Gün: Noyabr 29, 2018

Bakıda qadın qayınanasından qaçdı, itkin düşdü

Bakıda gəlin evdən qaçıb. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Səbzəliyeva Səbinə Yunis qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə Xətai rayonu, A.Qurban küçəsi, ev 25/37-də yaşayan gəlini, 1979-cu il təvəllüdlü Əzməmmədova Nərmin Xeyribəy qızı noyabrın 28-də gecə […]

Tramp Putinlə görüşdən imtina etdi

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən imtina edib. Turkustan.info xəbər verir ki, bu barədə Tramp “Twitter”də məlumat yayıb. Bildirib ki, görüşdən imtina etməsi Kerç boğazında baş verən insidentlə əlaqədardır. Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin görüşü Argentinada G-20 sammiti çərçivəsində planlaşdırılırdı.  /Azvision.az/ 43 Baxılıb

“Qarabağ” uduzur, “Arsenal”dan ikinci qol – YENİLƏNİR – FOTO

Avropa Liqası E qrupu   21:55. “Qarabağ” (Azərbaycan) – “Sportinq” (Portuqaliya) – 1:2 (Birinci hissə) Qollar: Bas Dost, 5-pen (0:1), Abdulla Zubir, 14 (1:1), Fernandes, 20 (1:2) Hakimlər: Petr Ardeleanu, Petr Blazey, Tomas Mokruş, Yan Patak, Zbinek Proske, Emanuel Marek (hamısı Çexiya) Bakı Olimpiya Stadionu.  “Vorskla” (Ukrayna) – “Arsenal” (İngiltərə) – […]

Rusiyada dünya çempionunu öldürən azərbaycanlıdan SON XƏBƏR – VİDEO

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi öldürməkdə günahlandırılan Anar Allahverənov 19 il azadlıqdan məhrum edilə bilər. Turkustan.info xəbər verir ki, bu haqda “Gazeta.ru” saytı yazıb. Məlumata görə, əvvəlcə istintaq güman edirdi ki, müttəhim idmançını ehtiyatsızlıq edərək vurub. Əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə […]

Həbib xanım aparıcının əlini sıxmadı – Video

Rusiyalı idmançı, UFC çempionu Həbib Nurməhəmmədov “Matç TV” telekanalının baş direktoru Tina Kandelakinin əlini sıxmayıb. Turkustan.info xəbər verir ki, idmançının bu hərəkəti birmənalı qarşılanmayıb. Kandelaki Instagram hesabında videonu paylaşaraq qeyd edib ki, Ramzan Kadırov onunla görüşdə əlini sıxdığı halda Nurməhəmmədov bunun əksini edib. İdmançının Kandelakinin paylaşımına cavabı belə olub. “Tina, […]

Türk Dünyası Turan Yazgan Büyük Ödülü İlham Tohti’ye verildi

 Türk Araştırmaları Başkanı Közhan Yazgan ve Macar Turan Vakfı başkanımız Andras Biro tarafından, Tohti adına, on yıllardır İngiltere’de yaşamak zorunda kalan Uygur sanatçı ve dava kadını Rahima Mahmud’a takdim edildi. Turan Yazgan ödülüne Türk Dünyası’na yaptıkları büyük hizmetleri için bu ödüle layık görülen, Mustafa Cemil Kırımoğlu (2013), Andras Biro (2014), […]

Türkiyə ilə bağlı gizli hesabat Konqresə təqdim edildi

Hesabatda qeyd edilib ki, Türkiyə Rusiyadan S-400 alarsa, bu, yalnız F-35 qırıcılarının Türkiyəyə tədarükünə deyil, həmçinin, F-16 qırıcılarının, “CH-47f” və “UH-60” helikopterlərinin bu ölkəyə satılmasına təsir edəcək ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə bağlı Konqresə gizli hesabat təqdim edib. Turkustan.info “Haber7″ə istinadla xəbər verir ki, hesabatda Türkiyənin Rusiyadan S-400 almasından […]

IPRA-dan “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”na dəstək

Mənzil qərargahı Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA – International Public Relations Association) 26 yanvar 2018-ci il tarixində Türk dünyasında ilk dəfə keçiriləcək “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”nun rəsmi tərəfdaşı oldu. IPRA-dan gələn dəstək məktubunda forumun Türkdilli Dövlətlərin PR mütəxəssisləri arasında qarşılıqlı əlaqələrin yaradılmasında və PR sahəsində […]

Əmisi arvadı ilə aralarında intim münasibət olduğunu ETİRAF ETDİ – BAKIDA

Bakıda əmisinin həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Rəsul Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, bu il iyulun 17-də, […]

Bakı Nəqliyyat Agentliyindən XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi küləklə bağlı xəbərdalıq edib. Turkustan.info bildirir ki, agentlikdən Modern.az-a verilən məlumata görə, qurum hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edir: “Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun […]

Bakının bir hissəsində qaz olmayacaq – XƏBƏRDARLIQ

Bakının Sabunçu rayonunda təbii qazın verilişində məhdudiyyət olacaq. Oxu.Az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, istismarı dayandırılmış diametri 219 və 159 mm-lik qaz xəttinin ləğvi, qaz kəmərində aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar noyabrın 30-u saat 10:00-dan təmir işləri yekunlaşanadək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov, Bünyadov, Anaşkin və Ş.Kamilov küçələrinin […]

Gürcüstan müxalifəti daha bir seçki istədi

Gürcüstan müxalifəti prezident seçkilərinin ikinci turunun nəticələrini tanımır. Turkustan.info xəbər verir ki, bunu Birləşmiş müxalifətin prezidentliyə namizədi olan Qriqol Vaşadze Tbilisidə Filarmoniya binasında tərəfdarları ilə görüşdə deyib. O bildirib ki, birləşmiş müxalifət Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.  Prezidentliyə keçmiş namizəd bazar günü paytaxtın Rustaveli prospektində bu tələblə aksiyanın keçiriləcəyini bəyan edib. […]

İsveçdə azərbaycanlı uşaqlara şahmat dərsi keçən Pərviz Abbaszadə

Bu gün xaricdə yaşayan soydaşlarımızın birliyi nə qədər güclü olarsa,ölkəmizin təbliğatı daha istənilən səviyyədə olacaq. Soydaşlarımızın bu fəaliyyətdə üzərlərinə böyük yük düşür. Belə soydaşlarımızın biri də Pərviz Abbaszadədir. Pərviz Abbaszadə İsveçin Yöteburq şəhərindəki 2015-ci ildə yaradılan Azərbaycan Mədəniyyət və İdman Dərnəyi”nin yaradıcılardandır. Pərviz Abbazadə Azərbaycan Bədən Tərbiyyə və İdman Akademiyasının […]

Saakaşvili Hollandiyada inqilab hazırlığına başladı – Sensasion iddia

“Bir qadının Gürcüstana rəhbərlik etməsi, problem yaratmayacaq. İllərlə Nino Burcanadze parlamentə sədrlik edib. Yəni, gürcü ənənəsində qadın rəhbər üçün problem olmayacaq”. Turkustan.infi xəbər verir ki, bu sözləri gürcü politoloq Peter Mamradze deyib. Ekspert keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstanda çevriliş hazırlığına başlaması ilə bağlı iddialara da cavab verib. Peter Mamradze hesab etmir […]

Elmar Vəliyevin oğluna yüksək vəzifə verildi

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğluna yüksək vəzifə verilib. Unikal.org-un əldə etdiyi məlumata görə, bir müddət öncə Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri təyin edilib. O, buna qədər Milli Məclisdə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışırdı. Xəbəri Milli Məclisdən təsdiqləyiblər. […]

Türkün dədə yurdundakı Dədə Qorqud

Aida Eyvazlı … 7 yurd qurub, 7 ocaq yandırdı. Eli başına yığdı Qorqud Ata– Dədə Qorqud.  Ulu türk ellərinin ulu qəhrəmanı haqqında  yazılanlar, bu günümüzə qədər gəlib çıxan hər cümlə  əslində türk ulusunun, türk elinin, türklərin tarixi, mədəniyyəti, coğrafiyası kimi mühüm mənbədir. Nə yaxşı ki, ən əvvəl  Dədəmiz Qorqud haqqında […]

Müğənnimizə qadağa qoyuldu: Bu mahnını oxuma!

Tanınmış azərbaycanlı müğənni Əli Purmehriyə “Traktor” futbol komandası üçün hazırladığı yeni mahnını oxumağa icazə verilməyib. Turkustan.info xəbər verir ki, müğənni bu barədə İnstaqram səhifəsində məlumat yayıb. O bildirib ki, Tehran və digər şəhərlərdə konsertlərlə bağlı son qərarı verən Təmin Şurası “Traktor”un mahnısının Təbrizdə onun tərəfindən oxunmasına icazə verməyib: “Bunun səbəbi […]

“Azərbaycandakı erməni diversant Çin dilini öyrənir, atamdan isə məktub belə yoxdur” – Dilqəm Əsgərovun oğlu

“Sonuncu dəfə 2017-ci il noyabr ayının 1-də yazılan məktubu komitənin əməkdaşları bizə təqdim ediblər. O vaxtdan atamdan heç bir məktub ala bilməmişəm”.  Turkustan.info bildirir ki, bunuCebhe.info-ya açıqlamasında erməni girovluğundakı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarından atasının məktub yazmadığının səbəbini soruşub:  […]

“Bu hadisə bizim birlikdə daha güclü olduğumuzu göstərdi” – Darxan Kıdırəli

“Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi bizim birgə uğurumuzdur. Çünki, Dədə Qorqud Altayalardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır.  Modern.az xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəli […]

Prezident nazirliyə mühüm səlahiyyət verdi – Obyektləri məhkəməsiz bağlaya biləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yeni səlahiyyət verilib. Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərmanında əksini tapıb. Əsasnaməyə əsasən nazirliyin ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və […]

”Lotu Quli”nin ailəsində üç gün üç gecə toy oldu – Məşhurlar pulsuz oxudu – VİDEO

Azərbaycanlı ”qanuni oğru” ”Lotu Quli”nin ailəsində toy mərasimi baş tutub. Turkustan.info bildirir ki, Unikal.org həmin toyla bağlı maraqlı təfərrüatlar əldə edib. Belə ki, Nadir Səlifovun bacısı qızının Gürcüstanda möhtəşəm toy məclisikeçirilib. ”Lotu Quli”nin bacısı qızı Rusiyada tanınmış azərbaycanlı iş adamı Zakir müəllimin oğlu Samir bəylə ailə həyatı qurub. Bu toydan öncə […]

Şair İbrahim İlyaslının 55 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə baş tutan tədbiri giriş sözü ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron nümayəndəliyinin rəhbəri İlham Manafov açaraq yubilyarı təbrik edib və ona xatirə hədiyyələri təqdim etdi. Sonra sözü tədbiri aparmaq üçün sözü DGTYB Məsləhət Şurasının başkanı, Atatürk Mərkəzinin şöbə müdiri şair-publisist Əkbər Qoşalıya verdi. Əkbər […]

Köçəryan həbs edilə bilər – Məhkəməni uduzur

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın vəkili Ruben Saakyan baş prokuror Artur Davityanın Apellyasiya Məhkəməsində iştirakına etirazını bildirib.  Turkustan.info-nun məlumatına görə, Saakyan jurnalistlərə açıqlamasında vurğulayıb ki, baş prokurorun məhkəməyə gəlişi Robert Köçəryanın həbs ediləcəyinə dair düşünməyə əsas verir:  “Variantlardan biri budur ki, baş prokuror, ikinci prezidentə hörmət əlaməti göstərir və buraxdığı […]

Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı

29 noyabr, Fineko/abc.az. “Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasının qalibləri bəlli olub. Bu, Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən təşkil olunan sayca 6-cı Hackathon müsabiqəsi olub. Mütəxəssislər tərəfindən aparılan texniki dəyərləndirmənin ardından 28 noyabr tarixində baş […]

“Mən “143 manata bir ay normal yaşamaq olar” deməmişəm” – Hadı Rəcəblidən açıqlama

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli parlamentdəki çıxışı ilə yenidən müzakirələr yaradıb. Turkustan.info xəbər verir ki, saytlarda yazılanlara görə, deputat “Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı […]

ADAU-nun Aqronomluq fakültəsində Texas A&M Universitetinə tələbə və müəllim heyətinin səfəri üzrə təqdimat keçirilib

Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzinin (AgroCenter)  Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirdiyi kənd təsərrüfatı sahələri üzrə Glimmer Tədris Təkmilləşdirmə proqramı çərçivəsində  əməkdaşlıq etdiyi Texas A&M Universitetinə tələbə və müəllim heyətinin səfəri üzrə Aqronomluq fakültəsində təqdimat keçirilib. Təqdimatda Texas A&M Universitetinin tədris prosesi, elmi tədqiqat işləri, tələbələrin peşəkar inkişafı […]

Azərbaycandakı erməni əsir: Evə qayıtmağıma kömək edin – VİDEO

Xəbər verildiyi kimi, 1994-cü il təvəllüdlü, 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan “hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə […]

Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış: yaralılar var – YENİLƏNİB

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Rayon mərkəzi xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Məlumatda onlardan birinin bədən səthinin 100, digərinin isə 70-80 faiz yandığı qeyd edilir. Bununla bağlı həkim […]

ADAU-da “UNİBOOK”-Tədrisin Elektron İdarəetmə Sistemi üzrə Neyron Texnologiyaları şirkəti tərəfindən təlim keçirilib

ADAU-nun ECDL Təlim və Test Mərkəzində “UNİBOOK”-Tədrisin Elektron İdarəetmə Sistemi üzrə Neyron Texnologiyaları şirkəti tərəfindən təlim keçirilib.  UNİBOOK Sistemi Azərbaycanda çoxfunksiyalı ilk yerli məhsuldur. Sistem vasitəsilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və […]

Azərbaycanda ehtiyac meyarı ləğv olunacaq

Azərbaycan Respublikasında ehtiyac meyarı ləğv olunacaq. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a hökumətdəki mənbə məlumat verib. Bildirilib ki, 2019-cu ildə Azərbaycanda ehtiyac meyarı ləğv olunacaq. Yəni 2020-ci il üçün ehtiyac meyarının həddi nəzərdə tutulmayacaq. Qanunda göstərilib ki, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial […]

Gürcüstan xalqının seçdiyi qadın prezident kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Turkustan.info Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumatına istinadən xəbər verir ki, prezidentliyə namizəd Salome Zurabişvili səslərin 59.56 faizini toplayaraq qələbə qazanıb. O, artıq bülletenlərin 99.7 faizi sayılıb və müstəqil namizəd Salome qələbə qazanıb. Müxalifətin namizədi Qriqol Vaşadze 40.44 faiz səs toplayıb. Zaurabişvili […]

Alimlər xərçənglə bağlı İNANILMAZ NƏTİCƏYƏ GƏLDİ: Aktiv cinsi həyat…

Harvard Universitetinin alimləri cinsi həyat və prostat xərçəngi arasındakı bağlılığa dair araşdırma aparıblar. Turkustan.info “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, urologiya mütəxəssisi Can Öbek Harvard Universitetinin araşdırmasına diqqət çəkərək aktiv cinsi həyatın kişilərdə prostat xərçənginin inkişafının yavaşlatdığını bildirib. Prostat vəzi kişi cinsiyyət üzvlərindən biridir, qarın boşluğunda sidik kisəsınin altında yerləşir və […]

Gəncənin icra başçısı yeni komanda formalaşdırır

Elmar Vəliyevin daha bir kadrı işdən çıxarıldı; sabiq başçının “sağ əli” Məharət Mustafayevin əməlləri araşdırılmaqda davam edir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni komanda formalaşdırılması istiqamətində daha bir addım atıb. Belə ki, Niyazi Bayramovun müavini, İH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevda Firuddin qızı Qurbanəliyeva tutduğu vəzifədən […]

Günün ikinci yarısında hava kəskin dəyişəcək: Yağış, qar yağacaq

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün günün ikinci yarısından noyabrın 30-u gündüzədək güclü şimal-qərb küləyi əsəcək, arabir şiddətlənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. […]

Tarix açıqlandı: Rusiya Ayın orbitində stansiya tikir

Rusiyanın Ayın orbitində milli stansiyasının tikintisinin 2025-ci ildə həyata keçirilməsi təklif olunur. Turkustan.info xəbər verir ki, bu barədə baş konstruktor Yevgeni Mikrin tərəfindən hazırlanan “Ay proqramının həyata keçirilməsinin Yol Xəritəsi”nin təqdimat mərasimində deyilib. Bildirilib ki, Ayı əhatə edən stansiyanın baza modulunun 2025-ci ilin sonlarında buraxılması nəzərdə tutulub. Qeyd edək ki, bir […]

Azərbaycanı gözləyən təhlükə – Təbii artım azalır?

Azərbaycanda əhalinin təbii artımı davam etsə də, son 27 il ərzində təbii artım əmsalı 2 dəfədən çox azalıb. Turkustan.info-nun məlumatına görə, son 27 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. 1990-cı ildə Azərbaycanda əhalinin təbii artımı 140 170 nəfər olduğu halda, 2017-ci ildə bu say 86 […]

Yeni ildən marketlərdə sellofan torbalar pullu olacaq – VİDEO

İnsanların hər gün istifadə etdikləri polietilen torbaların məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər planı hazırlayıb.  “Xəzər xəbər”xəbər verir ki, plastik tullantınlardan, xüsusilə polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub. Nazirliyin şöbə müdiri Umayra Tağıyeva bildirib ki, polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Umayra […]

Əflatun Amaşov Yerevanda məscidə getdi – FOTOLAR

Ermənistanın paytaxtı Yerevan şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası keçirilib.  Noyabrın 29-dək davam edən sessiyada QDİƏT Parlament Məclisinin fəaliyyəti barədə hesabat dinlənilib, regional iqtisadi əməkdaşlığın inkişafında və möhkəmlənməsində üzv dövlətlərin parlamentlərinin və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin və turizmin fəaliyyəti, onların inkişaf perspektivləri […]

Bacısı Qənirə Paşayevanın əməliyyatı haqda DANIŞDI

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, Qənirə xanımın bacısı Kəmalə Paşayeva deputatın durumu ilə bağlı açıqlama verib. “Məlumat üçün bildirirəm ki, Qənirə xanım qollarında meydana gələn karpal tünel narahatlığı səbəbi ilə bağlı əməliyyat olunub. Hazırda hər şey yaxşıdır . Özünü yaxşı […]

Gürcüstan ilk dəfə qadın prezident seçdi

Gürcüstan Mərkəzi Seçki Komissiyası noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb. Turkustan.info “Novosti Qruziya” agentliyinə istinadən xəbər verir ki, 3705 məntəqədən 3659-nun nəticələri artıq bəllidir. İlkin rəsmi məlumatlara əsasən seçki dairələrinin böyük əksəriyyətində hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib. Rəsmi […]

“Biz onlar üçün “Qarabağ eşşəkləri”yik” – Erməni əsir

Xəbər verildiyi kimi, 1994-cü il təvəllüdlü, 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan “hamının-hamıya” prinsipi üzrə azadlığa […]

Saakaşvilinin qardaşına atəş açdılar – Seçkidə silahlı insident

Gürcüstanda prezident seçkiləri zamanı silahlı insident baş verib. Turkustan.info yerli mətbuata istinadən xəbər verir ki, keçmiş prezident Mixail Saakaşvilinin qardaşı David Saakaşvili seçki məntəqəsinə yaxınlaşan zaman ona avtomobildən atəş açılıb. Naməlum şəxslər daha sonra hadisə yerindən uzaqlaşıblar. Faktla bağlı araşdırma aparılır.  /BakuPost/ 44 Baxılıb