Ermənilər Dilqəmlə Şahbazı verməkdən yenə boyun qaçırdılar, amma…

Dağlıq Qarabağdakı separatçı qurum “rəsmiləri” girovluqda saxladıqları 3 Azərbaycan vətəndaşından yalnız birini azad etməyə hazır olduqlarını bildiriblər.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin “xarici işlər nazirliyi”ndən verilən açıqlamada Dilqəm Əsgərov və Şahbaz Quliyevin heç  bir halda azad olunmayacağı vurğulanıb.

“Humanitar jest olaraq Qarabağ ərazisində ağır və xüsusi ağır cinayətlər törətməmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin vaxtından əvvəl azadlığa buraxılmasına baxa bilərik”- deyə açıqlamada bildirilib. Qarşı tərəf bunun qarşılığında Azərbaycan əsirliyində olan 3 Ermənistan vətəndaşından 2-nin azad olunmasını da şərt qoyur.  /Modern.az/