Nuriyyə Hüseynova Parisdə YUNESKO səhnəsində – FOTOLAR

TÜRKSOY – Türk Mədəniyyəti Təşkilatının yaradılmasının 25 illiyi Fransanın paytaxtı Parisdə qeyd olunub.

Turkustan.info xəbər verir ki, beynəlxlaq mədəniyyət təşkilatı YUNESKO-da keçirilən təntənəli yubiley mərasimində Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Nuriyyə Hüseynova çıxış edib.

YUNESKO səhnəsində yer alan Nuriyyə xanım Azərbaycan klassik və milli musiqisinin nümunələrini iştirakçılara təqdim edib. Azərbaycanlı sənətçinin çıxışı rəğbət və alqışlarla qarşılanıb.