SON XƏBƏR

Dünya üçün ən böyük təhlükə olan asteroid – VİDEO

NASA dünya üçün ən böyük təhlükə olan Bennu adlı asteroidin videosunu paylaşıb.

Turkustan.info xəbər verir ki, Bennu asteroidi öz oxu ətrafında dövr edir. Bu asteroiddən torpaq nümunələri götürmək üçün hazırlanan “OSİRİS-Rex” kosmik stansiyası sayəsində Bennunu lentə almaq mümkün olub.

NASA son iki ildə 2 milyard mildən çox məsafə qət edən komsik stansiyanın 1 il asteroidi incələyəcəyini, sonra isə torpaq nümunələri götürəcəyini açıqlayıb. “OSİRİS-REx” kosmik stansiyası 2023-cü ilin sentyabr ayında planetimizə qayıdacaq.

500 metr diametri olan səma cismi Massacusetts texnologiya universitetinin alimləri tərəfindən kəşf edilib. 2182-ci ildə Yerə yaxınlaşacaq olan Bennu hazırda planetimiz üçün ən böyük təhlükə kəsb edən səma cismidir.

paylaş