Milli özünüdərkin yüksəlişi

Prof. Darxan Kıdırəlı,

Beynəlxalq Türk Akademiyasının prezidenti

 Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Böyük Çölün yeddiözəlliyi”  məqaləsi qısa bir zamanda xalqın ürəyinə yol taparaq, cəmiyyət tərəfindən böyük məhəbbətlə qarşılandı.

Qazaxıstan Prezidenti bu gün bizim ölkənin rəhbəri olmaqla yanaşı,həm də  kökləri Böyük Çölə bağlı  bütün doğma və qohum xalqların liderikimi qəbul edilir. Onuntarixi milli özünüdərkin inkişafına böyük impuls verən  məqaləsindəki  elmi bilgilər, dərin məna harmoniyası bütün türk dünyası üçün proqram xarakterli sənəddir.

Tarixə nəzər salsaq görərik ki, tarixi görkəmli insanlar yaradır və yazırlar.  Məşhur Bilgə xaqan, Turanın sərkərdəsi Teymur, onun xələfi Babur, Mustafa Kamal Atatürk və Uinston Çörçill kimi  nadir tarixi şəxsiyyətlər insanlıq tarixində silinməz izlər qoyublar. Bu tarixi şəxsiyyətlərin sırasına Qazaxıstan Respublkasının Prezidenti Nursultan Abışeviç Nazarbayevi də əlavə etmək olar.

Millətin liderinin proqram xarakterli məqaləsi ilə tanış olduqdan sonra, oxucunun gözləri önündə təkcə qazaxların deyil, bütün türk xalqlarının, Böyük Çöldə məskunlaşan və orada doğulan insanların Avrasiya  məkanında yaşam tarixi obrazlı şəkildə çox aydın olaraq göz önündə canlanır.

Məqalə öz məntiqi və konseptuallığı ilə bundan əvvəl Prezident tərəfindən qələmə alınan “Mədəni miras” və “Xalq tarixin axışında” kimi fundamental dövlət proqramlarının, Qazax xanlığının 550 illiyi ilə Ulutauda verdiyimüsahibənin və həmin təntənəli tədbirlərdəki çıxışlarının  məntiqi davamıdır. Bu məqalələr eyni zamanda  qarşıda qoyulan starateji planların komlpleks həyata keçirilməsində praktik istiqamətin göstəricisi olmaqla yanaşı, birgə tariximizi və mədəni irsimizi, şah əsərlərimizi tədqiq etmək və gələcəyimizə ötürmək üçün metodoloji əsaslı bir vəsaitdir.

“Böyük çöl” anlayışını ilk dəfə dünya tarixşünaslığına  məşhur fransız alimi Rene Qrusse 1938-ci ildə işıq üzü görən  “Böyük Çöl İmperiyası” əsəri ilə gətirib. Bu gün Elbaşı öz proqram çıxışlarında “Böyük Çöl – xalqımızın müqəddəs simvoludur”- deyə qeyd edir. Faktiki olaraq, “Böyük Çöl” artıq Qazaxıstanın və bütün Türk dünyasının milli koduna çevrilib.

Dövlət başçısı öz məqaləsində Böyük Çölün dəyərli olan hər bir xüsusiyyətivə özəlliyi üzərində xüsusi dayanır, bu dərin mənanı və çölün sirrlərini müxtəlif formalarda açır. Sözün əsil mənasında  Böyük Çöl – böyük ərazi, intəhasız məkan deməkdir. Kökləri qədim altaylara gedib çıxan Altay dilli xalqlardan tutmuş, Baykaldan Balkanlara və Macarıstandan Monqolustana qədər olan törəmələrin hamısı öz əvvəllərini və əzəlini Böyük Çöldən mənimsəyiblər.

Eyniz zamanda, Böyük Çöl – bütöv bozqır sivilizasiyası deməkdir!!! Söhbət sivilzasiyadan gedəndə, bu fikirdə çoxşaxəlilik və müxtəliflik, dərinlik və dəyər  başa düşülür. Yəqin, elə buna görə də Prezident özünün məqaləsində simvolik olaraq qazax xalqı üçün müqəddəs 7 rəqəmini seçib. Bizim babalarımız göyü 7 qata bölürdülər, nəsil şəcərəsi də 7 arxaya hesablanır, var-dövlət, mal-mülk də 7 rəqəmində bərqərar olur və nəhayət, dünyanın 7 tərəfi vardır. Beləliklə, Elbaşının məqaləsində də Böyük Çölün imkanları və onun insanlıq tarixinə qazandırdıqları  müqəddəs 7 rəqəmindən keçir.

Elbaşının məqaləsində göstərildiyi kimi, “müasir qazaxların əcdadları böyük Avrasiya kontingentinin siyasi və iqtisadi  tarixini  dəfələrlə dəyişiblər.”  Yaşayış məkanları sonsuz bozqırlar olan rəşadətli türklər (qazaxların ənənəvi bir deyimi var: “Qartal uçmasa qanadları yorular, at qaçmasa dırnaqları qopar”) alçaqboylu və dözümlü səhra atlarını əhliləşdirib, sonra özləri dəəsil-nəcabətli əkinçiyə çevriliblər.  Onların  dırnaqları dəyən torpaqlar Böyük Çöl sivilizasiyasını yaradan əcdadlarımızın  mülkünə çevrilərək, dünya tarixinin düzənini dəyişib. “Zaman və  uzaq üfüqünqovuşduğu yerdə” yaranan Türk dünyası, nəhəng bir ağac kimi öz köklərini çox dərinə işlədərək, qüdrətli sivilizasiya ölkələri olan  Ərəbistan, Çin, İran, Hindistan və Roma ilə birlikdə addımlaya biləcək əsrarəngiz sivilizasiya formalaşdırıb.Sonralar bu mədəniyyət Böyük İpək yolu vasitəsi ilə Şərq ilə Qərbi, Cənub ilə Şimalı birləşdirərək, dünya ticarətinin arteriya damarına və dünya diplomatiyasının axarına çevrilib.

Elə buna görə də alimlər haqlı olaraq, qədim köçərilər haqqında  danışanda deyirlər ki, “təkcə istilaçı deyildilər, həm də sivilizasiyanı yaradaraq bu yolu inkişaf etdiriblər”.

Tarixə Avropa standartları ilə düzəldilmiş eynəklə baxaraq, “köçərilər dərdsiz-qayğısız şəkildə bir yerdən digərinə köç etdiklərindən onların sənayeləri olmayıb” – kimi fikir söyləyənlərin iddialarının düzgün olmadığı sonda öz isbatını tapdı. Lakin Prezidentin məqaləsində ədalətli olaraq göstərildiyi kimi, “heç bir mübağiləsiz qeyd etmək lazımdır ki, bizim torpağımız maddi irsin bir çox dəyərlərinin bəhrələndiyi, pöhrələndiyi bir məkandır”. Aparılan arxeoloji qazıntılar da bunu deməyə əsas verir. Türkün beşiyi olan Altayda dəmir erası və dəmirin emalı qədim zamanlardan məlumdur.  Məhz o dövrlərdən türklərin dəmiri xəmir kimi yoğurub, əridib ondan silahlar, alətlər düzəldən dəmirçi-ustalara xüsusi münasibətləri və hörmətləri  formalaşıb. Bu adlar o qədər hörmətli və fəxarətli olub ki, Temurçin- Temirçi (dəmirçi), Tamerlan kimi adlar da bu hörmətin bir ifadəsi olub. Türkün qədim dəmirtəritmə və döymə ənənəsinə sadiqliyini biz, Elbaşının XX əsrdə öz əlləri ilə domna sobası önündə dəmiri və odu ram etməsində görmüşük.O öz gücünü oddan alıb, dəmir kimi bərkiyib. Bununla da dəmiri emal etməyin, əldə etməyin türklərə mənsub olan bir peşə olduğunu isbat edib.

Bu səbəbdən də, Elbaşı Böyük Çölü türk dünyasının müqəddəs beşiyi adlandırır.  Vüqarlı Altay təkcə taxt-tacların deyil, atlarının üzəngisi qızılla bəzədilən qüdrətli xaqanların kurqanını qoruyan,Bereldən başlanğıc götürən bütün türklərin yurdudur. Bizim ölkənin qərbində uzanan sonsuz səhralarda qədim Sarayşık və Sığanaq şəhərlərinin arasında bir zamanlar özünün sehirli nəğmələri ilə, qopuzunun səsi ilə bütün ətraf aləmi heyrətləndirən Dədə Qorqudun məkanı bu gün Azərbaycanda, Türkiyədə və Türkmənistanda dövlətlər quran oğuz sülalələrinin qədim beşiyidir. Bizdən cənubda İslamı qəbul edən türklərin  müqəddəs saydıqları  qədim Türküstan şəhəri yerləşir. Saysız əfsanələrin məkanı, Edigenin at oynatdığı Ulutau isəDəşti-Kıpçaq adlanan Böyük Çölün qızıl ordasıdır.

Kainatın düz ortasında, Sarıarka torpağında dünyanın dörd tərəfinə də darvazalarını açan Astana yerə və göyə hayqırır: – Mən təkcə qazaxların paytaxtı deyiləm, həm də bütün Türk dünyasını bir araya gətirən bir məhvərəm.

Bütün bunları seyr edərkən bir daha inanırsan ki,  həqiqətən də şair Mağjan çox uzaqları görürdü: “Türk xalqlarının hər biri ümumi mirasdan öz paylarını alandan sonra, dünyanın hər yerinə yayıldılar, qazaxlar isə ata yurdda qaldılar”.

Astana bu gün Türk dünyasının hər yerindən gəncləri özünə cəlb eləyən, qollarını isti ana mehri ilə onlara açan bir gənclik şəhəridir. Onun qoynuna gələn hər kəsə xoşbəxt həyat üçün vəsiqə verir, buna görə də indi gənclər öz doğma şəhərini “Bakorda”-“Xoşbəxtlik ocağı” adlandırırlar. Baxmayaraq ki, şəhər hələ çox gəncdir onu bəzəyən nadir memarlıq nümunələri ilə yanaşı, burada həm də gəncliyin  vətənpərvər ruhunu möhkəmləndirə biləcək abidələr inşa olunmalıdır.  Məhz buna görə də, Prezident öz məqaləsində çox aktual bir mövzuya toxunaraq qeyd edir ki, “gərək biz ilk növbədə “Böyük Çölün Böyük Şəxsiyyətləri” adlı enskolpedik park, təlim-tədris mərkəzi yaradaq. Açıq havada olan bu parkda bizim tarixi şəxsiyyətlərin  simalarını və qazandığı qələbələri əks etdirən memarlıq nümunələriucalsın.” Hesab edirik ki, Turan tarixini yaradan həmin şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs edən memarlıq abidələrini görənlər, bir növ əlləri ilə həmin tarixə toxunacaq, dünya sivilizasiyasına böyük töfhələr vermiş şəxsiyyətləri real həyatdakı kimi hiss edəcəklər. Bizim gənclərimizə onların gələcəklərini qurmaları üçünörnək simalar gərəkdir. Bu simalar onlar ideallarını və gələcək hədəflərini seçməkdə yaxın köməkçi olacaq. Belə məkanlar vasitəsilə Qazaxıstan bütün Türk dünyası üçün vacib mərkəz rolunu oynaya bilər.

Əcdadlarımızın tarixi,  dədələrimizin hünərləri, qədim dastanlar,  xalqın müqəddəs bildiyi məkanlar – bunlar hamısı birlikdə yeni nəslə stimul və inam verən güclü enerji mənbəyidirlər. Biz bunları adət-ənənlərimizə uyğun olaraq mif, müqəddəs adlandırırıq. Aşina nəsli, Ergenekon haqqındakı əfsanələr, xalq dastanlarının qəhrəmanları Alp Ər Tonqa və ya Dədə Qorqud xalqın yaddaşına yazılaraq, müasir nəsilə qədər gəlib çıxıb. Türk tarixi xalqın yaddaşında yaşayır və tarixləşir. Ən qədim zamanlardan bütün ölkələri gəzən müdrik Qorqudun adı gələndə Altaydan  Anadoluya qədər bütün türklərin ürəyinin telləri əsir, bu məqamda həmin insanlar bir olduqlarını, qardaş olduqlarını hiss edirlər. Elə bu səbəbdən də, Elbaşı Böyük Çöl folkloruna diqqəti yönəldərək, qeyd edir ki, tarixi özünüdərklə bir çox problemlər həllini tapa bilər. Həqiqətən də, Böyük Çölün qəhrəmanlıq tarixini canlandıran, nağıllar, dastanlar bu günə qədər dillər əzbəridir. Boz qurd öz dövründə Gültekinə xidmət edən totemdir. Boz qurd Günəşi qarşılayan Suyinbayın nəğmələrində, Şalkiiz ozan və Mönke binin əsərlərində qurd tayfasının parçası kimi canlandırılır. Belə mifik obrazların hansı zamandan yarandığından və bizə qədər gəlib çıxdığından asılı olmayaraq, türklərin  yaşadığı bütün məkanlarda eyni mifik obrazlardır, eyni əfsanələrdir. Türk xalqlarının kimliyinin sirrini gizləyən ucsuz-bucaqsız məkanınadı Böyük Çöldur. Belə demək mümkünsə, zaman isə qədim ata-babalardan davam edən nəsillərin həyatıdır.

Təsadüfi deyil ki, Elbaşı Böyük Çölün etnik kökünə belə böyük əhəmiyyət verir. Çünki bura müqəddəs nəsillərin xalqlarının bir araya gəldiyi və qarşılaşdığı torpaqdır. Özünün çoxillik tədqiqatları nəticəsində məşhur antropoloq alim Orazak Smaqulovmüəyyən edib ki, qazax xalqının genetikliyinin yaşı 4 min ilə gedib çıxır.

Milli özünüdərk tarixi dərketmə əsasında formalaşır. Ona görə də etiraf etməliyik ki, XXI əsrə qədər gətirib çıxardığımız, saxladığımız milli dəyərlərimiz, milli mədəniyyətimiz, tarixi yaddaşımızın yenilənməsi- bunların hamısı cəmiyyətimizin mənəvi həyatında və yaddaşında özünü göstərir. Beləliklə, Prezidentin məqaləsi  tarixi soydaşlarımız, yaradıcılıq axtarışında olanlar, elmi tədqiqatçılar üçün yeni  yollar və üfüqlər açır. Qarşımızda dayanan ikinci mühüm məsələ ondan ibarətdir ki, məqalədə göstərilən strateji istiqamətləri və kompleks layihələri reallaşdırmaq üçün ortaya çox yaxın bir zamanda sanballı və sistemli fəaliyyətə başlamaq lazımdır.

Bundan başqa, genişmiqyaslı işin öhdəsindən  gəlmək üçün Böyük Çölün qohum və dost xalqlarının alim və ekspertlərinin də imkanlarından istifadə etmək lazımdır. Prezidentin bu məqaləsi, əvvəlki “Mənəvi yenilənmə” proqram məqaləsininin davamı sayılır. Xüsusilə qeyd etmək lazımdır ki, “Türk sivilizasiyası: Kökdən bu günə” layihəsinin həyata keçirilməsi, eləcə də 2019-cu ildə Dünya Türkoloji Konqresinin Astanada keçirilməsi Qazaxıstanın dünya türkçülüyünün mərkəzi olmasına imkan verəcək. Buna görə də qeyd etmək istərdim ki, Elbaşının şəxsi təşəbbüsü ilə yaradılan Beynəlxalq Türk Akademiyasıbu istiqamətdə sistemli iş aparmağa tam hazırdır.

Yeri gəlmişkən, Böyük Çölün tarixinə toxunarkən, gələn il 750 illiyi qeyd ediləcək böyük Talas qurultayı mövzusuna da müraciət etmək zəruridir. Müqəddəs Talas torpağında tarixən çox böyük dövlətlər təşəkkül tapıb. 1269-cu ildə Xaydu xan burada ilk qurultayını keçirib və qurultaydan sonra dünya xəritəsində üç yeni dövlət –Cuçi ulus (Qızıl Orda), Monqol və Çağatay ulusu öz yerini alıb. Beləliklə, 2019-cu il həm də  Sarıarkada təşəkkül tapan Qızıl Ordanın yubiley ilidir. Eləcə də,Yeddisu (Jetisu) torpaqlarında çiçəklənən Moqulustanın yibileyidir. Bir faktı da nəzərə almaq lazımdır ki,  adı çəkilən hər üç ulus müasir Qazaxıstan, Qırğızstan  və Özbəkistan dövlətlərinin əsasını qoyublar. Ona görə də yubileylərin yüksək səviyyədə keçirilməsi həm də Mərkəzi Asiyada yüksələn müasir quruluşlu dövlətlərin əməkdaşlığına güclü təkan verəcək.

Baykaldan Balkanlara, Altaydan Anadoluya, Monqolustandan Macarıstana qədər uzanan Böyük Çöldə bizim  babaların şanlı izləri qalıb və  hər addımda onların müdrik sözləri səslənir. Təsadüfi deyil ki, bütün dünya buranı türk xalqlarının beşiyi sayır, Qazaxıstan prezidenti isə- Türk dünyasının ağsaqqalı hesab olunur.

İnanırıq ki,Nursultan Nazarbayevin “Böyük çölün yeddi özəlliyi” adlı fundamental layihəsi, qardaş xalqları bir-birinə daha da yaxınlaşdıracaq, bizim ümümi milli kodumuzu birləşdirməklə qədim tariximiz, oxşar tarixi taleyimiz və ümumi  köklərimizi bir araya gətirəcək. Elbaşının starteji əhəmiyyətli məqaləsi, türk xalqları üçün “Yol xəritəsi”mənəvi dayaq nöqtəsi olmaqla yanaşı, Böyük Çölün Renessansı olacaq!

Qazaxcadan çevirdi:

Aida Eyvazlı, tədqiqatçı jurnalist