Neft bir “bəyanatın qurbanı” oldu – KƏSKİN UCUZLAŞMA

Rusiya ilə Səudiyyə Ərəbistanının neft bazarını idarə etməyə yönəlmiş “Hasilatın azaldılması müqaviləsini” 2019-cu ilədək uzatmağa razı olmaları barədə bəyanatlardan sonra qalxmağa başlayan neft qiymətləri dünyanın ən böyük neft hasilatçısı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falihin neqativ bəyanatından sonra kəskin ucuzlaşmağa başlayıb.

Turkustan.info xəbər verir ki, Səudiyyə hasilatın azaldılması barədə gözlənilən rəqəmləri səsləndirməyərək, az bir eniş təklif edib.

Nəticədə, neft beş faizdən çox ucuzlaşıb. 

Bakı vaxtilə saat 15:00-a olan məlumata görə, neftin bir barelinin qiyməti 58.56 dollar, Qərbi Texas neftinin (WTI) qiyməti 50.55 dollara enib. 

Qeyd edək ki, analitiklər hasilatın 1,3 milyon barel azalmasını gözlədiyi halda, Səudiyyə 1 milyon barel üzərində dayanıb.  

“Bütün ölkələr yükü bərabər şəkildə paylaşmalıdır. Neftin qiymət səviyyəsi ilə bağlı ABŞ-la görüşməmişik”. 

/oxu.az/