“Barselona” məğlubiyyətdən son anda xilas oldu – VİDEO

İspaniya La Liqasının 13-cü turunda “Atletiko” öz meydanında “Barselona”nı qəbul edib.

Turkustan.info Qol.az-a istinadən xəbər verir ki, görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Madrid klubunda 77-ci dəqiqədə Dieqo Kosta fərqlənib. Kataloniyalıları 90-cı dəqiqədə Usman Dembele məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, “Barselona” 25 xalla lider, “Atletiko” 24 xalla 2-cidir. “Sevilya” ilə “Alaves” isə 23 xalla müvafiq olaraq 3-cü, 4-cü yerləri tutur.