BDU-nun bufeti niyə bağlandı? – Açıqlama

Bir neçə gündür rektoru vəzifəsindən azad edilən Bakı Dövlət Universitetinin bufetində araşdırma aparılmasına aydınlıq gətirilib.

Turkustan.info bildirir ki, Axar.az-a açıqlama verən Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, həftə sonu BDU-nun bufetinin bağlı olmasına səbəb araşdırma deyil.

P.İbrahimova bildirib ki, bufet bağlı olub:

“Çünki şənbə günü universitetdə rəsmi iş günü olmadığına görə, təbii olaraq, bufet də işləmir, bağlı olur. Bufetdə araşdırma aparılması isə həqiqəti əks etdirmir. Şənbə günü bufetin işləməməsinə səbəb araşdırma olmayıb”.

Xatırladaq ki, BDU tələbələrinin məlumatına görə, ötən həftənin şənbə günü Bakı Dövlət Universitetinin bufeti bağlanıb. Bufetə yaxınlaşan tələbələr yemək almaq istəsələr də, qapalı olduğunu görüblər.

Onlara bildirilib ki, bufetdə yoxlama aparılır və müvəqqəti bağlanıb.