Gün: Dekabr 3, 2018

Gəlir vergisi üzrə 100 faizlik güzəşt – RƏSMİ AÇIQLAMA

Azərbaycanda 2019-cu ildən yeni Vergi Məcəlləsi qüvvədə olacaq. Turkustan.info xəbər verir ki, 240 bənd üzrə dəyişikliklər edilən budəfəki məcəllə vergitutmanın əsas sahələrində ciddi yeniliklər və nəzarət tədbirləri vəd edir. Vergilər Nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayevanın sözlərinə görə, yeni məcəllə hazırlanarkən beş əsas hədəf seçilib: sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə […]

Ərdoğan erməni jurnalistə sərt cavab verdi

“Bilirsiniz, mənim ölkəmdə nə qədər erməni yaşayır?” Türkiyə hökuməti Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etmir. Sputnik Ermənistan xəbər bunu Buenos Ayresdə erməni əsilli jurnalistin sualını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Türkiyəni erməni “soyqırımında” günahlandırmaq olmaz. Bu məsələni tarixçilərin müzakirəsinə buraxmaq və onların nə deyəcəyinə baxmaq lazımdır. Biz istənilən müzakirədə iştirak […]

“Xərçəng”ə səbəb olan 4 növ məhsul

Bütün dünyada xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı ildən ilə dayanmadan artır. Alimlərin fikrinə görə, bunun səbəblərindən biri sağlam olmayan qidalanmadır. Mütəxəssislər xərçəng xəstəliyinə səbəb ola bilən 4 qrup qida məhsullarını təyin ediblər. Yenicag.az Saglamolun-a istinadən bu məhsulların siyahısını təqdim edir: – Şəkərlə zəngin olan qidalar Şəkərdən sui-istifadə bir çox xərçəng […]

7 YAŞLI MİLYONÇU – Azyaşlı bu yolla dünyada məşhur oldu

“Forbes” jurnalı “Yutub”da ən çox qazanan blogerlərin reytinqini açıqlayıb. Turkustan.info xəbər verir ki, siyahıda 30 yaşa qədər olan blogerlər yer alıb. Reytinqin birincisi 7 yaşlı Rayan adlı uşaqdır. O, valideynləri ilə birlikdə “Ryan Toys Review” kanalında müxtəlif oyuncaqları nümayiş etdirməklə məşhurlaşıb. Rayanın kanalının 17 milyon abunəçisi var. Onun videoları 26 milyard […]

Nuhdan vahiməli proqnoz: Lüterin nəvəsi ABŞ lideri olacaq

2030-cu ildən gəldiyini iddia edən zaman yolçusu Nuh (Noah) gələcəkdə baş verəcək hadisələrlə bağlı konkret tarixlər açıqlayıb. Turkustan.info Teleqraf.com-a istinadən Nuhun son video müraciətində gələcəklə bağlı açıqladığı konkret hadisələrin xronologiyasını təqdim edir. Zaman yolçusu qeyd edib ki, 2030-cu ilə qədər ABŞ və Şimali Koreya arasında müharibə başlayacaq. Eyni zamanda insanın kompüterə […]

5 rayonun qaytarılması planına razılıq verilməsi… – Deputat

Turkustan.info Teleqraf.com-a istinadən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir: – Qüdrət bəy, son vaxtlar MDB regionunda dinamik proseslər müşahidə edilir. Rusiya ilə Ukrayna arasında Kerç böhranı yarandı, Ukraynada fövqəladə vəziyyət elan olundu, Qərb ölkələri anti-Rusiya bəyanatları ilə çıxış etdilər. Baş verən bu […]

Elçin Abbasov: Gözdən əlil olduğuma inanmayıb ələ salırlar – VİDEO

Ən böyük arzusu qaranlıqdan işıqlı dünyaya çıxmaqdır. Söhbət gözdən əlil olmasına baxmayaraq, toxuduğu gülləri sataraq öz dolanışığını təmin edən Elçin Abbasovdan gedir. Dediyinə görə, onun gözləri altı yaşından bəri görmür və 11 yaşında öyrəndiyi toxuma ilə bu gün o, öz evini dolandırır. Elçin Abbasovu bir çox yerdə – metro çıxışlarında, […]

Qonşu gəlini ilə görüşən Anarın müəmmalı ölümü – O, özünü niyə asdı? – VİDEO

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə “Gəl Dərdini Danış”da teleaparıcı daha bir cinayətin təfəruatları araşdırıb. Turkustan.info xəbər verir ki, Amil Xəlil Göyçayda baş verən müəmmalı ölüm hadisəsi ilə bağlı adı çəkilən rayona yollanıb. Verilişə müraciət edən Firəngiz xanım oğlunun ölümündə qonşularını günahlandırıb. İddialara görə, Anar evli olub və qonşu […]

“Telko məzmun doğma dildə”

Azercell şirkəti Yüksək Texnologiyalar Parkının KİV nümayəndələri üçün təşkil etdiyi infosessiyada iştirak edib Turkustan.info xəbər verir ki, müasir texnoloji yenilikləri Azərbaycanın rabitə bazarında uğurla tətbiq edən “Azercell Telekom” MMC Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin KİV nümayəndələri üçün təşkil etdiyi “Texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılması” adlı info-sessiyaya da […]

Deputatlar və jurnalistlər Bakı Nəqliyyat Agentliyinə getdilər – FOTOLAR

Dekabrın 1-də Parlament Jurnalistlər Birliyi (PJB) Bakı Nəqliyyat Agentliyinə mediatur təşkil edib. Turkustan.info-nun məlumatına görə, tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli, Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı, Milli Məclisin deputatları Hadi Rəcəbli, Tahir Mirkişili, Aydın Hüseynov, Naqif Həmzəyev və mətbuat nümayəndələri iştirak edib. Tədbir iştirakçıları öncə […]

Azərbaycanlı hakimlər beynəlxalq kikboksinq yarışlarında ölkəmizi təmsil edirlər – FOTOLAR

Azərbaycanlı hakimlər beynəlxalq kikboksinq yarışlarında ölkəmizi təmsil edirlər. Azərbaycan Kikboksinq Federasiyasının respublika və beynəlxalq dərəcəli hakimləri WAKO-nun təqvimində olan yarışda hakimlik edirlər. Ümumiyyətlə, son illər federasiyanın hakimləri beynəlxalq yarışlarda fəallıqları ilə seçilirlər. Bu barədə məlumatı respublika dərəcəli hakim Aydın Ağabəyov verib. “WAKO-nun təqvim planına uyğun Litvanın Vilnus şəhərində yarışlarda hakim kimi […]

Azay Quliyev İtaliyaya gedir

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 25-ci toplantısında iştirak etmək üçün dekabrın 4-də İtaliyanın Milan şəhərinə səfərə gedəcək.  Turkustan.info xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Büro iclasında ATƏT PA-nın 2019-cu il üçün prioritet fəaliyyət istiqamətləri, Assambleyanın […]

Gəncə hadisələri ilə bağlı 22 nəfərin işi məhkəməyə göndərildi – RƏSMİ

2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə […]

“Öldürsəydilər bundan yaxşı idi” – Evinə qız gətirən dostunu öldürən şəxs (VİDEO)

ARB TV-nin “Rezonans” proqramı bu dəfə onun evinə yanlış məqsədlər üçün gələn tanışını ödürərək ömürlük həbs cəzası alan Cansail Həsənovun həyatını işıqlandırıb. Cansail Həsənov – Məhkum (Cəzası – Ömürlük həbs): “1955-ci ildə Balaxanıda olmuşam. Cinayəti də evimdə törətmişəm. Gecə vaxtı yatdığım yerdə çağırdılar. Qonaq adı ilə tanıdığım adam gəlib. Sonradan […]

Qida zəhərlənməsi, yoxsa dəm qazı? – Agentlikdən açıqlama

Son günlər bir sıra kütləvi informasiya vasitələrində qida zəhərlənmələri ilə bağlı heç bir araşdırma aparmadan, aidiyyəti qurumlar tərəfindən aparılan laborartor müayinələrin nəticələrini gözləmədən yalnış məlumatların yayılması hallarına rast gəlinir ki, bu da son nəticədə insanlar arasında çaşqınlığın yaranmasına səbəb olur. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bizimyol.info-ya daxil olan məlumata görə, ötən həftə […]

Sumqayıtda “Alovlu Qafqaz” – FOTOLAR

Sumqayıt şəhər “Kimyaçılar” mədəniyyət sarayında “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib.  Festival Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Sumqayıt şəhər Təhsil şöbəsinin birgə dəstəyi, Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədlinin təşkilatçılğı ilə keçirilib.  Festivalda Azərbaycan və Gürcüstanı təmsil […]

Milli Qəhrəman Şikar Şikarovun doğum günündə ingiliscə “Vikipediya”da məqaləsi yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli Qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir. MEK-dən Turkustan.info-ya bildiriblər ki, “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov haqqında ingilis dilində məqalə yaradılıb. Məqalədə qeyd edilir ki, Şikar Şikarov […]

Ərinin “xəyanət”ə görə saçını keçəl etdiyi qadın danışdı: “Məni lüt soyundurdular, sonra…

İki gündür ölkə gündəmini zəbt edən hadisə ilə bağlı fikirlər səngimək bilmir. Söhbət əri tərəfindən saçı kəsilərək videoya çəkilən qadının görüntülərindən gedir. Hazırda Mingəçevir şəhərində yaşayan Günel Mehdiyeva (ad şərtidir) keçmiş həyat yoldaşının atdığı bu addımdan sonra Mingəçevir Şəhər Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etdiyini deyir. Onun sözlərinə görə, […]

Novruz Məmmədov aparat rəhbərini işdən çıxardı

Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyev vəzifəsindən azad edilib.    Turkustan.info-nun BakuPosta istinadən məlumatına görə, bu barədə baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb. Bu vəzifəyə hələlik təyinat olmayıb.  Qeyd edək ki, Hacıyev Ağa-bala Şamxal oğlu 1941-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1957-ci ildə Azərdəmiryolu Bakı parovoz deposunda fəhlə […]

Bayraq Meydanında neft ehtiyatı aşkarlanıb? – Açıqlama

Sosial şəbəkədə Dövlət Bayrağı Meydanının ərazisində neft ehtiyatı aşkar olunduğuna görə meydanın söküldüyü barədə məlumat yayılıb. Turkustan.info bildirir ki, bu iddia ilə bağlı bizimyol.info-ya açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib ki, meydanda yenidən dövlət bayrağı dalğalanacaq.   “Bayraq Meydanı sökülmür. Yaxın vaxtlarda bayraq dirəyi yerinə quraşdırılacaq”,-deyə G.Yelmarqızı bildirib.

Bakıda ən yüksək əməkhaqqını kimlər alır?

2018-ci ilin yanvar-sentyabr aylarında Bakıda əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqısının səviyyəsi 0,2 faiz artaraq 785,6 manat olub. Turkustan.info xəbər verir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və […]

Ukrayna-Rusiya sərhədi: Ordu toplanır

Ukrayna Rusiya ilə sərhəddə müdafiə tədbirlərini gücləndirir. Cebhe.info xəbər verir ki, bunu prezident Petro Poroşenko deyib. Onun sözlərinə görə, Rusiya Ukrayna sərhədi və Krımda hərbi kontingentini artırıb. Kiyev də öz tərəfindən hərbi rejimin verdiyi imkanlardan yararlanaraq dövlət sərhədinin qorunması üçün tədbirlər həyata keçirir. Prezidentin sözlərinə görə, hətta bölgələrdə də hərbi […]

Paşinyandan seçkiqabağı populist BƏYANAT

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ararat şəhərində seçkiqabağı mitinq zamanı hökumətin orduya xərcləri kəskin şəkildə artıracağı barədə populist açıqlama verib.  Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bunun üçün hökumətin yaxın 5 ildə əlavə 2,5 milyard dollar xərcləyəcəyini açıqlayıb. “Yaxın 5  ildə ordunun ehtiyacları üçün əlavə 2,5 […]

“Azərbaycanın İntellektual Birİncisinin” 2018-ci ildə keçirilən III mövsüm regional turnirləri Naxçıvanda başa çatdı – FOTO

“Azərbaycanın İntellektual Birİncisinin” 2018-ci ildə keçirilən III mövsüm regional turnirləri Naxçıvanda başa çatıb. “Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci […]

İsmayıl Zalov Avropada erməni kilsəsində erməni bayrağını yandırdı – VİDEO

Turkustan.info xəbər verir ki, Hüquq eksperti İsmayıl Zalov növbəti dəfə cəasrətli addımı ilə yadda qalıb. xəbər verir ki, 4 ay öncə Latviyada Ermənistan səfirliyinin qarşısında Ermənistan bayrağını yandıran İsmayıl Zalov bu dəfə daha da dərinə gedərək, Avropada kilsəyə girərək, erməni bayrağına od vurub. Maraqlıdır ki, ətrafda insanlar olsa da, cəmi bir […]

Xəyanətə görə başı qırxılan qızla bağlı – YENİ XƏBƏR

Həyat yoldaşına xəyanət etdiyi üçün başı keçəl edilərək videosu çəkilən qadının məsələsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Turkustan.onfo məlumatına görə, araşdırma yayılan video əsasında aparılır və toplanan materiallar prokurorluğa göndəriləcək.  Əldə etdiyimiz məlumata görə, hadisə Rusiyada baş verib və video üç ay əvvəl çəkilib. Ailə uzun müddətdir ki, orada yaşayır. İddia edilir […]

Xəyanətə uğrayan kişi nə etməlidir? – Psixoloq rəyi

Günümüzdə xəyanətə görə dağılan ailələrin sayı az deyil. Bəzən bir neçə dəqiqəlik şəhvətin sonu faciə ilə bitir. Qadının xəyanətinin bağışlanmaz olduğu cəmiyyətdə kişi müxtəlif yollara əl atır – gah cinayət törədir, gah da… Məsələn, xəyanətə görə son günlər istər mediada, istərsə də sosial şəbəkələrdə yayılan videonu misal çəkmək olar. Xəyanətə […]

Türkiyəyə böyük təhdid: Dərhal baza yaradaq!

Avropa Birliyi və ABŞ-ın tərəfli mövqeyi Türkiyənin və Kipr türklərinin haqq və mənfəətlərinin qəsb edilməsi təşəbbüslərinin davam etdirilməsinə səbəb olub. Türkiyə Kiprdə təcili şəkildə dəniz və aviabazalar qurmalıdır. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə keçirilən “Şərqi Aralıqdan Bəsrəyə qədər böhranlar və nizam” adlı simpoziumda çıxış edən Baxçaşəhər Kipr […]

Fədayə Laçın son söz dedi: Bu, yolun sonudur…

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, […]

Gürcüstanda müxalifət güc göstərə bilmədi – Vaşadze müxalifətin liderinə çevrilmək istəyir

Bazar günü  Tbilisidə Gürcüstan müxalifətinin prezident seçkilərinin ikinci turunda dəstəklədiyi Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin çağırışı ilə mitinq keçirilib. Mitinqdə prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığı bildirilib, növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunub. Sabiq prezident Mixail Saakaşvili də mitinqdə videokonfrans vasitəsi ilə çıxış edib.  Bəs mitinqi nə dərəcədə kütləvi və […]

“Türkiyə NATO-dan ayrılıb Avropa Ordusuna qatılacaq?” – Ərdoğan Argentinada bütün DETALLARI AÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinanın paytaxtı Buenos Ayresdə təşkil edilən G20 liderlər zirvəsində 50 dəqiqəlik mətbuat konfransı keçirib. Turkustan.info xəbər verir ki, Türkiyə lideri jurnalistlərin Münbiç və İdlibəki son hərbi vəziyyət, BRİCS, valyuta bazarlarındakı rahatlama, Fransadakı hadisələr və Rusiyadan alınacaq S-400 müdafiə sisteminə dair suallarını cavablandırıb. İdlibdə Rusiya ilə əməkdaşlıq […]

Putinlə vəliəhd razılaşdı – Neft 5 faizə qədər bahalaşdı

Dünya birjalarında neft Rusiya və Səudiyyə Ərəbistanı arasındakı razılaşmadan sonra 5 faizə qədər bahalaşıb. Qafqazinfo xəbər verir ki, İCE London birjasında Brent markalı neft 4,91 faiz bahalaşaraq barreli 62,4 dollara yüksəlib. WTI markalı neftin yanvar fyuçersi isə 5,38 faiz bahalaşaraq barreli 53,66 dollara çatıb. Qeyd edək ki, ötən şənbə Rusiya […]

Milyonlar necə mənimsənilib? – Eldar Mahmudov generala işarə vurub: “Təxminən 80-90 milyon…” İSTİNTAQA İFADƏ

Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş Sahib Ağayevin məhkəməsi davam etdirilir. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edir. Məhkəmənin baxış iclası keçirilərkən hakimlər heyəti belə bir qərar qəbul etdi ki, proseslər bundan sonra […]

“Məni at kimi…” – Elzadan ŞOK İSTƏK – Video

Müğənni Elza Seyidcahan yenə maraqlı açıqlamaları ilə diqqət çəkməyi bacarıb. Turkustan.info xəbər verir ki, “ATV Maqazin” proqramında iştirak edən müğənni aparıcının suallarına maraqlı cavablar verib. “At muraddır” deyən müğənni “öləndə məni it kimi yox, at kimi basdırın” deməklə, yenə gündəmə damğasını vurub. Müğənni Kərim barədə suala isə o, “Kələm kimdir?” deməklə kifayətlənib.

Zabit Səmədov rusiyalı rəqibini nokauta saldı – VİDEO

Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirib. Turkustan.info oxu.az-a istinadən xəbər verir ki, “Axmat” Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər – “Mauqli” ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib. Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu […]

Bakıda satılan yumurta ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Sentyabr ayının sonlarından başlayaraq, ölkədə, xüsusilə paytaxt Bakıda yumurta qıtlığı yarandı. Ekspertlər buna əsas səbəb kimi quşların yaydığı xəstəliklərdən ölkədə mütəmadi olaraq, orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların tələf olması və bu təsərrüfatların zərərlə işləməsini göstərsələr də, rəsmilər belə halların olmasını təkzib edir. Yerlərdən aldığımız məlumatlara görə, Siyəzən və […]

ABŞ səmasında UNO göründü – VİDEO

ABŞ sakini Şimali Karolina səmasında uçan naməlum obyekti (UNO) lentə alıb.  Turkustan.info “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, videonun müəllifi görüntüləri noyabrın 20-də balıq tutan zaman lentə aldığını bildirib.  Axşam saatlarında kişi səmada qeyri-adi parıldayan obyekt görüb. O, UNO-nun bir neçə dəfə gözdən itdiyini və yenidən peyda olduğunu deyib.  “O, […]

Erməni ordusunun hərbçisi öldürülüb

Qoşunların təmas xəttində erməni hərbçisi öldürülüb. Turkustan.info-nun Ermənistan mətbuatına istinadən məlumatına görə, işğalçı erməni ordusunda xidmət edən 1987-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçusu Qor Avqanoviç Sarkisyan ölümcül güllə yarası alıb. Qeyd edilir ki, Qora Sarkisyan 2016-cı ildən Ermənistan Silahlı Qüvvələrində xidmət edib. Hadisənin detallarını aydınlaşdırmaq üçün araşdırma aparılır. /oxu.az/