İsveçdə azərbaycanlı uşaqlara şahmat dərsi keçən Pərviz Abbaszadə

Bu gün xaricdə yaşayan soydaşlarımızın birliyi nə qədər güclü olarsa,ölkəmizin təbliğatı daha istənilən səviyyədə olacaq. Soydaşlarımızın bu fəaliyyətdə üzərlərinə böyük yük düşür. Belə soydaşlarımızın biri də Pərviz Abbaszadədir.

Pərviz Abbaszadə İsveçin Yöteburq şəhərindəki 2015-ci ildə yaradılan Azərbaycan Mədəniyyət və İdman Dərnəyi”nin yaradıcılardandır.

Pərviz Abbazadə Azərbaycan Bədən Tərbiyyə və İdman Akademiyasının məzunu olub. Pərviz əslən qərbi azərbaycandandır. İşdən sonra gəlib iki saat azərbaycanlı uşaqlara şahmat dərsləri keçir və uzaqda yaşayan uşaqları maşınlar aparıb gətirir.

Bir müddət Azərbaycanda idman müəllimi işləyib. Ailəlikcə şahmat idman növününə böyük sevgiləri var.

2011-ci ildən İsveç Krallığının Yöteburi şəhərində yaşayan həmyerlimiz azərbaycanlılar arasında müxtəlif idman növlərindən ibarət olan yarışların təşkilatçısı kimi də zəhməti danılmazdır.

Bu ilin sentyabr ayında İsveç Krallığında azərbaycanlılar arasında 2 yaş qrupunda şahmat yarışmasını təşkil edib və həmçinin bu yarışmaya İtaliyada yaşayan həmyerlimiz, şahmat üzrə beynəlxalq dərəcəli usta Mirağa Ağayev də dəvət olunub. Həmyerlimiz Mirağa Ağayev azərbaycanlı şahmatçılar arasında seans keçib.

Oktyabr ayında da komandalar arasında 2-ci turnir təşkil olunub. 2018-ci ilin iyun ayında Pərviz Abbaszadənin təşəbbüsü ilə dərnəyin tərkibində şahmat kursu yaradılıb. Özü ilə söhbətində bunu belə əsaslandırır: “Şahmat kursunun əsas yaradılma səbəbi Azərbaycandan kənarda doğulan və yaşayan uçaq və gəncləri bir araya toplamaq,onlar arasında dostluq və ünsiyyət yaratmaq, ana dilini unutmamaq və həmçinin Azərbaycan şahmatçılarının gələcəkdə İsveçdə mötəbər beynəlxalq yarış və turnirlərdə iştirak etmək,vətənizimin adının ucaltmaqdır”.

Bu ilin noyabr ayının 10-da Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. İsveç Şahmat Federasiyasının dəstəyi ilə İsveç üzrə Yötebori şəhərində geniş tərkibdə növbəti yarış keçirilib. Bu yarışmanı İsveç şahmat nümayəndəsi Mats Erikson və beynəlxalq dərəcəli hakim Claes.R.Nilşedən idarə ediblər.

Turnir Azərbaycan və İsveç himnlərinin açılışı ilə başlayıb. Mats Erikson çıxışında Azərbaycan şahmat inkişafında xəbərdar olduğunu və bu intellektual idman növünün uşaqlar və gənclər arasında sevildiyini turnir iştirakçılarına söyləyib.

Yarış bitdikdən sonra şahmat federasiyasının təklifi ilə Azərbaycan Mədəniyyət və İdman Dərnəyi arasında əməkdaşlıq sazişi imzalanıb və dərnək federasiyaya üzv olub.

Turnirin sonunda İtaliyada yaşayan həmyerlimiz beynəlxalq dərəcəli şahmat ustası Mirağa Ağayev skayp vasitəsilə canlı olaraq bütün iştirakçılara Milli Dirəçiliş günü ilə təbrik edib və uğurlar arzulayıb.

Onu da qeyd edək ki,bu günə qədər İsveç üzrə şahmat yarışmalarında müxtəlif yaşlar arasında 50-yə yaxın azərbaycanlı soydaşımız iştirak ediblər.

Pərviz Abbaszadəyə göstərdiyi təşəbbüsə gör və çəkdiyi zəhmətə təşəkkür edirəm. Bu yolda bütün soydaşlarımıza uğurlar arzulayırıq.

Elnur Eltürk