Ömrünüzü uzadacaq 5 dəqiqəlik sirlər – Fizioloq alimdən 10 məsləhət

Hər gün də olmasa, 2 gündən bir hər dəfə 3-5 dəqiqə bu prosedurlara əməl etsəniz, ömrünüz kifayət qədər uzun, sağlam olacaq. Bütün bu qaydaları amerikalı fizioloq alim müxtəlif qədim sivilziasiya və mənbələrdən toplayıb, ən yaxşılarını qeydə alıb və özü də sınayıb.
Turkustan.info Medicina.az-a istinadən həmin sirləri təqdim edir. 
1. Pilləkənlə qalxmaq yox, enmək faydalıdır. 
Çox həkimlər insanlara pilləkənləri piyada qalxmağı məsləhət görür ki, bu ürək qan damar üçün yaxşıdır. Amma əziyyətli iş olduğundan çox insanlar bu qaydaya əməl etmir, üstəlik pilləkən çıxmaq ürək üçün artıq yükdür. Az adam bilir ki, pilləkənlərlə üzü aşağı düşmək ürək və əzələlər, bədən fiqurası üçün daha yaxşıdır. Pilləkənlə düşərkən demək olar ki, heç işləməyən tənbəl əzələlər və bağlar da işləyir. Xüsusən bel, çanaq, diz dibi oynaqlar, əzələlər yaxşı məşq edir. 
2. Karandaşı dişlərinizdə sıxıb, hərflər yazın
İnsan boynu texnologiyalar əsirində onun düşməninə çevrilib. Kompüter, televizor, telefon qarşısında əyilib bütün əzələ, bağları, damarları gərilən, quruyan və tənbəlləşən boyun insanın əsas həyat orqanı olan beynini məhv etməyə başlayır. Hər gün 5 dəqiqə bu hərəkətə vaxt ayırın: dişlərinizdə karandaşı sıxıb, havadaca qarşınızda əlifbanın bütün hərflərini vizual yazın. Çətin ola bilər, amma bundan sonra boyun da, beyin də sizə minnətdar olacaq
3. Dilinizin altına bir çimdik dəniz duzu qoyun
Hər səhər və axşam yatanda dilinizin altına bir iki ədəd iri dənəli dəniz duzu qoyun. Duz əriyib limfalarla sovrulacaq. Əgər angina, karies, qrip varsa, bir stəkan suda bu duzdan həll edib, qarqara edin. İnduslar isə burunlarını da dəniz duzlu su ilə yuyurdular.
4. Əl-ayaqların üzərində dayan, belini maksimum əy
Pişiklər arxa və ön pəncələrini yerə qoyub, qarnını,belini əyib, qaldırıb xüsusi hərəkətlər edirlər. Sən də eynilə o hərəkəti təkrarla. 2 dəqiqə bu vəziyyətdə qal. Əvəzində ömrünün sonuna kimi sağlam belin olacaq.
5. Nəfəs almağı saxla
Dərindən, çox hava almaqla nəfəs əslində yaxşıdır. Amma 92 il yaşamış kardioloq Amosov deyib ki, əksinə, nəfəs almağı saxla. Bütün hüceyrələr kəskin yüklənməyə və havasızlığa ehtiyac duyur. Bunun üçün onlara oksigen axınını 2-3 dəqiqəlik də olsa kəsməlisən. Dərindən nəfəs al və saxla. Ən azı 1-2 dəqiqə nəfəs almadan dayan. Getdikcə dəqiqə sayını artır. Hüceyrələrin bu texnikadan sonra yenilənəcək, daha aktiv çalışacaq. Bu tənəffüs məşqi üzrə dünya rekordu 18 dəqiqə olub. 
6. Yatmazdan əvvəl ayaqlarına soyuq su tök
Yatmazdan 15 dəqiqə əvvəl dizlərinə kimi ayaqlarına soyuq su töksən və ya soyuq duş altında saxlasan venaların sağlam olacaq, tez yuxuya gedəcəksən, sağlam olacaqsan.
7. Gözlərini yum
Ən ideal istirahət gözləri yummaqdır. Əgər gün ərzində müxtəlif vaxtlarda gözlərini 3-5 dəqiqəlik yumub, heç nə görməsən, həm gözlərin, həm beynin çox sag ol deyəcək. Gözlərini yumub, əlini alnına gözünün üstünə qoy, amma göz qapaqlarına toxunma. Çalış gözunu yumduqda gözlərin qaranlıqdan başqa bir şey görməsin
8. Qulaqlarını masaj et, cimdiklə
Şərq tibbinə görə, qulaqlarda 11 Ay nöqtəsi, kanallar yerləşir. Bu nöqtələr daxili orqanlarla bağlıdır. Qulağın ucunda çox sayda sinir ucları da var. Bu hissə çox həssasdır və beyinə aktiv siqnallar ötürür. Bu hissəni aktiv masaj etməklə, sıxmaqla çox böyük faydalar əldə edəcəksən.
9. Qara kömür qəbul et
Əgər orqanizmi, bağırsaqlarını gündəlik doldurduğun zibildən, toksinlərdən təmizləmək istəyirsənsə, ən qısa ucuz yol həftədə 1-2 dəfə aktivləşdirilmiş kömür tabletləri qəbul etməkdir. Ağır metalları, zəhərləri, dərman qalıqlarını, bağırsaq toksinlərini, nikotin, alkoqol zəhərlərini təmizləyir. 
10. Suyun hərarətini artır
Duş qəbul edərkən suyun təzyiqini maksimuma artır və getdikcə hərarəti də qaldır. Kişi kimi istiliyə alış və döz. Duşu üzünə 10 sam aralıdan tut. 2 dəqiqədən sonra elə ki, gördün gözlərin istidən az qala yana, duşu kəs. Bu proseduru edə bilsən, gec qocalaqsan,qırışlar olmayacaq, üz əzələlərin rahatlanacaq, qan dövranı yaxşılaşacaq.