Üzünüzü hər gün nar şirəsi ilə silin – Bilmədiyiniz faydaları

Rusiyalı həkim-diyetoloq Viktoriya Savitskayanın fikrinə görə, nar qocalmanı ləngitmək xüsusiyyətlərə malikdir.

Antioksidant və mikroelementlərlə zəngin olan nar bütün daxili orqan və sistemlərinə müsbət təsir edərək orqanizmdə qocalma proseslərini ləngidir.

Diyetoloqun sözlərinə görə, nar ürək və damarları möhkəmləndirir, orqanizmin qanayaratma funksiyasını yaxşılaşdırır, immuniteti möhkəmləndirir.

Savitskayanın sözlərinə görə, nar sağlam şəkildə arıqlamağa kömək edir, hüceyrələri yeniləyir, insanın xarici görünüşünü yaxşılaşdırır.

Narın tərkibində olan polifenol maddələri beyinin sağlamlığını qoruyur, yaddaşı yaxşılaşdırır.

Mütəxəssis narın dəriyə olan faydasını da vurğulayıb. Üz dərisini hər gün nar şirəsi ilə silmək çox yaxşı cavanlaşdırırcı təsir edir, dərini daha təravətli və dartılmış edir.

Dəriniz qurudursa 1 x.q. nar şirəsini 1 çay qaşığı zeytun yağı və ya qaymaqla qarışdırın. Dəriniz yağlıdırsa 1 x.q. nar şirəsini yumurta ağı ilə qarışdırıb üzünüzə çəkin. Belə maskaları müntəzəm olaraq etmək olar.   /Saglamolun/