Be. İyl 22nd, 2019

Paşinyandan seçkiqabağı populist BƏYANAT

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ararat şəhərində seçkiqabağı mitinq zamanı hökumətin orduya xərcləri kəskin şəkildə artıracağı barədə populist açıqlama verib. 

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bunun üçün hökumətin yaxın 5 ildə əlavə 2,5 milyard dollar xərcləyəcəyini açıqlayıb.

“Yaxın 5  ildə ordunun ehtiyacları üçün əlavə 2,5 milyard dollar pul xərcləyəcəyik. Həmin pulu korrupsioner məmurlar bizə ödəyəcək”.

Paşinyan korrupsionerlərin bunu könüllü edəcəyi halda, onlara güzəştlər olunacağını da vurğulayıb.  /Modern.az/