Elza Seyidcahan deputat olmaq istəyir – VİDEO

Müğənni Elza Seyidcahan öz istəyini dilə gətirib. O, deputat olmaq istədiyini bəyan edib.

Turkustan.info-nun xəbərinə görə, Elza Seyidcahan “ATV Maqazin 10-larla” verilişində Xalq artisti adını almaq istədiyini, oğul nəvəsinə sahib olmaq və deputat seçilmək arzusunda olduğunu söyləyib.

Qeyd edək ki, Elza Seyidcahan Azərbaycanın Əməkdar artisti fəxri adını daşıyır.

Xatırladaq ki, Elza Seyidcahan artıq bir dəfə deputatlığa namizədliyini irəli sürsə də, seçilməyib. Deputat olmaq istəyini dilə gətirməklə, mərhum müğənni İlhamə Quliyeva ilə qalmaqal da yaşamışdı. 

İlk dəfə arzusuna çata bilməyən müğənni hələ də bu arzusundan əl çəkə bilmədiyini etiraf etmiş olub. Qeyd edək ki, bir müddət öncə Xalq artisti Faiq Ağayev də millət vəkili seçilmək istədiyini qeyd etmişdi.

/oxu.az/