Fazil Məmmədov xəstəxanaya yerləşdirildi

Noyabrın 16-da Azərbaycana qayıdan sabiq vergilər naziri Fazil Məmmədov elə həmin gecə Gəncə Beynəlxalq Hospitalına yatırılıb.

Turkustan.info Modern.az-a istinadla xəbər verir ki, sabiq nazirin Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir.

Bildirilib ki, Türkiyədəki həkimlər F.Məmmədovun ölümlə üzləşdiyi ağır xəstəlikdən sonra səhhətinin tam normallaşması üçün Azərbaycanda reabilitasiya keçməsini məsləhət görüblər. Eks-nazir bu səbəbdən də mütəmadi olaraq, səhhətilə bağlı müalicə aldığı şəxsi xəstəxanasına üz tutub.

Əldə olunan daha bir məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.

Qeyd edək ki, F.Məmmədovun şəxsi təyyarə ilə ölkəyə qayıtdığı barədə məlumat və foto dünən yayılmışdı.