Benzinin qiyməti qalxdı, Fransa qarışdı — 106 yaralı

Fransada benzin qiymətinin qalxmasına qarşı etiraz aksiyaları zamanı xəsarət alanların sayı 106-ya çatıb.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Xəbərə əsasən, 244 min etirazçının keçirdiyi aksiya zamanı bir nəfər ölüb, daha 106 nəfər isə xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağır qiymətləndirilir. Etirazlar zamanı 52 nəfərin saxlanıldığı vurğulanıb.

Qeyd edək ki, daha əvvəl xəsarət alanların sayının 47 olduğu bildirilirdi.

Hazırda 1200 nəfərdən sakin Parisdə prezident iqamətgahının qarşısında aksiya keçirir.  /Ölkə.Az/