Bin Ladeni öldürən admiralı düşmən elan etdi – Trampdan şok addım

ABŞ Prezidenti Donald Tramp “The Hill” qəzetinə müsahibəsində yeni siyasi düşməninin olduğunu açıqlayıb.

Turkustan.info teleqraf.com-a istinadən bildirir ki, Tramp Əl-Qaidə lideri Üsamə bin Ladenin öldürülməsi ilə yadda qalan əməliyyatlara rəhbərlik etmiş admiral Uilyam Makravenin onun düşməni olduğunu bildirib.

Makraven isə bundan əvvəlki açıqlamasında jurnalistlərə hücum edən ABŞ prezidentini “demokratiya düşməni” adlandırmışdı.

Buna cavab olaraq, Donald Tramp Silahlı Qüvvələrin siyasi mövqeyini müzakirəyə çıxarıb və Makravendən əvvəl də, bin Ladenin ələ keçirilməsinin mümkün olduğunu deyərək, admiralı özündən çıxarıb.