Zabit Səmədov məşhur “QANUNİ OĞRU” ilə – FOTO

Azərbaycanlı kikboksçu Zabit Səmədovun kriminal aləmin üzvləri ilə fotosu yayılıb.

Turkustan.info xəbər verir ki, sözügedən fotoda “Mauqli” ləqəbli idmançımızla kriminal aləmdə “Saşa Kuşner” ləqəbi ilə tanınan “qanuni oğru” Aleksandr Kuşnerov yanaşı dayanıb.

Fotonun Azərbaycan hüdudlarından kənarda çəkildiyi dəqiq olsa da, məkan bəlli deyil.

Qeyd edək ki, “Saşa Kuşner” “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Na

dir Səlifova yaxınlığı ilə bilinən şəxslərdəndir.   /yenicag.az/