Əli Kərimli azadlığa buraxıldı – YENİLƏNİB

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 2500 manat məbləğində cərimə edilib.
BakuPost xəbər verir ki, o, məhkəmə zalından azadlığa buraxılıb.
***
Hazırda Səbail Rayon Məhkəməsində AXCP sədri Əli Kərimli və digər 10 nəfərin məhkəməsi başlayır.
Turkustan.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hazırda aksiyada saxlanılan şəxslər məhkəmə binasına gətirilib. Onların bir neçəsinin vəkili olmadığı üçün hələ proses başlamayıb.
Ə.Kərimlinin vəkili Fuad Ağayev məhkəmədədir. 
Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib.
Digər şəxslər isə sadəcə 513.2-ci maddə ilə təqsirli bilinib. Onlar noyabrın 17-də Dirçəliş Günü ilə bağlı yürüş keçirmək istəyərkən saxlanılıblar.