“Azəriqaz” Gəncədəki partlayışın səbəblərini araşdırır

Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında qeydə alınan partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

Turkustan.info bildirir ki, bununla bağlı Modern.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev hazırda ərazidə araşdırma aparıldığını bildirib:

“İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. Aidiyyatı qurumlar hadisənin başvermə səbəblərini araşdırır”.

Qurum rəmisi deyib ki, səbəbləri məlum olduqda ictimaiyyətə məlumat veriləcək.

Sözügedən hadisə nəticəsində 1 nəfərin meytiti tapılıb, 1 nəfər yaralı dağıntılar altından çıxarılıb. Xilasetmə işləri davam etdirilir.