Ərdoğanla Putin İstanbulda dünyaya MEYDAN OXUDU

ürkiyəyə səfər edən Rusiya prezidenti Vladimir Putinlə prezident Rəcəb Tayyip Ərdoğan görüşüb.

Turkustan.info xəbər verir ki, Putinlə Ərdoğan “Türk axını” layihəsinin dəniz hissəsinin tamamlanması mərasimində iştirak ediblər.

Ərdoğan mərasimdə çıxışı zamanı bildirib ki, “Türk axını” layihəsi iki ölkə arasındakı münasibətlər fonunda tarixi bir addımdır.

“Bu layihə ilə həm özümüzün, həm də Avropanın təbii qaz ehtiyacını təmin edəcəyik. Biz Rusiya ilə münasibətlərimizi digər ölkələrin istəyinə uyğun qurmadıq. Həm bölgədə, həm də qlobal sahədə sülhün və sabitliyin təmin edilməsi üçün rus dostlarımızla çox çalışdıq. Xüsusilə Suriyada bunun bəhrəsini gördük. Hazırda “Akkuyu” Atom Elektrik Stansiyası layihəsini də Rusiya ilə həyata keçirik”, – Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, əsas hədəf iki ölkə arasındakı ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır.

Putin çıxış edib ki, Rusiyanın Çinlə ticarət dövriyyəsi 100 milyard dollar həcmindədirsə, niyə Türkiyə ilə də olmasın.

“Türk axını” layihəsinin 2016-cı ilin 10 oktyabrında təməli atılmışdı. Bu layihənin adını hörmətli Ərdoğan vermişdi. 2-3 il sonra layihənin ən çətin qismini tamamladıq”, – deyə Putin iki ölkənin inkişaf edən münasibətlərindən danışıb.  /Publika.az/