ADAU-da “UNİBOOK”-Tədrisin Elektron İdarəetmə Sistemi üzrə Neyron Texnologiyaları şirkəti tərəfindən təlim keçirilib

ADAU-nun ECDL Təlim və Test Mərkəzində “UNİBOOK”-Tədrisin Elektron İdarəetmə Sistemi üzrə Neyron Texnologiyaları şirkəti tərəfindən təlim keçirilib.

 UNİBOOK Sistemi Azərbaycanda çoxfunksiyalı ilk yerli məhsuldur. Sistem vasitəsilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və forumların, habelə kitabxana işinin və mühasibatlığın aparılması avtomatlaşdırılır və elektron qaydada təşkil olunur.  Tələbələr, həmçinin valideynlər, istənilən vaxt və istənilən yerdən fərdi identifikator və parolları ilə sözügedən tədris idarəetmə sisteminə mobil qaydada daxil olub müvafiq məlumatları əldə edə bilir. 

Təlim Neyron Texnologiyaları şirkətinin əməkdaşları Mədinə Məmmədova və Xədicə Əlizadə tərəfindən keçirilib. Təlimdə İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsi , İnformasiya texnologiyaları kafedrası, Tədris şöbəsi, Tələbə şöbəsi, Kadrlar şöbəsi, Mühasibatlıq şöbəsi, Kitabxana əməkdaşları iştirak edib.

Təlimin sonunda ADAU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Aidə Qasımovavə Neyron Texnologiyaları şirkəti əməkdaşları tərəfindən sistem üzrə təlimçi olacaq şəxslərə sertifikatlar təqdim edib.