İsgəndər Həmidov xəstəxanaya yerləşdirildi – FOTOLAR

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində problem yaranıb. 

 Bu barədə jurnalist Əvəz Zeynallı sosial şəbəkədə məlumat verib. 

İ. Həmidov Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdirilib. Sabiq daxili işlər nazirinin ürəyində problemlər var.
Məlumata görə, İ.Həmidov “anju” olunacaq və həkimlər müalicənin istiqaməti haqda qərarı bundan sonra verəcəklər.

Modern.az