Təhqir olunan Elza əsəbiləşdi: “Tüpürüm sizə hündür ağac başından?!” – VİDEO

Müğənni Kərim canlı efirdə əməkdar artist Elza Seyidcahan barəsində sərt fikirlər səsləndirib. Onun bu fikirlərinə qarşı tərəfin mövqeyini öyrəndik.

Turkustan.info bildirir ki, Yenicag.az-a açıqlama verən Elza Seyidcahanın cavabı belə oldu:

“Mən efirlərə çıxmıram, bu da bəzi insanları yandırıb-yaxır. İnstaqramda İlhamə xanımın videosun yayıb, sözümü demişəm. Bu sözlər mənim barəmdə artıq-əskik danışan adamların hamısına cavabdır”.

Qeyd edək ki, Seyidcahan İnstaqram səhifəsində mərhum xalq artisti İlhamə Quliyevanın videosunu paylaşıb və ad çəkmədən onu təhqir edən həmkarlarının cavabını verib.