Sürücülər agentlik əməkdaşlarına küt alətlərlə hücum etdilər – Bakıda

Bakı Nəqliyyat Agentliyinin daynma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücum edilib.

Turkustan.info BNA-ya istinadən xəbər verir ki, Hadisə bu gün axşam saatlarında, “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində baş verib.

Belə ki, Dövlət Qeydiyyat Nişanı 10 UP 565 olan Mercedes markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqsinin ərazisində saxlayıb. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı o, avtomobilində saxladığı kəsiçi-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.

Verilən məlumata görə, sürücünün şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.

Qeyd edək ki, BNA tərəfindən yollarda nəqliyyat vasitələrinin fasiləsiz və normal hərəkətinə maneə yaradan halların aradan qaldırılması, həmçinin yolların bütün hərəkət iştirakçıları, xüsusən də piyadalar üçün daha təhlükəsiz vəziyyətə gətirilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilməkdədir.

Hərəkətin intensiv olduğu və eyni zamanda əsas nəqliyyat yükünün üzərinə götürən yollar, o cümlədən, Q.Qarayev, Bülbül, H.Cavid, Azadlıq prospektləri, 28 may, R.Behbudov, S.Vurğun, C.Cabbarlı, B.Vahabzadə və Ş.Qurbanov küçələrinə nəzarət daha da artırılıb.   /yenicag.az/