Sumqayıtda “Uşaq hüquqları aylığı”çərçivəsində konsert keçirilib – FOTOLAR

“Uşaq hüquqları aylığı” çərçivəsində Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin kollektivi Abşeron rayon Saray qəsəbəsində yerşəşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində konsert proqramı ilə çıxış edib. 
Konsertdə bir-birindən maraqlı şoular, rəqs nömrələri, gənc solistlərin ifasında səslənən şən mahnılar tədbirə xoş ovqat qatıb, uşaqlar tərəfindən maraq və sevinclə qarşılanıb. Sonda mədəniyyət evinin kollektivi uşaqlara hədiyyələr təqdim edib.

Bakı şəhərində yerləşən İnformasiya və Mədəniyyət Mərkəzində “Azərbaycanın Rusiya (sovet) Ali Məktəblərinin Məzunları Assosiasiyası” İctimai Birliyi tərəfindən təşkil olunmuş tədbirdə də “Dostluq” mədəniyyət evinin uşaq yeniyetmə və gənclərdən ibarət “Start” estrada kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

“Uşaq hüquqları aylığı” çərçivəsində konsert keçirilib - Sumqayıtda (FOTOLAR)