Baş nazir Azərbaycan-Ermənistan sazişi haqqında: “İndiyə qədər prezidentdən cavab almamışam”

“Mənim həmsöhbətim Belarus prezidentidir, mən də ondan indiyə qədər cavab almamışam”.

Turkustan.info xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bildirib.

O, Azərbaycan və Belarus arasında hərbi sahədə əməkdaşlığa dair razılaşmanın KTMT-yə rəhbərliklə bağlı yaranan gərginlikə əlaqədar Ermənistana cavab olması barədə suala belə cavab verib:

“3 ay əvvəl “Polonez” lə bağlı saziş var idi. Bu, o zaman idi ki, hələ KTMT-yə Ermənistan nümayəndəsi rəhbərlik edirdi. Bizim mövqeyimiz qətidir. Biz bu razılaşmanı pisləyirik. Hesab edirik ki, bu, KTMT-də əməkdaşlıq ruhuna ziddir”.

Xatırladaq ki, KTMT-nin baş katibi Yuri Xaçaturov təşkilatdakı rəhbərlikdən geri çağırılıb. Hazırda onun boş qalan yerinə Ermənistan və Belarus iddia edir.   /Cebhe.info/