Rüstəm Behrudi xüsusi mükafat aldı – Foto

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında şair Rüstəm Behrudiyə Mahmud Kaşqari mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Turkustan.info xəbər verir ki, mərasimdə şair və yazıçılar, akademiklər, ziyalılar iştirak edib.

Rüstəm Behrudiyə “Mahmud Kaşqari-1000” medalını AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təqdim edib.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan şairi Rüstəm Behrudi ümumtürk mədəniyyəti və ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə Beynəlxalq Mahmud Kaşqari Fondunun təsis etdiyi Beynəlxalq Mahmud Kaşqari mükafatına layiq görülmüşdü.  /Kult.az/