Gün: Dekabr 6, 2018

Başı qırxılan ikinci qadın da danışdı: 13 il ərzində… – DƏHŞƏTLİ FAKT – VİDEO

Daha bir qadın məişət zorakılığının qurbanı olub. O, İllərdir həyat yoldaşı tərəfindən döyülüb, təhqir edilib. Aran rayonlarının birindən qaçan qadın Bakıda yerləşən Uşaqlar Birliyininin sığınacağına gəlib. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, qadın gördüyü şiddətdən ciddi psixoloji sarsıntı keçirib. Sədrin sözlərinə görə zorakılığa məruz qalan qadın müəyyən dövrlərdə […]

İnternat məktəbinin yataqxanasında yanğın – İnsanlar təxliyə olundu

Mingəçevirdə yerləşən yataqxanalardan birində yanğın hadisəsi baş verib. Turkustan.info ”Report”a istinadən xəbər verir ki, internat məktəbi yataqxanasının ikinci mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə ilə əlaqədar binadakı şəxslər ərazidən təxliyyə olunub. Yanğın çevik müdaxilə nəticəsində lokallaşdırılıb. Hadisə yerinə həkim briqadası cəlb olunsa da, […]

Azərbaycanda qorxulu virusun insanlar arasında yayılma təhlükəsi artıb

Rekord göstərici: Respublika ərazisində vəhşi heyvanlar 1 ildə 20 mindən çox adamı dişləyib.  Azərbaycanda rekord sayda vəhşi heyvanların insanlara hücum etməsi faktı qeydə alınıb. Respublika Taun Əleyhinə Mübarizə Stansiyasının (RTƏMS) Epidemioloji tədqiqat şöbəsinin müdiri Kamran Əfəndiyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, cari ilin əvvəlindən indiyə qədər ölkədə insanların evsiz itlər və […]

Amerika şirkətlərinin Azərbaycanı tərk etməsi məsələsinə aydınlıq gətirildi

Harri Cons: BP şirkəti operator olaraq Azərbaycandakı layihələrin həyata keçirilməsindən məmnundur  BP Azərbaycan şirkəti Amerika şirkətindən “Azəri-Çıraq-Günəşli” (AÇQ-“Əsrin müqaviləsi”) yatağının işlənməsini dayandırdığı barədə rəsmi olaraq heç bir bildiriş almayıb və KİV-də bu barədə yayılan müxtəlif məlumatları şərh etmir. Turkustan.info bildirir ki, bunu Sputnik Azərbaycan-a BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə […]

Minsk qrupundan Qarabağla bağlı razılıq…

ATƏT Minsk qrupunun həmsədr ölkələri, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün işləri davam etdirməyə razılaşıblar. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilmiş görüşün yekunları ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin […]

Avropada dollara qarşı DİRƏNİŞ

ABŞ-ın iqtisadi hegemonluğu dünya ölkələrini  birgə addımlar atmağa vadar edir.  Dollardan imtina məsələsi bir neçə dəfə müxtəlf dövlətlər tərəfindən dəfələrlə müzakirələrə çıxarılsa da, hələ ki, bunun mexanizmi tapılmayıb. Bu da ölkələri dolların hegemonluğu ilə razılaşmaq məcburiyyətində qoyur. Avropada isə xeyli müddətdir ki, Avrozonanın müştərək valyutası olan  avronun gücləndirilməsi ilə bağlı […]

2019-cu il kimləri xoşbəxt edəcək? – Şərq təqvimi üzrə PROQNOZ

2019-cu il Sarı Torpaq Donuz ili üzərində təhvil olunur. O, hər kəsə qarşı xeyirxah davranacaq, lakin şərq ulduz falına əsasən bəxt bəzilərinin üzünə daha çox güləcək. Turkustan.info xəbər verir ki, ilin sahibinin rəğbətini qazanmaq asan olacaq. Unutmaq olmaz ki, Donuz da başa çatmaqda olan ilin rəmzi kimi (İt ili. red) dürüst, […]

Ayı ilə zarafatın axırı pis qurtardı – VİDEO

Nayfum Promrate adlı 36 yaşlı turist ayının yemək qapını ağacla irəli-geri çəkərək zarafat edərkən ayağı sürüşüb və qəfəsə düşüb. Bu zaman əsəbiləşmiş heyvan ona hücum çəkib. Turkustan.info xəbər verir ki, bədbəxt hadisə Tailandda baş verib. Zoopark işçiləri nə qədər cəhd etsələr də, onu ayının pəncəsindən ala bilməyiblər. Ayı turisti sürüyərək, qəfəsinə götürüb. Ən […]

Xudatda partlayış: 2 yaralı

Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərindən birində partlayış baş verib. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarət alıb. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub. Faktla bağlı araşdırma aparılır.

Cümhuriyyət araşdırıcıları: Ceyhun Hacıbəylinin varislərinin Bakı səfəri önəmli HADİSƏDİR

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Diasporla İş üzrə Dövlət Komitəsinin AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirləri çərçivəsində hazırda Bakıdadır.   Maraqlıdır, AXC-nin 100 illiyində Hacıbəylilər nəslinin Azərbaycana səfər etməsini cümhuriyyət araşdırıcıları necə dəyərləndirir? […]

Bu şəxslərin üzərinə kamera quraşdırılacaq – Diqqət

Son olaylarda sürücülər tərəfindən BNA əməkdaşlarına qarşı kəsici-deşici alətlərdən istifadə olunub. Dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarımıza qarşı kobud rəftarın vaxtında daha operativ araşdırılması və belə hallara yol verən şəxsin vaxtında müəyyən edilməsi ilə bağlı ərazidə xidmət aparan əməkdaşların üzərinə audio-video qeydiyyat […]

Lukaşenko Putinlə mübahisə etdi, sonra üzr istədi

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya qazının qiyməti ilə bağlı Avrasiya İqtisadi İttifaqının sammitində yaşanan mübahisəyə görə Vladimir Putindən üzr istəyib. Turkustan.info xəbər verir ki, Belarus lideri jurnalist qarşısında çıxışı zamanı baş verən xoşagəlməz olaya görə üzrxahlıq edib. Qeyd edək ki, Sankt – Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqın sammiti zamanı Putin […]

Fazil Məmmədovdan xəbər var

Sabiq vergilər naziri Fazil Məmmədovun səhhəti normallaşıb.  Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, F.Məmmədovun Gəncə Beynəlxalq Hospitalında reabilitasiya keçib, səhhəti yaxşılaşıb: “Vəziyyəti stabildir, gəzir, istirahət edir. Fazil Məmmədov artıq çətin günləri arxada qoyub”. Qeyd edək ki, uzun müddətdir Türkiyədəki “Amerikan Hastahanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov noyabrın 16-sı Azərbaycana […]

Elit Star Cəmilə: İlk dəfə “yubka” qaldırmağı mən etmişəm – VİDEO

Dörd qat Azərbaycan çempionuyam, birbaşa mərkəzdən vururam. Turkustan.info xəbər verir ki, ARB TV-nin “Səhər-Səhər” verlişində “Plastik əməliyyatın qurbanları” adlı mövzu müzakirə olunub. Mövzu ilə bağlı “Səhər-Səhər” verilişinə müsahibə verən Elit Star Cəmilə səhv edən həkimin xətasını bir başqasına düzəltdirdiyini deyib: “İlk dəfə Merlin Manronu mən canlandırmışam. İlk dəfə, 2001-ci ildə “yubkanı” qaldırmağı və […]

Paşinyan Rusiyada Qarabağdan danışdı: Kimə güvənə bilərik?

Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təşkilatı çərçivəsində heç kim müttəfiq öhdəliklərini yerinə yetirməməkdə ittiham edə bilməz. Turkustan.info-nun “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, bu barədə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Sankt-Peterburqda erməni icması ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, ətrafında müzakirələr aparılan təşkilatın baş katibi vəzifəsi sadəcə KTMT-yə […]

Tiranada keçirilən konfransda feyk xəbərlərə qarşı mübarizədə informasiya agentliklərinin rolu müzakirə olunub

Dekabrın 3-də Albaniyanın paytaxtı Tirana şəhərində “İnformasiya agentlikləri feyk xəbərlərə qarşı” mövzusunda konfrans keçirilib. Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, Albaniya Teleqraf Agentliyi (ATA) tərəfindən təşkil olunan konfransda müxtəlif ölkələrin aparıcı xəbər agentliklərinin, beynəlxalq və regional media qurumlarının rəhbərləri və nümayəndələri, tədqiqatçılar, tanınmış ekspertlər iştirak ediblər. Konfransı açan Albaniya Teleqraf Agentliyinin […]

Azay Quliyevdən DTİHB-ə çağırış: “25 məntəqədəki pozuntu 5000 məntəqənin nəticələrinə kölgə sala bilməz”

ATƏT Parlament Assambleyasının Milanda keçirilən Büro iclasında Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev “Seçki islahatları və seçki müşahidə prosedurunun xülasəsi” adlı sənədin müzakirəsi zamanı çıxış edib.  Azay Quliyev səfir Nothelleyə seçki müşahidə prosedurlarının həyata keçirilməsinə dair hərtərəfli və ətraflı sənəd layihəsinə görə təşəkkür edib və bildirib ki, bu […]

ATƏT PA-da Azay Quliyevdən etiraz: “Dağlıq Qarabağ münaqişəsi” demək yanlışdır”

Xəbər verdiyimiz kimi, dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib. İclasda Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev ATƏT PA-nın Prosedur qaydaları və iş praktikası üzrə alt Komitənin sədri, ATƏT PA-nın vitse-prezidenti Lord Piter Bounesə məruzəsində ATƏT ərazisində uzanan münaqişələrin həllinin vacibliyi məsələsinə toxunduğuna görə təşəkkür edib. […]

Azercell yeni il ərəfəsində müştərilərinə daha bir Eksklüzivi təqdim etdi

Müştərilərinə geniş seçim imkanı vermək, onların rahatlığını təmin etmək üçün “Azercell Telekom” MMC  yeni konsepsiyalı satış və xidmət mərkəzlərinin sayını artırmağa davam edir. Dekabr ayının 5-ində, yeni il ərəfəsində Azercell Sabirabad şəhəri, Heydər Əliyev pr. 60 ünvanında müştərilər üçün yeni mağazasını istifadəyə verdi. Mağazada abunəçilər müştəri xidmətlərində edilən əksər əməliyyatları, […]

Neft bir “bəyanatın qurbanı” oldu – KƏSKİN UCUZLAŞMA

Rusiya ilə Səudiyyə Ərəbistanının neft bazarını idarə etməyə yönəlmiş “Hasilatın azaldılması müqaviləsini” 2019-cu ilədək uzatmağa razı olmaları barədə bəyanatlardan sonra qalxmağa başlayan neft qiymətləri dünyanın ən böyük neft hasilatçısı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falihin neqativ bəyanatından sonra kəskin ucuzlaşmağa başlayıb. Turkustan.info xəbər verir ki, Səudiyyə hasilatın azaldılması barədə gözlənilən rəqəmləri səsləndirməyərək, az […]

Erməni hərbçilər qar uçqununa DÜŞDÜLƏR

Ermənistan ordusunun bir qrup müqaviləli hərbi qulluqçusu qar uçqununa düşüb. Turkustan.infoErmənistan KİV-nə istinadən xəbər verir ki, hadisə Sisian rayonunda qeydə alınıb. Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Artsurun Ovanisyan bildirib ki, uçqun altında düşən hərbçilər taplıb və onların vəziyyəti normaldır.  Hərbçilərdən yalnız biri tapılmayıb. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Uçqun altında qalan […]

Qəbirstanlıqda mollanı döyüb xəstəxanalıq etdilər – FOTO

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Daştəpə kəndinin mollası Eldəniz Sadıqov döyülüb. Turkustan.info “Report”a istinadən xəbər verir ki, hadisə dekabrın 5-də səhər saatlarına kənd qəbirstanlığında baş verib. E.Sadıqov həmkəndilisi Mirəli Həsənov tərəfindən döyüldüyünü bildirib. O hesab edir ki, döyülməsinə “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarından narazılığını ifadə etdiyi […]

Azərbaycan və Türkiyə birgə zavod açır – NAZİRDƏN AÇIQLAMA

Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun vaqonlarını birgə istehsal edəcək. Turkustan.info Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan verib. “Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə ediləcək vaqonların istehsal ediləcəyi birgə zavod yaradacaq. Sözügedən mövzu ilə bağlı paytaxt Bakıda Azərbaycan Dövlət Dəmir […]

“Növbəti devalvasiya maliyyə sabitliyini poza bilər” – İqtisadçı

“Maliyyə naziri Samir Şərifovun açıqlaması devalvasiya mövzusunu yenidən gündəmə gətirib. Xüsusilə də nazirin “manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq” fikri müxtəlif rəylərə yol açıb”. Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, bunu iqtisadçı […]

Sərkisyan: İrəvanı Rusiyadan xilas etmək lazımdır

Ermənistan parlamenti Rusiyanın müdaxiləsindən azad edilməlidir. Turkustan.info xəbər verir ki, bunu Ermənistan İctimai televiziyasında seçki debatı zamanı Biz Blokunda yer alan Respublika Partiyasının rəhbəri Aram Sərkisyan deyib. “Biz nə müharibə, nə sülh şəraitindəyik. Müharibələrdə ordu yox, dövlət qələbə qazanır. Biz xarici siyasətimizi diversifikasiya etməliyik. Biz çoxlu siyasi qüvvələrin olduğu və Rusiya […]

Azərbaycanda daha bir ər arvadının saçlarını qırxdı – RƏDD OLUB GETSİN – FOTO

Azərbaycanda daha bir qadın məişət zorakılığının qurbanı olub. Turkustan.info xəbər verir ki, ər 14 illik həyat yoldaşına dəhşətli işgəncələr verib və sonda saçlarını qırxıb. Bundan sonra qadın 2 azyaşlı qızı ilə birlikdə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına üz tutub. Bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qadından […]

Sabah Parlamentin 100 illiyidir – Milli Məclis iclas ÇAĞIRIB

Dekabrın 7-si Azərbaycan Parlamentinin yaranması günüdür. 1918-ci ilin dekabrın 7-də, saat 13:00-da məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin o vaxtkı Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.  Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi […]

Hüseyn Bağırov nazir postundan necə getdiyini AÇIQLADI – “ƏLÇATMAZ ARZU KİMİ…”

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov vəzifədən azad olunması ilə bağlı danışıb. Turkustan.info xəbər verir ki, o Modern.az saytına müsahibəsində bildirib ki, nazir postuna Heydər Əliyevin sərəncamı ilə təyin edilib və 18 il bu vəzifədə olub: “Bu təyinat mənim üçün gözlənilməz idi. Təbii ki, bu məqamda nizam-intizam da göstərmək […]

Paşinyanın əsgər oğlunun macəraları: Xankəndində əyləncə klubu, spirtli içkilər və… – Erməni jurnalist YAZIR

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarında hərbi xidmət çəkən oğlu ilə bağlı yeni məlumatlar yayılıb. Turkustan.info xəbər verir ki, Ermənistanın Voskanapat.info saytının müxbiri, “Panduxt” imzalı jurnalist Nikol Paşinyanın oğlu ilə bağlı sensasion iddia ilə çıxış edib. “Ölkəmizin ən ağır vaxtlarında hərbi xidmətdən yayınan “dezertir-baş […]

Siz fotoda bəbiri görürsünüz? Onu demək olar ki, 5% adam tapa bilir

İlk baxışda dağın ətəyində qayğısız otlayan dağ keçisi sürüsü təşkil edir. Siz fotoda bəbiri görürsünüz? Onu demək olarki 5% adam tapa bilir Ladakxe-də, Hindistanlı fotoqraf İnqer Vandike bu fotonu çəkdi ilk baxışda dağın ətəyində qayğısız otlayan dağ keçisi sürüsü təşkil edir. İndi şəkildə gizlənmiş bəbiri tapmağa cəhd edin. /Cebhe.info/

Məşhur biznesmenin qatil qızı ilə bağlı – Qərar

Bakıda bacısını balta ilə qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində məhkəmə qərarından prokurorun apellyasiya protesti üzrə yenidən məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə prokurorun apellyasiya protesti ilə bağlı qərar elan edilib. Qərara görə, protest təmin […]

Bakıda süpürgəçini maşın vurdu

Bakıda süpürgəçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Turkustan.info xəbər verir ki, hadisə səhər saat 07:00 radələrində paytaxtın Heydər Əliyev prospektində, “Bağırov” körpüsünün yaxınlığında baş verib. Ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına […]

Himni oxumayanlar məsuliyyətə cəlb olunacaq

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, gündəliyə daxil edilən “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri barədə məlumat verilib. Qeyd edilib ki, hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” […]

“Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib – FOTOLAR

Dekabrın 5-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə hazırlanmış “Vəhdət qanımızdadır” sənədli filminin nümayişi olub. Tədbirdə YAP Gənclər Birliyinin fəalları iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları “Vəhdət qanımızdadır” filmini izləyiblər. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov […]