Gün: Dekabr 5, 2018

Saçı qırxılan gəli̇ni̇n anası danışdı – Polis hərəkətə keçdi – Video

Bir neçə gündür müzakirələrə səbəb olan, əri tərəfindən zorakılığa məruz qalan qadının anası “XəzərXəbər”ə danışıb. O bildirib ki, qızını əri evindən Mingəçevirə gətirəndən sonra bu məsələdən xəbəri olub. Qızı ilə bağlı videoları isə sosial şəbəkələrdə görüb. Bəs görəsən, gənc qadının başına gələn bu hadisənin səbəbi həqiqətənmi xəyanətdir? Sosial şəbəkələrdə paylaşılan […]

“O dəftər mənim üçün qapandı” – Muharrem İncə sükutu pozdu

“Yalovovadan deyil, başqa yerdən namizəd olacağam”. Turkustan.info xəbər verir ki, Türkiyədə son prezident seçkisində indiki prezident Rəcəb Tayyib Ərdoğana ciddi rəqib olmuş Muharrem İncə qarşıdakı parlament seçkisi ilə bağlı fikirlərini bölüşüb. Yolavadan artıq 16 ildir millət vəkili olduğunu bildirib: “Artıq o dəftər mənim üçün qapandı. Bu dəfə namizədliyim başqe yerdə […]

Bakıda müəllimlə şagird arasında dava – Video

Bakıda peşə liseylərinin birində müəllimlə şagird mübahisə edib. Həmin anların görüntüsü dərsdə olan digər şagirdlərin biri tərəfindən çəkilib. Kadrlar 12 nömrəli Bakı Peşə Liseyndə çəkilib. Hadisə peşə liseyndə 307 nömrəli qrupda təhsil alan şagird Elvin Xəlilov ilə liseyn istehsalat-təlim ustası Oktay Allahverdiyev arasında yaşanıb. Səbəb sinifdə uşaqların səs salması olub. […]

Sürücülər agentlik əməkdaşlarına küt alətlərlə hücum etdilər – Bakıda

Bakı Nəqliyyat Agentliyinin daynma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücum edilib. Turkustan.info BNA-ya istinadən xəbər verir ki, Hadisə bu gün axşam saatlarında, “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində baş verib. Belə ki, Dövlət Qeydiyyat Nişanı 10 […]

Dünya üçün ən böyük təhlükə olan asteroid – VİDEO

NASA dünya üçün ən böyük təhlükə olan Bennu adlı asteroidin videosunu paylaşıb. Turkustan.info xəbər verir ki, Bennu asteroidi öz oxu ətrafında dövr edir. Bu asteroiddən torpaq nümunələri götürmək üçün hazırlanan “OSİRİS-Rex” kosmik stansiyası sayəsində Bennunu lentə almaq mümkün olub. NASA son iki ildə 2 milyard mildən çox məsafə qət edən […]

Genişzolaqlı mobil internetin gələcəyi: 5G və sonrası – FOTO

“Azercell” şirkətinin prezidenti “Bakutel” sərgisi çərçivəsində NRYT Nazirliyinin təşkil etdiyi Xəzər İnnovasiya Konfransında iştirak edib.  Ölkəmizdə “Bakutel-2018” 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilib. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Dayanıqlı İnkişaf naminə Rəqəmsal […]

Paşinyanın gizli səs yazısı yayıldı – Ermənistanda yeni QALMAQAL

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan, həmçinin, Vanetsyanla Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan arasında baş tutan telefon danışığı yayılıb. Turkustan.info  xəbər verir ki, Youtube-də yayılan səs yazısı ilə bağlı Paşinyanın yaxın saatlarda geniş açıqlama verəcəyi gözlənilir. Telefon danışığı zamanı Vanetsyan Kollektiv […]

ABŞ komandanı: Rusiyanı necə məğlub edəcəyimizi bilirəm

NATO Krım və Kalininqradda Rusiyanın məğlub olmasının önünü açacaq “açar”ı tapıb. Turkustan.info xəbər verir ki, bu barədə ABŞ donanmasının komandanı, vitse-admiral Endryu Luis danışıb. O, Rusiyanı məğlub etməyin yolunu tapdıqlarını deyib: “Ruslar xarici əsgərlərin strateji əhəmiyyət kəsb edən bölgələrə daxil olmalarını məhdudlaşdırmaq üçün davamlı olaraq sistemini genişləndirib. Krım və Kalininqradda havadan […]

Paşinyanın katibinin bəyanatı narahatlıq doğurur – Zaxarova

Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyanın bəyanatı həm forma, həm də məzmun baxımından narahatlıq doğurur. Turkustan.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. Zaxarova vurğulayıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrın 6-da Sankt-Peterburqda keçirilməli olan sammitin təxirə salınmasını təklif etməyib.  /Axar.az/

Keçmiş polis rəisinə yüksək vəzifə verildi

Tərtər rayon Polis şöbəsinin keçmiş rəisi Rauf Məcidov yeni vəzifəyə təyinat alıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, o, Daxil İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi təyin olunub. Qeyd edək ki, R.Məcidov bir müddət əvvəl Tərtər rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib. Bu vəzifəyə Ağdam rayon Polis […]

Ömrünüzü uzadacaq 5 dəqiqəlik sirlər – Fizioloq alimdən 10 məsləhət

Hər gün də olmasa, 2 gündən bir hər dəfə 3-5 dəqiqə bu prosedurlara əməl etsəniz, ömrünüz kifayət qədər uzun, sağlam olacaq. Bütün bu qaydaları amerikalı fizioloq alim müxtəlif qədim sivilziasiya və mənbələrdən toplayıb, ən yaxşılarını qeydə alıb və özü də sınayıb. Turkustan.info Medicina.az-a istinadən həmin sirləri təqdim edir.  1. Pilləkənlə […]

Trampdan neftlə bağlı vacib bəyanat

ABŞ prezidenti Donald Tramp OPEC ölkələrinin neft tədarükünü indiki səviyyədə saxlayacağına ümidvar olduğunu bəyan edib. Turkustan.info xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. “Dünya neftin yüksək qiymətlərini istəmir, ona bu lazım da deyil. İnanıram ki, OPEC əlavə olaraq neft hasilatını məhdudlaşdırmayacaq”, – deyə Tramp vurğulayıb.  /oxu.az/

İsgəndər Həmidov xəstəxanadan çıxdı – Siqareti həmişəlik atdı – FOTO

Sabiq daxili işlər naziri İsgəndər Həmidov xəsətəxanadan evə buraxılıb. Turkustan.info xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı sosial şəbəkədə məlumat yayıb  İ. Həmidov Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdirilmişdi. Sabiq daxili işlər nazirinin ürəyində problemlər vardı: “İsgəndər Həmidov xəstəxanadan çıxdı. Səhhəti yaxşıdır. Əsas olan odur ki, İsgəndər bəy artıq bütün […]

İlham Əliyev 5 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şair Alxasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şair Balaşərif oğlu Alxasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. *** Azərbaycan Respublikası Prezidenti Fərhad Abdullayevin “Şöhrət” […]

Şirvan Muğam Məktəbinin son mogikanlarından Ağakərim Nafiz şəxsiyyəti

Ağakərim Nafiz şəxsiyyəti Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tanınmış azərbaycanlılar haqqında məqalələr yaratmağa davam edirlər. Bu günlərdə 70 illiyini qeyd edən Şirvan Muğam Məktəbinin görkəmli nümayəndələrindən olan Ağakərim Nafis haqqında məqalə yaradılıb. Məqalədə görkəmli xanəndəmizin həyat və fəaliyyəti haqqında məlumatlar öz əksini […]

İranda deputatlar kütləvi şəkildə istefa verdi

İran Parlamentinin İsfahan vilayətindən olan deputatları kütləvi şəkildə istefa veriblər.  Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, onların bu addımına səbəb İsfahan vilayətinin su təchizatı ilə bağlı layihələrin gələn ilin büdcəsindən çıxarılması olub. İstefa məktubu bu gün Parlamentin Rəyasət Heyətinə təqdim olunub.  /BakuPost/

Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı Rayon Nümayəndəliyində Telman Cəfərovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı Rayon Nümayəndəliyinin təşkilatçılığı ilə uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərən Telman Cəfərovun 70 illik yubileyi münasibəti ilə “Sənəti Yaşadanlar” adlı tədbir keçirilib. Tədbirə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Sumqayıt Regional Mədəniyyət idarəsinin rəis müavini İlham Əhmədov,  yubilyarın […]

Yenə devalvasiya olacaq? – Nazirin çıxışına iki fərqli baxış

Maliyyə naziri Samir Şərifov manatın məzənnəsinin kəskin möhkəmlənməsinin daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib. Nazir manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, xaricdən idxalın artmasına, bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilməsinə səbəb olur: “Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. […]

Şuşa rayon mərkəzi kitabxanasında Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabeliyində olan Şuşa rayon mərkəzi kitabxanasında Mikayıl Müşfiqə həsr olunmuş “Yenə o bağ olaydı” adlı ədəbi- bədii gecə keçirilib. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.   Sonra şairə Mətanət Ulu Şirvanlı Müşfiq poeziyasının zənginliyindən söhbət açıb, kitabxananın fəal oxucuları: Könül Məmmədova, Ayişə Məmmədova, […]

Hava XƏBƏRDARLIĞI: yağış, qar, külək

Azərbaycanda hava dekabrın 7-dən kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 7-dən dekabrın birinci ongünlüyünün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.   /modern.az/

Ərəblər Bakının mərkəzində şou göstərdilər – VİDEO

Bakının mərkəzində şəhər sakinləri maraqlı görüntü ilə qarşılaşıblar. Belə ki, “Nizami” küçəsində ərəblər küçədə şou-proqram təşkil ediblər. Turkustan.info-nun məlumatına görə, qılıncla, milli geyimdə rəqs edən ərəblərin bu rəqsi hansı bayram münasibətilə etdiyi məlum olmasa da, yaxınlıqdan keçən hər kəs bu görüntüləri böyük maraqla izləyib. /oxu.az/

Ermənistan Elnur Hüseynzadəni azad edə bilər

Ermənistan hakimiyyəti əsir düşən azərbaycanlı Elnur Hüseynzadəni vaxtından əvvəl azad etmək imkanını nəzərdən keçirir. Turkustan.info Rusarminfo-ya istinadən bildirir ki, E.Hüseynzadənin azad olunması hərbi əsirlərin dəyişdirilməsi zamanı baş tuta bilər. Bununla belə, Ermənistan rəhbərliyi bəyan edib ki, 2014-cü ilin iyulunda qohumlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcərə gedərkən erməni əsgərləri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz […]

Rusiyadan Azərbaycana gətirilən kolbasa-sosislər “poroşok”dan hazırlanır – ŞOK İDDİA

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kolbasa məhsullarının insan orqanizminə ən azı siqaret qədər zərər vurması və onkoloji xəstəliklər yaratması barədə dəfələrlə ciddi xəbərdarlıq edib. Belə ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb, həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını […]

Rusiya Azərbaycana raket kompleksi satmaqdan niyə imtina etdi?

“Rusiya Azərbaycanın hərbi dəniz qüvvələri üçün nəzərdə tutulan “Bal-E” raket kompleksini satmaqdan itmina edib. Bu raket kompleksi müasirdir, 2008-ci ildə yaradılıb, 2014-cü ildə modifikasiya olunub və xarici ölkələrə satış üçün beynəlxalq hərbi sərgilərə çıxarılıb. Görünür, elə həmin sərgilərin birində Azərbaycan Müdafiə Nazirliyinin diqqətini cəlb edib”. Turkustan.info BakuPost-a istinadən xəbər verir […]

Haşmet Akalın yaradıcılığına bir baxış

Sənubər Hacıyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Sənətşünaslıq fakültəsinin magistri  Türkiyənin cənub-qərbində yerləşən İspartanın kiçik bir əyaləti Baladızda baş verən kəndli-ağa qarşıdurmasının leytmotiv kimi seçildiyi bu tablonun müəllifi Haş­met Akal 1918-ci ildə İstanbulda anadan olmuşdur. O, şair Rasim Haşmet bə­yin oğ­lu­dur. Rəssam İstanbulda yerləşən Galatasaray və Haydarpaşa məktəblərində təh­sil al­mışdır. H.Akal 1938-ci […]

Baxçalı Yıldırımın yerinə gətirilir? – İttifaq hədiyyəsi

AKP-nin MHP-yə ittifaq jesti Dövlət Baxçalının TBMM sədrliyi ola bilər. Turkustan.info xəbər verir ki, bu sözləri türkiyəli ekspert Məhməd Əli Kulat deyib. “Bir ehtimal hazırda qüvvətli şəkildə müzakirə olunur. Dövlət Baxçalının TBMM sədri olmaq ehtimalı böyükdür. Dövlət Baxçalı belə bir tələblə çıxış etməsə də, Ərdoğan bir jest kimi bunu edə bilər”, […]

İsveç futbolunda SƏS-KÜY SALAN AZƏRBAYCANLI – FOTO

Bu gün xarici ölkələrdə uğur qazanan soydaşlarımızın fəaliyyəti digər soydaşlarımızın fəaliyyətinə böyük stimul verir. Gələcəkdə onların qazandıqları nüfuz güclü lobbimizin yaranmasına təsir göstərəcək. Artıq xaricdə yaşayıb uğur qazanan soydaşlarımızın sayı getdikcə artır. Bu gün istər idman, istər, mədəniyyət, istərsə də, başqa sahələrdə uğur qazanmış soydaşlarımız çoxluq təşkil edirlər. Belə uğur […]

Lavrov Azərbaycana gəlir

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə aşıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib. O, səfərin dekabrın ortalarında baş tutacağını bildirib. Səfərdə məqsəd dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməkdir.  […]

Savaş bu tarixdə BİTƏCƏK: Qarabağ üzərindən öldürücü zərbələr və TAMAMLANAN İLK MİSSİYA

9 dekabr tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkiyə bir neçə gün qalıb və siyasi partiyalar əllərində olan bütün imkanlardan yararlanaraq sərfəli nəticə əldə etməyə, ən azından parlamendə düşməyə çalışırlar. Bunun üçün isə bir-birilərinə qarşı ən sərt ittihamlar səsləndirməkdən çəkinmirlər. Burada əsas diqqət çəkən məqam isə hazırda Ermənistanın baş naziri […]

“Məmurun dövlət dilini bilməməsi onun qəbahətidir” – Əli Həsənov

Azərbaycanın dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan, dövlət idarəçiliyində iştirak edən məmurlarla yanaşı, akademik strukturlarda təmsil olunan akademiklərin, alimlərin, institutların elmi işçilərin üzərinə düşür. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr […]

Qayınana saçı qırxılan gəlininin xəyanət görüntülərini yaydı – VİDEO

ATV-də yayımlanan “BizimləSən” verilişində əri tərəfindən saçları qırxılan gənc qadının videosu müzakirə olunub. Turkustan.info-nun məlumatına görə, baş verənlərə aydınlıq gətirmək üçün qadının qayınanası Afət xanım Rusiya Federasiyasından telefon bağlantısı ilə efirə qatılıb. Qayınana gəlininin onun oğluna evli olduqları müddətdə xəyanət etdiyini deyib: “Gəlin qohumumdur. 3 ay bundan əvvəl, sentyabrın 13-də […]

Ermənilər Dilqəmlə Şahbazı verməkdən yenə boyun qaçırdılar, amma…

Dağlıq Qarabağdakı separatçı qurum “rəsmiləri” girovluqda saxladıqları 3 Azərbaycan vətəndaşından yalnız birini azad etməyə hazır olduqlarını bildiriblər. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin “xarici işlər nazirliyi”ndən verilən açıqlamada Dilqəm Əsgərov və Şahbaz Quliyevin heç  bir halda azad olunmayacağı vurğulanıb. “Humanitar jest olaraq Qarabağ ərazisində ağır və xüsusi ağır […]

Zabit Səmədov məşhur “QANUNİ OĞRU” ilə – FOTO

Azərbaycanlı kikboksçu Zabit Səmədovun kriminal aləmin üzvləri ilə fotosu yayılıb. Turkustan.info xəbər verir ki, sözügedən fotoda “Mauqli” ləqəbli idmançımızla kriminal aləmdə “Saşa Kuşner” ləqəbi ilə tanınan “qanuni oğru” Aleksandr Kuşnerov yanaşı dayanıb. Fotonun Azərbaycan hüdudlarından kənarda çəkildiyi dəqiq olsa da, məkan bəlli deyil. Qeyd edək ki, “Saşa Kuşner” “Lotu Quli” ləqəbi […]

Maliyyə naziri “neftin qiymətinin pis ssenarisi”ndən danışdı

Azərbaycanın 2019-cu il büdcəsi neftin qiymətinin ucuzlaşmasından sığortalanıb. Turkustan.info-nun məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib. Nazir bildirib ki, büdcədə neftin qiyməti 60 ABŞ dolları olduğu təqdirdə, büdcə xərcləri, həmçinin ARDNF-nin bəzi xərcləri icra edildikdən sonra Fondun cari ildə aktivləri 2,5 mlrd. dollar artacaq. “2019-cu ilin dövlət […]

Azərbaycanlı milyonçu sevgilisini küçənin ortasında vəhşicəsinə döydü

Milyonçu Ziyafət Kərimovun qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Mariya Syaçinanı döyməsinin görüntüləri yayılıb. Turkustan.info xəbər verir ki, görüntülər “Rossiya 1” telekanalında, Andrey Malaxovun aparıcısı olduğu “Pryamoy efir”də nümayiş etdirilib. Hadisə ötən ilin fevralında baş versə də, görüntülər bir neçə gün əvvəl ortaya çıxıb. Ailəli olmasına baxmayaraq, Mariya ilə qeyri-rəsmi nikahda […]

Rusiya İranın müdafiəsinə qalxdı: DOST KÖMƏYİ?

Rusiya dünya ictimaiyyətini İranla dialoqa dəvət edib. Turkustan.info xəbər verir ki, ölkəsinin bu çağırışını Fyodr Strijijovski 4 dekabrda BMT Təhlükəsizlik Şurasının qapalı toplantısında səsləndirib. Rusiyanın BMT-dəki rəsmi nümayəndəsi bildirib ki, İranın BMT qətnaməsini pozmasına dair sübutlar yoxdur. Buna görə də Böyük Britaniya və Fransa heç bir dəlil təqdim etməyib: “Bizdə […]

Onu Sumqayıtda tanımayan yoxdur…

Onu Sumqayıtda tanımayan adam yoxdur – şəhərin nüfuzlu sakinlərindəndir… Daxil olduğu məclisdə hamı Ona ehtiram göstərir – ağsaqqaldır, ictimai çəkisi var… Məntiqli danışır – söhbət edəndə hamının diqqəti Onda olur… Xeyir-şər adamıdır – heç vaxt xeyir-şərdən qalmaz… Dostcanlıdır – nə vaxt yanına getdinsə, ətrafında dostlarını görəcəksən… Xeyirxahdır – çox adama […]

Ruslar Əliyevə, yoxsa erməni liderə daha çox inanır? – Sorğu

Rusiyada əhalinin hansı MDB ölkələrinin uğurlarını yüksək qiymətləndirməsi, hansı ölkə ilə Moskvanın müttəfiq olmasını istəmələri, rusdilli əhalinin hüquqlarının harada daha çox qorunması, bu ölkələrinin liderlərinə qarşı etimad səviyyəsi ilə bağlı sorğu keçirilib. Turkustan.info xəbər verir ki, sözügedən sorğu Ümumrusiya İctimai Fikrin Qiymətləndirilməsi Mərkəzi tərəfindən aparılıb. Belarus və Qazaxıstan ənənəvi olaraq MDB […]

Rüstəm Behrudi xüsusi mükafat aldı – Foto

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında şair Rüstəm Behrudiyə Mahmud Kaşqari mükafatının təqdim edilməsi mərasimi keçirilib. Turkustan.info xəbər verir ki, mərasimdə şair və yazıçılar, akademiklər, ziyalılar iştirak edib. Rüstəm Behrudiyə “Mahmud Kaşqari-1000” medalını AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təqdim edib. Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan şairi […]

Natiq Məmmədov Aparat rəhbəri təyin olunacaq?

Bu ilin aprelindən baş nazir təyin edilən Novruz Məmmədov Nazirlər Kabinetində kadr islahatlarını davam etdirir. İki gün əvvəl Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyev vəzifəsindən azad edilib. Turkustan.info Musavat-a istinadən xəbər verir ki, baş nazirin ötən ay etdiyi təyinatı diqqət çəkib. Belə ki, Nazirlər Kabinetinin işdən çıxarılan Aparat rəhbəri Ağa-Bala […]

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi böyük heyətlə, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə Gürcüstanda səfərdə olub. Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən tədbirdə iştirak etmək məqsədilə baş tutan səfər Azərbaycan Respublikası […]

Uşaq bağçalarına qəbulla bağlı YENİLİK

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirə keçirilib. BŞİH-dən BakuPost-a verilən məlumata görə, müşavirəyə sədrlik edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev son illər ərzində Prezident İlham […]

Qadınlar və kişilər niyə xəyanət edir? – RƏY

Xəyanət bütün zamanların aktual problemidir. İstənilən yaş dövründə, bəzən səbəbi anlaşılmaz olan xəyanət faktlarına rast gəlinir. Görəsən, həqiqətən, xəyanətin səbəbləri nələrdir? Turkustan.info bildirir ki, psixoloq Gülnar Orucova Oxu.Az-a müsahibəsində xəyanət faktlarını aydınlaşdırıb: “Azərbaycanda “Kişilər xəyanət edə bilər, qadınlar yox” deyə fikir formalaşıb. Amma nəzərə alaq ki, bu, heç yerdə yazılmayıb. Hər ikisi […]

Nuriyyə Hüseynova Parisdə YUNESKO səhnəsində – FOTOLAR

TÜRKSOY – Türk Mədəniyyəti Təşkilatının yaradılmasının 25 illiyi Fransanın paytaxtı Parisdə qeyd olunub. Turkustan.info xəbər verir ki, beynəlxlaq mədəniyyət təşkilatı YUNESKO-da keçirilən təntənəli yubiley mərasimində Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Nuriyyə Hüseynova çıxış edib. YUNESKO səhnəsində yer alan Nuriyyə xanım Azərbaycan klassik və milli musiqisinin nümunələrini iştirakçılara təqdim edib. Azərbaycanlı sənətçinin […]