Bu nazirliklər və MM maşınlarını satışa çıxardı – Qiymətlər

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Turkustan.info xəbər verir ki, Milli Məclis Aparatının Mətbəəsinin QAZ-31029 markalı maşını 600 manatdan auksiona qoyulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinin 4 “KAMAZ-55111 maşını 2625 manat, Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının 4 BMV-320 markalı avtomobili 5200 manatdan hərraca çıxarılıb.

Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə ASC isə “Kapitan Rəcəbov” adına buzqıran gəmini 459 000 manata hərraca qoyub. Qeyd edək ki, Milli Məclisi Aparatının Mətbəəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Nazirliyin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinin balansında olan nəqliyyat vasitələri də 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.    /Axar.az/