu.az/