“Ağdam” İdman Klubu şəhidlərimizin xatirəsinə möhtəşəm turnir keçirib – VİDEO+FOTOLAR

Azərbaycan Kikboksinq Federasiyasının “Ağdam” İdman Klubu 18 noyabr 2018-ci il tarixində Hövsan Olimpiya Kompleksində Ağdam şəhidlərinin xatirəsinə həsr olunmuş möhtəşəm turniri keçirilib.
Bu sözləri klubun direktoru Tural Cavadov söyləyib.
O bildirib ki, yarışda 50 komandanın 450 idmançısı iştirak edib.
“Yarış kadetlər, yeniyetmələr və gənclər arasında keçirilirib. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə, Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova, Binəqədi rayonu Gənclər və İdman idarəsi Elvin Aslanova, federasiyanın vitse-prezident Güloğlan Cabbarova, idarə heyətinin üzvü Həsən Hüseynova, Xəyal Piriyevə və əziyyəti keçən hər bir kəsə təşəkkürümü bildirirəm”,-deyə T.Cavadov vurğulayıb.

Elnur Eltürk

1