Rusiya İranın müdafiəsinə qalxdı: DOST KÖMƏYİ?

Rusiya dünya ictimaiyyətini İranla dialoqa dəvət edib.

Turkustan.info xəbər verir ki, ölkəsinin bu çağırışını Fyodr Strijijovski 4 dekabrda BMT Təhlükəsizlik Şurasının qapalı toplantısında səsləndirib.

Rusiyanın BMT-dəki rəsmi nümayəndəsi bildirib ki, İranın BMT qətnaməsini pozmasına dair sübutlar yoxdur. Buna görə də Böyük Britaniya və Fransa heç bir dəlil təqdim etməyib:

“Bizdə də İranın 1 dekabrda sınaq keçirməsiylə bağlı hər hansı məlumat yoxdur”.

İran toplantıda iştirak etməyib. Öz mövqeyini Tehran ballistik raketlərlə bağlı fəaliyyətinin BMT TŞ-nın 2231 saylı qətnaməsinə uyğun qurmasıyla izah edib. Bildirib ki, sözügedən qətnaməni İran yox, ABŞ tərəfi pozur.

Xatırladaq ki, İranın sözügedən qətnamənin tələblərini pozmasına dair fikri ABŞ dövlət katibi Mayk Pompeo səsləndirib. O bildirib ki, Tehran ortamənzilli ballisitk raketləri sınaqdan keçirib. Bu raketlər döyüş başlığı daşımaq iqtidarındadır.    /cebhe.info/