Rusiyada təyyarə ermənini tikə-tikə etdi – VİDEO

Moskva-Afina sərnişin təyyarəsi Şeremetyevo aeroportunun uçuş zolağında adam vurub.

Turkustan.info rus mətbuatına istinadən xəbər verir ki, insident dünən Moskva vaxtı ilə 20:10-da baş verib. Təyyarə həkətə başladıqdan bir qədər sonra heyət üzvlərinə təyyarənin naməlum obyekti vurduğu məlumatı verilib. Lakin təyyarə heç bir zərər görmədiyinə görə onun hava limanına geri qayıtmamasına qərar verilib.

Təcili tibbi yardım və təhlükəsizlik əməkdaşları hadisə yerinə cılb olunub. Hadisə yerinə baxış zamanı uçuş zolağında insan qalıqları müəyyən edilib.

DNT analizi nəticəsində təyyarənin vurduğu şəxsin İspaniyadan deportasiya edilmiş erməni olduğu məlum olub.

/yenicag.az/