Gün: Noyabr 22, 2018

Nəinki müalicə edir, hətta ömrü uzadır – Xərçəngə qarşı UNİVERSAL VASİTƏ

Turkustan.info xəbər verir ki, “EurekAlert”-in press-relizə görə, bu qənəatə Böyük Britaniyanın Xərçəng Tədqiqatı İnstitutunun alimləri gəliblər. Məlumata görə, tədqiqatının gedişatında mannoza şəkərini içməli suya əlavə edirdilər və mədəaltı vəzi, dəri və ağciyər xərçəngindən əziyyət çəkən gəmiricilərə verirdilər. Məlum oldu ki, şəkər şişin artmasını tormozlayır və əlavə təsirlərə səbəb olmur. Ümumilikdə, […]

“Azərbaycanlılar gözəl qızları dərhal “gözaltı” edirlər” – Ukraynalı deputat

“Ukraynada gözəl qızlar çoxdur, azərbaycanlılar da istiqanlı Şərq milləti kimi gözəl qızları dərhal “gözaltı” edirlər. Biz ukraynalılar belə şeylərə çox müsbət baxırıq”. Turkustan.İnfo-nun məlumatına görə, bunu “Report”a müsahibəsində Ukrayna Ali Radasının Ailə, gənclər, idman və turizm siyasəti üzrə komitəsinin sədri Artur Palatnı bildirib. Komitə sədri deyib ki, Bakıya gələndə təyyarədə […]

Azərbaycandakı piştaxtalarda süni ət görünə bilər

Kənd Təsərrüfatı Nazirliyi və Ərzaq və Dərmanlara Nəzarət Administrasiyası kultivasiya edilmiş hüceyrələrdən qida məhsullarının hazırlanmasının birgə tənzimlənməsi ilə bağlı razılığa gəliblər. Turkustan.info xəbər verir ki, nazirlikdən Azərbaycan bazarında süni ətin görünməsi ehtimalına münasibət bildirilib. Eyni zamanda, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin iqtisadçısı, ət məhsulları üzrə mütəxəssis Müzəffər Abbasovun sözlərinə görə, bütün […]

Qarabağla bağlı yeni “yol xəritəsi”: Planda nələr var?

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi Təşkilatının (ATƏM) sabiq sədri Mario Rafaelli Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair yeni təkliflə çıxış edib.Bakıya səfəri çərçivəsində italiyalı diplomat problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan “yol xəritəsi”ndən söz açıb.Ermənistanla-Azərbaycan arasında gərgin döyüşlərin getdiyi 1992-1993-cü illərdə ATƏT-ə rəhbərlik etmiş Mario Rafaelli Dağlıq Qarabağ münaqişəsinin “Cənubi […]

TƏHLÜKƏ: Dərmanlar niyə zəhərləyir?

Bu ilin əvvəlindən indiyədək 97 nəfər dərmandan zəhərlənib.Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu barədə açıqlama verib.Qeyd edək ki, bu Kliniki Tibbi Mərkəzinə müraciət edənlərin sayıdır.  Azər Maqsudovun sözlərinə görə, il ərzində dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edənlərin sayı 108 nəfərdir. Baş […]

Azay Quliyev Binəqədi gəncləri ilə görüşdü – FOTOLAR

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti  Azay Quliyev Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının binasındagənclərlə görüş keçirib.  Turkustan.info xəbər verir ki, Azay Quliyev Prezident İlham Əliyevin dövlət quruculuğu modelində gənclərin önəmli yer tutduğunu, potensiallarını faydalı istiqamətlərdə və səmərəli şəkildə reallaşdırmaq üçün onlara xüsusi diqqət və qayğının […]

DTX-dan xüsusi əməliyyat: saxlanılanlar var – FOTO

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a DTX-nın İctimai […]

Məşhur türkiyəli aşpaz bu dəfə Kadırovu təəccübləndirdi – VİDEO

“Salt Bae” ləqəbli türkiyəli aşpaz Nüsrət Gökçə Çeçenistan rəhbəri Ramzan Kadırov üçün yemək hazırlayıb.  Turkustan.info xəbər verir ki, ət xörəklərinə duz səpmək tərzi ilə məşhurlaşan aşpazın hazırladığı yeməyi Kadırova təqdim etməsinin görüntüləri yayılıb.  Videodan görünür ki, Gökçə özünəməxsus şəkildə ət tikəsini bıçağa sancaraq Kadırova uzadır.  /Oxu.Az/ 75 Baxılıb

Qənirə Paşayeva beynəlxalq konfransda QARABAĞDAN DANIŞDI – FOTO

Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Banqkokda Biznes və Peşəkar Qadınlar Beynəlxalq Federasiyasının (BPW) Asia-Sakit okean Regional Konfransında iştirak edib, müzakirələr zamanı təkliflərlə çıxış edib. Turkustan.info xəbər verir ki,  dünyanın 40-dan artıq ölkəsindən yüzlərlə fəal qadınların qatıldığı konfransda müxtəlif ölkələri təmsil edən prezident, nazir qadınlar, yüksək […]

Abel Məhərrəmovun 100 milyonluq varidatının – Siyahısı

Azpolitika.info siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırova istinadən Abel Məhərrəmova aid olduğu iddia edilən mülk, villa və bahalı maşınların siyahısını yayıb. Turkustan.info həmin siyahını təqdim edir: 1. “El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi – 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın […]

“Qara cümə” başlayır – Endirimlərə inanmaq olar?

Artıq neçə ildir ki, mağazalarımız “qara cümə”də satış həyata keçirməyə çalışır. Noyabrın 23-də paytaxt mağazalarına getməyə dəyərmi və bu gündə endirim nə dərəcə realdır? Turkustan.info xəbər verir ki, Bakıdakı multibrend mağazalardan birinin meneceri Anar Kərimov Media.Az-a verdiyi açıqlamada şəbəkəyə daxil olan səkkiz mağazadan ikisinin “qara cümə”də endirim elan etdiyini deyib.  […]

Kreditlər yeni qaydada veriləcək – QƏRAR

Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edib.  Turkustan.info-nun məlumatına görə, dəyişiklik Mərkəzi Bankın banklara 360 günədək verdiyi yenidənmaliyyələşdirmə kreditləri və kreditlər üzrə təminata dair tələblərlə bağlıdır.  Qaydalara əsasən 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 360 günədək […]

ARB-nin biabırçı görüntüsü yayılan aparıcısı işdən qovuldu – VİDEO

ARB Kəpəz telekanalının aparıcısı Tacirə Zeynallının sosial şəbəkələrdə yayılan qeyri-etik görüntüləri ilə bağlı kanal rəhbərliyi ciddi tədbir görüb. Turkustan.info xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq televiziyadan bildirilib. Qeyd olunub ki, həmin görüntülər efir vaxtı deyil, fasilə zamanı çəkilib. “Daha sonra isə materialın üzərinə Türkiyə telekanalının loqosu montaj edilib yapışdırılmaqla internet-auditoriyaya məhz bu […]

“Azercell”dən “Black Friday” günündə möhtəşəm endirimlər!

Çılğın alış-veriş həvəskarlarının səbirsizliklə gözlədiyi “Black Friday” endirimlərindən Azercell abunəçiləri də yararlana biləcəklər. Belə ki, noyabrın 23-də Azercell-in Eksklüziv Mağazaları və Diler Şəbəkəsi hər kəsə 70%-ə qədər inanılmaz endirim kampaniyası təklif edir. Müxtəlif xidmətlərə, cihazlar və aksesuarlara tətbiq edilmiş endirimləri yalnız Azercell sizə vəd edir. Azercell-in “Black Friday” endirimləri ilə […]

Türkiyə Qarabağa görə Ermənistana mesaj verdi

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir. Turkustan.info-nun məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq. İ.Kalının sözlərinə görə, Rusiya […]

“Qulağı kəsilmişdi, heç kim tapa bilmirdi…”- İçki məclisində qanlı hesablaşma

Birlikdə içki içdiyi şəxsə ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, mübahisə etdiyi şəxsin qulağını kəsməkdə günahlandırılır. Turkustan.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ibrahim Ibrahimlinin cinayət işi üzrə məhkəmə prosesi baş tutub. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı İbrahim İbrahimlinin […]

Azərbaycanda növbəti prezident seçkilərinin tarixi açıqlandı

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişiklik təklif edilir. Turkustan.info-nun  məlumatına görə, prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur. Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş prezidentin səlahiyyət müddəti […]

Abel Məhərrəmov BDU-da iş başındadır

Rektor vəzifəsindən azad olunan Abel Məhərrəmov öz kabinetini “Üzvi kimya” kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən “Üzvi kimya” kafedrasının rəhbəri olmasıdır. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı Unikal.org yayıb. Bildirilib ki, akademik hər gün işə çıxır. Məsələ ilə bağlı danışan BDU-nun mətbuat katibi Pərvanə İbrahimova […]

ABŞ 7, Rusiya isə 5 rayondan danışırsa… – Keçmiş müşavir

Azərbaycan keçmiş dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik: Birinci hissə – Hazırda KTMT böhranı yaşanır. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Belarus və Qazaxıstana, dolayısı yolla həm də Rusiyaya qarşı müəyyən təhdidlər səsləndirir. Əlində məhdud resursları olan Paşinyanı qorxuya salan nədir? – Paşinyan formalaşmış, təcrübəli siyasətçi deyil. O, daha […]

“Həzrət Abbasa and olsun ki, mənim və övladlarımın obyekti yoxdur…”

Bakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində, yaşayış evlərinin arasında fəaliyyət göstərən və havaya hər gün təhlükəli tullantılar buraxan kustar metaləritmə sexinin Milli Məclisin üzvü Aqil Abbasa, yaxud övladlarından birinə məxsus olduğu barədə xəbər almışıq. Turkustan.info bildirir ki, bu xəbər həmin sexin fəaliyyəti barədə virtualaz.org-un reportyor qrupunun reportajından sonra yerli […]

Döyülən direktor iş vaxtı niyə başqa yerdə olub? – Təhsil İdarəsindən açıqlama

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 175 nömrəli tam orta məktəbin direktoru Mirzəliyev Tural Elmi oğlunun dərs zamanı Nizami Rayon Məhkəməsinin inzibati binasının qarşısında olmasının səbəbinə aydınlıq gətirib.  Qurumdan BakuPost-a verilən məlumata görə, T. Mirzəliyev noyabrın 20-də  Nizami Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək məhkəmə iclasında şahid qismində ifadə vermək üçün cavabdehlərin […]

ARB-nin aparıcısının BİABIRÇI GÖRÜNTÜLƏRİ: “Matını da, “papanı” da…” – VİDEO

ARB Kəpəz telekanalının “Səhər” verilişinin aparıcısının biabırçı videosu yayılıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, aparıcı Tacirə Zeynallının ədəbsiz hərəkəti sosial mediada ciddi müzakirələrə səbəb olub. Onun bu görüntülərinin Türkiyə kanallarından biri tərəfindən də nümayiş etdirildiyi iddia olunur. Həmin kadrları sizə təqdim edirik: 117 Baxılıb

Rusiya XİN-dən azərbaycanlı əsirlərin dəyişdirilməsinə MÜNASİBƏT

Rusiya Ermənistanla əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsünü təqdir edir, lakin bunun reallaşması üçün müəyyən işlər görülməlidir. Turkustan.info azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Jurnalistin “bir müddət əvvəl Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə […]

Paşinyan girovları niyə dəyişmək istəmir? – RƏY

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı iki girovumuzu qaytarmaq istəmir. Onun iddiasına görə, girovlarımız Dağlıq Qarabağda adam öldürüblər. Buna görə də Paşinyanın sözlərinə görə, Yerevan iki azərbaycanlı girovu Azərbaycanda həbsdə saxlanılan erməni diversantlarla dəyişmək istəmir.  Turkustan.info bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib.  “Ancaq Paşinyanın istəyindən asılı olmayaraq, Azərbaycanda həbsdə olan […]

Bakıda AVTOBUSDA MANYAK – Qadınların yanında… – VİDEO 18+

Bakıda sərnişin avtobusunda seksual manyak peyda olub. Turkustan.info bildirir ki, Unikal.org-a müraciət edən Xatirə xanım (adı şərtidir) dünən Bakıda avtobusda başına gələnləri danışıb. O iddia edib ki, paytaxtın Neftçilər metrosu stansiyası yaxınlığından Bakıxanov qəsəbəsinə getmək üçün 76 saylı marşurt xətti ilə hərəkət edən avtobusa minib. Bir qədər sonra 45-50 yaşlarına […]

Dəhşətli partlayışda ölənlər hansı vəzifəlinin qohumlarıdır?

Noyabrın 20-də səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş dəhşətli partlayışda ölən ana və oğlu İqtisad Universitetinin Zaqatala filialının direktoru, professor Orucəli Rzayevin yaxın qohumları imiş. Turkustan.info xəbər verir ki, qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından meyiti çıxarılan 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı […]

Aptekdə Putinin yanında dayanan qadın onu tanımayıbmış – Video

Pskov vilayətinin sakini Lüdmila Demkina Peterburqda aptekə baş çəkən prezident Vladimir Putini tanımayıb. Qadın televizorda gördüyü kadrlardan sonra Putinlə eyni aptekdə olduğunu başa düşüb. Noyabrın 16-da baş vermiş ziyarət zamanı prezident əczaxanada dərmanların qiymətləri ilə maraqlanarkən baş verənlərə laqeyd şəkildə alış-veriş edən qadın izləyicilərin diqqətini çəkib. Sonra məlum olub ki, […]

Qafqaz islam ordusu əsgərinin məzarı Tovuzda baxımsız qalıb – FOTO

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. İl başa çatır, amma təəssüf ki, dövlət səviyyəsində görüləcək işlər hələ çoxdur. Bu mühüm tarixi ildönümdə Azərbaycan Cümhuriyyətinin qurulmasında canından keçmiş fədailərin xatirəsi əbədiləşdirilməli, onlar haqqında tarixi, yerli mənbələrdə ciddi araşdırmalar aparılmalıdır. Məlumdur ki, Xalq Cümhuriyyətinin erməni-bolşevik silahlı birləşmələrindən xilası üçün formalaşdırılmış Qafqaz […]

Amerikanın azərbaycanlı cərrahının ÖMÜR HEKAYƏSİ…

Müəllifdən: Doktor Şapur Ənsari Cənubi Azərbaycandandır. İranda doğulub, böyüyüb. Uzun illərdir ABŞ-da yaşayır. Azərbaycan dövləti qarşısında xidmətləri var. Bir milyon dollar pul ödəyərək Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatası üçün bina alıb, dövlətimizə hədiyyə edib. Bunu heç qardaş qardaşa etməz… Ötən il yayda övladları ilə birlikdə Azərbaycana getməyə hazırlaşırdı. Mənə zəng edib yardımçı […]

“Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki…”

Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“ “Bu gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun miras qoyduğu azadlıq və yenidən qurduğu Azərbaycan Respublikası, Yeni Azərbaycan Partıyası bizimlədir. Bu günki Azərbaycan gəncliyi Ulu öndərin qoyub […]

İlin sonuna qədər 2800 köçkün ailəsinə mənzillər veriləcək

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci ildə bir sıra yerlərdə yeni yaşayış komplekslərinin tikintisi aparılır. Turkustan.info-nun məlumatına görə, ilin sonuna qədər  Bakı şəhəri, Qaradağ rayonu, “Ümid” qəsəbəsində 2-ci mərhələdə 300 məcburi köçkün ailəsi üçün, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 810 məcburi köçkün ailəsi üçün,  […]

Böyrəyini satmaq istəyən azərbaycanlılar…

Son illər ölkəmizdə açıq şəkildə öz daxili orqanlarını satmağa cəhd edən, internetdə bununla bağlı elanlar yerləşdirən şəxslərə rast gəlirik. İstər internetdə yayılan, istərsə də, küçələrdə asılan kağızlarda adətən bu sözlər qeyd olunur: “Böyrəyimi satıram, təcili pula ehtiyacım var”. Təbii ki, ağıla gələn ilk fikir həmin şəxsin ehtiyac ucbatından belə əmələ […]

Azərbaycanda kimlərin kredit borcu silinə bilər?

Gürcüstan hökumətinin aztəminatlı əhalinin kredit borclarının ləğvinə dair qərarı Azərbaycan cəmiyyətində analoji problemin müzakirələrinin yenidən canlanmasına səbəb oldu. Həcmi 2 milyard manata yaxınlaşan problemli kreditlərin banklara, əhaliyə yaratdığı çətinliklər bir daha gündəmə gətirildi. Turkustan.info “Yeni Müsavat”a istinadən xəbər verir, eyni zamanda, məlum oldu ki, nəinki aldığı 2-3 min dollar (yaxud manat) […]

Azərbaycanda turistlərin də öz polisi olacaq?

Azərbaycan Turizm Assosiasiyası (AzTA) turizm polisinin yaradılmasını təklif edir. Bu təşəbbüslə çıxış edən AzTA sədri Nahid Bağırov Trend-ə deyib ki, Azərbaycana qonşu olan Türkiyədə, eləcə də bir çox ölkələrdə turizm polisi fəaliyyət göstərir. N.Bağırov hesab edir ki, turizm polisi turistlərlə bağlı problemləri aradan qaldıra bilər: “Sosial şəbəkələrdə yazırlar ki, hansısa […]

Dünyada yeni ordunu kim və niyə yaratmaq istəyir?

Avropapərəst Emmanuel Makron hakimiyyətə gələr-gəlməz “Avropa ordusu” ideyasını təşviq etməyə girişdi. Son günlər səsləndirdiyi fikirlərə ABŞ rəhbərliyinin mənfi reaksiyasından sonra Makron terminologiyaya düzəliş edərək, Berlinə rəsmi səfəri zamanı “Avropa müdafiəsi” terminindən istifadə etdi. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri analitik Yalçın Məmmədov deyib. O bildirib ki, Avropa ordusu haqda […]

Vəziyyət dəyişir: Rusiyanın İrəvana bu zəmanəti… – Eks-nazir

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsi: – Tofiq müəllim, Belarusla bərabər, bir müddət öncə bir neçə Avropa ölkəsi də Qarabağla bağlı qəti mövqe nümayiş etdirdi. Almaniya və Belçikadan sonra Xorvatiya da Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədi. Bunu Qərbin Azərbaycanın mövqeyinə kəskin dönüşü kimi qiymətləndirmək olarmı? – Əslində, bu, […]

Bakının kirayə bazarında böyük bahalaşma: “Hələ davam edəcək”

Paytaxtın kirayə mənzil bazarında kəskin bahalaşma və təklifin azalması müşahidə edilir. Bu günlərdə bu bazarda aparılan müşahidələr göstərir ki, 1-2 otaqlı mənzillərin kirayə qiymətində 20 faizdən yuxarı artım qeydə alınıb. Son bir ayda qiymətlər belə mənzillər üçün 300 manatdan 350-400 manatadək yüksəlib. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, kirayə haqlarının […]

Pis əhval-ruhiyyəyə qalib gəlməyin 10 yolu

Müəyyən vaxtlarda hər birimiz pis əhval-ruhiyyədə oluruq. Bu, bəzən səbəbli olsa da, səbəbsiz baş verməsi də geniş yayılıb. Turkustan.info Oxu.Az-a istinadən buna qalib gəlməyin və özünü xoşbəxt hiss etməyin ən effektiv yollarını təqdim edir: 1. Yemək və idman Hər iki halda beyin eyni hormonu ifraz etdiyinə görə sıranın birinci yerindədirlər. Xüsusən […]

Çinli alimlərdən MÜKƏMMƏL TÖVSİYƏ: Xəstəlikləri aradan qaldıran ƏN EFFEKTLİ ÜSUL

Çinli alimlər deyir ki, qan dövranı birbaşa meridianlar və kanalların keçirmə qabiliyyətiylə bağlıdır. İnsanın hər bir əlində 6 meridian yerləşir: Turkustan.info xəbər verir ki, çinli təbiblərin sözlərinə əsasən, boyun fəqərələri və ürəklə problemləri sadə hərəkətlə aradan qaldırmaq mümkündür. Baş barmaq – ağciyər kanallarına cavab verir. Şəhadət barmağı – yoğun bağırsaqlarla bağlıdır. […]

Dünyada GÖRÜNMƏMİŞ HADİSƏ: 17 yaşlı qız balıqdan HAMİLƏ QALDI – FOTOLAR

Uzun müddət qarın ağrısından əziyyət çəkən 17 yaşlı qız hamilə şübhəsiylə həkimə gedib. USM-də balığa bənzəyən görüntünün ortaya çıxması hər kəsi şoka salıb. Balıqla cinsi əlaqəyə girdiyi düşünülən qızın görüntüləri dünya mətbuatının gündəmini zəbt edib. Turkustan.info xəbər verir ki, hadisə Filippində baş verib. Ötən ilin iyun ayında Kimberli Robles Besinal adlı […]

Bin Ladenə görə bütün dünyanı aldatdılar – İllər sonra HƏR ŞEY ÜZƏ ÇIXDI

Pakistan rəsmi olaraq ilk dəfə “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin tapılmasında rolunu qəbul edərək, ABŞ prezidenti Donald Trampın iddialarını təkzib edib. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, açıqlamaya görə, “Əl-Qaidə” liderinin tapılması üçün ilk dəlil ABŞ-a Pakistan kəşfiyyatı tərəfindən verilib. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən […]

Rus kəşfiyyatçı Qarabağla bağlı İNANILMAZ SİRRİ AÇDI: “Ərdoğan Putini inandırır ki…”

Rusiya xüsusi xidmət orqanının Cənubi Qafqazla məşğul olan zabiti Dağlıq Qarabağla bağlı müəyyən sirləri açıb. Turkustan.info Ermənistan mediasına istinadən xəbər verir ki, adının açıqlanmadığı rus kəşfiyyatçı Qarabağda genişmiqyaslı müharibənin olmayacağını qeyd edib. “Ermənistan rəsmi olaraq Rusiyanın müttəfiqidir. Bizim Gümrüdə hərbi bazamız var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə təmsil olunuruq. Rusiya müəyyən […]